Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Adi ardıc | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi ardıc |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır. Toxumverməsi 10 yaşından başlayır, toxumları çiçəkləmədən sonra ikinci il sentyabrda yetişir. Bir ildən sonra cücərti verən toxumlarla fevralda və iyunda qələmlərlə çoxaldılır. Havanın quraqlığını və yüksək tempraturu, budanmanı yaxçı keçirir. Köllgəyə, qışadavamlıdır. Şəhər şəraitində yaxşı keçirir. Torpaqqoruyucu cins kimi böyük əhəmiyyətə malikdir. Oduncağı ağır, möhkəm və ətirlidir.
Dekorativ bitkidir. Yaşıllaşdırmada aşağıdaki yarımnövləri istifadə olunur. Mərdəkan Dendrarisində əkilmişdir. Azərbaycan da Bakı şəhərinin yaşıllıqlarında təsadüf edilir.