Farrapus müharibəsi

Farrapus müharibəsi (port. Guerra dos Farrapos) və ya Farropus çevrilişi — Braziliya imperiyasının Rio-Qrandi-du-Sul və Santa-Katarina ərazilərində 1835 19 sentyabrdan 1845 1 marta qədər olan dövrdə imperia qüvvələri ilə respulikaçılar arasında baş verir.

Farrapus müharibəsi
Tarix 19 sentyabr 1836 - 1 mart 1845
Yeri Rio-Qrandi-du-Sul və Santa-Katarina vilayətləri
Nəticəsi Üsyançıların məğlubiyyəti
Münaqişə tərəfləri

Riu-Qrandi Respublikası
Julian Respublikası
İtaliyalı inqilabçılar

Braziliya imperiyası

Komandan(lar)

Bentu Qonsalvis
Antonio di Soza Netu
David Kanabarru
Cüzeppe Qaribaldi

Luis Alvis di Lima Silva
Manuel Markis di Soza

Tərəflərin qüvvəsi

40,000

60,000

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərəkatın əsas qüvvələri

[redaktə | mənbəni redaktə et]

Hərəkətin əsas qüvvəsi müzdla işləyən çobanlar idi. Hərakatveriçi qüvvənin əsasını ticari burjuaziya, maldarlıqla məşqul olan şəxslər və hökumətdən narazı siyasətçilər təşkil edirdi ki, olarda muxtariyyat almaq niyyətində idilər. Hərəkatın təşkilatçısı italiyalı immiqrant Tito Libio Dzambekkeri idi. «Respublikalı» qəzeti inqilabçıların əsas mətbu orqanı kimi fəaliyyət göstərirdi. Respublikaçılar imperiyanın və quldarlığın düşməni idilər. Bentu Qonsalbis da Silva hərakat qüvvələrini komandanı seçilir.

Fanfa döyüşü

20 sentyabr 1835-ci ildə Riu-Qrandi-du-Sul vilayyətinin paytaxtı Portu-Aleqri tutulur. Bir müddət sonra üsyançılar villayətın içərilərinə doğru irəliləyir. 11 sentyabr 1836-cı ildə Riu-Qrandi Respublikası yaradılması elan edilir. Tanınmayan dövlətin paytaxtı Piratin olur. Ölkənin prezidenti Bentu Don Salvis seçilsədə onun əsir düşməsi ilə vitse prezident Qamıs Jardin müvvəqəti bu vəzifəni yerinə yetirməli olur. Riu Qrandi respublikasında təkcə braziliyalılar deyil həmcinin inqilabçı argentinalı və uruqvaylilar və başqa ölkələrdən gələnlərdə vardı. Onlardan Cüzeppe Qaribaldi 1839-cu ildə respublikaya gələrək donanmaya başçılıq etmişdir.

Juliana Respublikası

[redaktə | mənbəni redaktə et]

Ordu 1839-cu ildə Santa Katarina bölgəsinə daxil olan üsyançılar Laquna şəhərini tutur və sonradan 24iyulda Julian Respublikasının paytaxtı elan edilir. Ancaq dövlət yalnız 4 ay yaşa bilir. 15 noyabrda imperiya qüvvələri şəhəri tutur. Buna baxmayaraq üsyançılar hələdə Riu Qandi de Sulda möhkəmlənmişdilər.

Müharibənin sonu

[redaktə | mənbəni redaktə et]

1842-ci ildən üsyançıların vəziyyəti getdikcə pisləşir. Hakimiyyət qüvvələri Santa-Lusidə üsyançılara ağır zərbə vurur. 1843-ci ildə Bentu Qonsalvis prezident vəzifəsindən istefa verir. Onun əvəzinə Qomis Jardin olur. Respublikada imperiya ilə sülh danışıqlar aparma tərəfdarları getdikcə artır. Bundan sonra iki tərəf danışıqlara başlayır. 1 mart 1845-ci ildə imperiya ilə respublika tərəfdarları arasında «qarşılıqlı anlaşma aktı» imzalanır. Nəticəsi Riu-Qrandi Respublikasının qəbul etdiyi bütün qanunlar ləğv edilir. Əvəzində bölgə rəhbərliyinə prezident seçmə hüququ verilir, quldarlıq bərpa edilir. Bunula belə yenidən qul olanlar artıq dövlət qulu statsu alır.

Requn idarə üsulu demək olar ki tam çökür, Droqu Antoniy Feyro 1837-ci ildə istefa verməli olur. İmperator II Pedro hakimiyyəti tam ələ alır.