Junlar (çin. 西戎 "Batılı savaşçı insanlar") — əsasən qədim Çinin batısında və ətrafında yaşamış prototürk xalq. Çin tarixi ənənəsinə görə quyfan, jun, di,[1] hunyü, hiyenyün və hun adları eyni xalqın adlarıdır.[2][3] Tunc üzərindəki yazılara və yazıların quruluşuna əsaslanan fonetik araşdırmalar və müqayisələr sonucunda çinli tarixçi Van Quovey belə qənaətə gəlib ki, annalistik qaynaqlarda quyfan, hunyü, hiyenyü, hiyenyün, jun, di[a] və hu tayfa adları sonradan hunnu adı ilə tarixə düşən bir və eyni xalqın adlarıdır.[5][6][7] Junlar, Şan sülaləsi dövründən (e.ə. 1765-1122)[8] tanınırdılar.
Tibetdən şərqdə iki xalq — qoyunlara çobanlıq edən kyanlar və əkinçiliklə məşğul olan junlar yaşayırdı. Qədim dövrlərdə onlar iki müxtəlif xalq idi, hazırda isə hər ikisinin nəslindən olanları tibetlilər hesab edirlər.
Kyanların varisləri olan nqoloklar bu günədək Amdo dağlarında köçəri kimi yaşayırlar, tibetlilər isə bizim eranın əvvəlinə qədər kyanlardan ayrılmış botlardır, onlar junlardan əkinçilik vərdişlərini götürərək Tsanpo (Brahmaputra) vadisinə köçdülər və burada Tibet mədəniyyəti və dövlətinin yaratdılar.
Tibetlilərin əcdadı olan junlar da həmçinin çinlilərlə piyada kimi vuruşmuşlar və çox vaxt qələbə qazanmışlar.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |