Riu-Qrandi Respublikası (port. República Rio-Grandense)[1] və ya bəzən Piratini Respublikası (port. República do Piratini) — Birtərəfli qaydada müstəqilliyini elan etmiş, Braziliyanın Riu-Qrandi-du-Sul vilayəti ərazisində 1836 11 sentyabrdan 1845 5 mart tarixinə qədər mövcud olmuş dövlət.
Tanınmamış dövlət | |||||
Riu-Qrandi Respublikası | |||||
---|---|---|---|---|---|
port. República Rio-Grandense | |||||
|
|||||
|
|||||
Rəsmi dilləri | portuqalca | ||||
Ərazisi |
|
||||
İdarəetmə forması | Respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Riu-Qrandi Respublikası Farrapus müharibəsi zamanı meydana gəlir. Dövlət 11 sentyabr 1836-cı ildə general Antonio di Soza Netu tərəfindən elan edilir. 5 noyabrda üsyançılar general Bentu Qonsalvisi birinci prezident elan edirlər. Ancaq bir müddət sonra Qonsalvis hakimiyyət qüvvələri tərəfindən əsir götürülür. Onun səlahiyyətlərini Qomis Jardin icra edir[2].
Respublika mövcud olduğu on ilə yaxın müddətdə beş paytaxt dəyişir: Piratii, Aleqreti, Kasapava-du-Sul, Baje (iki həftə ərzində) və San-Borja.
1839-ci ildə üsyançılar Santa-Katarina vilayətinin ərazisinə daxil olurlar və 24 iyun tarixində Julian Respublikasının müstəqilliyini elan edirlər. Onlar Riu-Qrandi ilə konfederasiyada birləşirlər. Noyabr ayında imperiya qüvvələri respublikanın mərkəzini tuturlar. Respublika 15 noyabr tarixində fəaliyyətini dayandırır.
1 dekabr 1842-ci ildə Aleqretidə konsitutsiyanın yaradılması üçün müəssislər məçlisi toplanır. Ancaq məçlis məqsədinə çatmır, belə ki deputatlar bir fikirə gələ bilmirlər[2].
Getdikcə üsyançıların vəziyyəti gərginləşir, bu səbəbdən fikir ayrılığı səbəbindən 1843-ci ilin avqustunda Bentu Qonsalvis prezidentlik postundan istefa verir. Bundan sonra hakimiyyətə danışıqlar tərəfdarları gəlir. Hakimiyyət nümayəndələri ilə 1 mart 1845-ci ildə imperiya arasında Qonço-Verde anlaşması imzalanır. Müqavilə ilə Riu-Qrandi Respublikasının varlığına son qoyulur[3].