Juncus forsteri

Forster işıqotu (lat. Luzula forsteri) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin cığkimilər fəsiləsinin i̇şıqotu cinsinə aid bitki növü.

Forster işıqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15-40 sm olan çoxillik çimli bitkidir. Gövdəsi düzdür, qaidə hissəsində tünd-qırmızı-bənövşəyi rəngli qın geyinmişdir. Yarpaqları xətvari, yastı, sivriləşmişdir, eni 1,5–5 mm-dir, qının kənarları və ağız hissəsi uzun tüklüdür. Çiçək qrupu çəturşəkillisüpürgəvaridir; çiçək qrupunun budaqları nazikdir, çiçəkləmədən sonra üzüyuxarı dik qalxandır; çiçəkaltlığının yarpağı çiçək qrupundan qısadır. Çiçəkləri təkdir; çiçəkaltlıqları yumurtaşəkilli, sivri, qırmızımtıl rənglidir, demək olar ki, çiçək yanlığının yarısına bərabərdir. Çiçək yanlığının yarpaqcıqları neştərvaridir, eynidirlər və ya daxildəkilər bir qədər uzundurlar, qılcıqvari sivriləşmiş, şabalıdı rəngdədir, kənarlardan ensiz-ağ pərdəlidir. Qutucuq enli yumurtaşəkillikonusvari, sarımtıl-yaşıl rəngli, sivriləşmiş və çiçək yanlığının yarpaqcıqlarına bərabər və ya ondan qısadır. Toxumları uzunsovyumurtaşəkilli, qırmızımtıl-qəhvəyi rəngli, xırda olub, qısa düz törəmələri vardır və kütdür. Çiçəkləməsi Aprel-Avqust ayları

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. oval., Lənk. dağ. Oalıqdan, orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə rast gəlinir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Juncoides forsteri (Sm.) Kuntze
  • Juncus forsteri Sm.
  • Luciola forsteri (Sm.) Sm.
  • Luzula gesneri Bubani
  • Luzula vernalis subsp. forsteri (Sm.) Bonnier & Layens
  • Nemorinia forsteri (Sm.) Fourr.
  • Pterodes forsteri (Sm.) Börner

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]