Qazax ardıcı (lat. Juniperus sabina) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Qazax ardıcı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qazax ardıcı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Rusiya, Orta Asiya (Qazaxıstan, Qırğızıstan), Rumıniya, Bolqarıstan, Şimali Monqolustan, Çin (Tyan-Şan), Ukrayna və Ermənistanda yayılmışdır. Azərbaycanda yayılması: Naxçıvan MR və Quba rayonu ərazilərində rast gəlinir.
Azərbaycanın nadir bitkisidir. NT.
Azərbaycanda Quba rayonu meşələrində subalp və alp meşə qurşağında dəniz səviyyəsindən 2000–3000 m hündürlukdə daşlı-qayalı yamaclarda bitir.
Azərbaycanda təbii ehtiyatı geniş deyildir.
Asimmetrik çətirli, ikievli və ya birevli sürünən alçaqboylu, hündürlüyü 0,5–1 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sığallı və qırmızımtıl – sarı rənglidir. Hündürlüyü 1 m-ə çatir. Budaq¬larının qabığı qırmızımtıl – boz və ya qonurdur, çatlayıb parçalanır və ya oduncaqdan xırda parçalar şəklində ayrılır. Yarpaqları dəyirmi, nazik və yaşıldir. Zoğları tünd-yaşıl rəngli xoşagəlməyən kəskin qoxuludur. Cavan yarpaqların şaxələri çox sıxılmışdır, çarpazvarı cüt-cüt düzülmüşdür, ellipsvarı olub, ucları sivri və ya kütdür. Yarpaqlarının uzunluğu 2,5–3 mm-dir. Yarpaqları iynəlidir, üç il ağacda qalır və belə yaşıl yarpaqların ucları azacıq arxaya əyilmiş olur. Erkək qozacıqları oval şəkilli, ucları dəyirmi, arxası yastı və üzərində pulcuqları vardır. Erkək orqanları 10-15 ədəd yumurtavarı-qalхanaохşar erkəkcikdən ibarətdir. Bunların hər birində 3-7 tоz kisəciyi vardır. Dişicik çiçəkləri yumurtavari pulcuqdan ibarət olub, budaqların üzərində yerləşir. Meyvəsi göyümtül rəngi olub qısa ayaqcıq ucunda sallaq şəklində dayanır, tək-tək yerləşir. Tохumları ziyillərlə örtülmüşdür, оvalşəkilli və ya yumurtavaridir, 4-6 sm uzunluqdadır, qоnur rəngli və parlaqdır.
Tохumla və vegetativ yоlla çохalır. Təbii ehtiyatın dəyişilməsi səbəbləri: Başlıca оlaraq insan fəaliyyəti və bəzi abiоtik amillərin təsiridir.
Park və bağlarda rast gəlinir.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir.
Bitkinin təbii yayldığı yerlərdə yeni mühafizə sahələrinin yaradılması zəruridir.