Quyfan

Quyfan (çin. 鬼方 "Demon Ərazisi"[1]) Şan sülaləsinə (e.ə. 1600–1046) qarşı vuruşan quzey xalqının qədim etnonimi idi. Çin tarixi ənənəsinə görə quyfan, jun, di,[2] hunyü, hiyenyünhun adları eyni xalqın adlarıdır.[3][4]

Çin annallarında quyfanlarla bağlı bir sıra istinadlar var. Onlardan bəhs edən ilk qaynaqlar "Fal yazılarıdır".[5][6][7]

Vey kralı Sian (e.ə. 296-cı ildə vəfat edib) ilə dəfn edilmiş və təxminən altı əsr sonra eramızın 281-ci ilində (Çzin sülaləsi) Çzijon kəşfində yenidən kəşf edilmiş "Bambuk annallarda" deyilir:

  • Şan kralı Vu Din hakimiyyətinin otuz ikinci ilində (e.ə. 1200-cü illər) quyfanlara hücum etdi və Çzinqə yerləşdi.[8] Vu Dinin quyfanlara qarşı fəthləri haqqında "Dəyişikliklər kitabında" da bəhs edilir.[9][10][11]
  • Şan kralı Vu İnin hakimiyyətinin otuz beşinci ilində (yəni eramızdan əvvəl 1119-cu il) Çjou öndəri Çzili, quyjunlara (çin. 鬼戎) Silouda (西落) hücum etdi və iyirmi kralını əsir götürdü.[2][12] Tarixçilər quyjunların quyfanlarla eyni xalq olduğuna inanırlar.[13]

"Fal yazıları" göstərir ki, Vu Dinin fəthindən sonra quyfanlar Şan dövlətinin təbəəsi oldu.[5]

Tunc üzərindəki yazılara və yazıların quruluşuna əsaslanan fonetik araşdırmalar və müqayisələr sonucunda çinli tarixçi Van Quovey belə qənaətə gəlib ki, annalistik qaynaqlarda quyfan, hunyü, hiyenyü, hiyenyün, jun, di[a]hu tayfa adları sonradan hunnu adı ilə tarixə düşən bir və eyni xalqın adlarıdır.[15][16][17]

Digər quyfan ölkələri

[redaktə | mənbəni redaktə et]

Yan dağları bölgəsindən olan txufanlar haqqında "Fal yazılarında" müntəzəm olaraq bəhs edilir.[18]

  1. Sinoloq Ulrix Teobald, quyfanları məhz qırmızı dilərlə əlaqələndirir.[14]
  1. Creel, Herrlee G. (1970). The Origins of Statecraft in China. The University of Chicago Press. p. 232.
  2. 1 2 Old Text Bamboo Annals. "Wu Yi" Arxivləşdirilib 2022-11-30 at the Wayback Machine quote: "三十五年,周王季伐西落鬼戎,俘二十王。"
  3. Book of Jin "Vol. 97, section Northern Di" Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine quote: "匈奴之類,總謂之北狄。…… 夏曰:薰鬻,殷曰鬼方,周曰獫狁,漢曰匈奴。"
  4. Taskin V. S., "Materials on history of nomadic tribes in China 3rd-5th cc", Issue 3 "Mujuns", "Science", Moscow, 1992, p.10, ISBN 5-02-016746-0
  5. 1 2 Yu Taishan. (2000). "A Hypothesis about the Source of the Sai Tribes"in Sino-Platonic Papers' 106. Ed. Victor Mair. p. 106–109
  6. Khayutina, Maria. (2016). "The Tombs of the Rulers of Peng and Relationships between Zhou and Northern Non-Zhou Lineages (Until the Early Ninth Century B. C.)" in Shaughnessy, Edward L. (ed.) Imprints of Kinship: Studies of Recently Discovered Bronze Inscriptions from Ancient China Publisher: Chinese University of Hong Kong Press. pp. 71–132. p. 26 of pdf Arxivləşdirilib 2021-02-01 at the Wayback Machine
  7. Anderson, Matthew Mccutchen. (2015). "Change and Standardization in Anyang: Writing and Culture in Bronze Age China". Publicly Accessible Penn Dissertations. 1589. https://repository.upenn.edu/edissertations/1589 Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine p. 106
  8. Current Text Bamboo Annals "Wu Ding Arxivləşdirilib 2022-11-29 at the Wayback Machine" quote: "三十二年,伐鬼方。次于荊。三十四年,王師克鬼方。氐、羗來賓。"
  9. Creel (1970), p. 232.
  10. Yijing "䷾既濟 — Ji Ji" Arxivləşdirilib 2022-12-03 at the Wayback Machine quote: "高宗伐鬼方,三年克之" James Legge's translation: "[Gao Zong], who attacked the Demon region, but was three years in subduing it."
  11. Theobald, U. (2011) "Wu Ding 武丁" ChinaKnowledge.de — An Encyclopaedia on Chinese History, Literature and Art quote: "Wu Ding was a great warrior and was able to defeat the Guifang 鬼方 (or Gongfang [𢀛]方) in the north […] Wu Ding's dynastic temple name is Gaozong 高宗."
  12. Current Text Bamboo Annals "Wu Yi" Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine quote: "三十五年,周公季歷伐西落鬼戎。"
  13. Nicola Di Cosmo, The Northern Frontier in Pre-Imperial China//The Cambridge History of Ancient China, p. 919
  14. Theobald, U. (2012) Di 狄 Arxivləşdirilib 2021-12-27 at the Wayback Machine ChinaKnowledge.de - An Encyclopaedia on Chinese History, Literature and Art
  15. Taskin V. S., "Materials on history of nomadic tribes in China 3rd-5th cc", Issue 3 "Mujuns", p. 10
  16. Wang Guowei, "Guantang Jilin" (觀堂集林, Wang Guowei collection of works), Ch.2, Ch. 13
  17. Taskin V. S., 1968, "Materials on history of Sünnu", "Science", Moscow, p.10
  18. Sun, Yan (June 2006). "Colonizing China's Northern Frontier: Yan and Her Neighbors During the Early Western Zhou Period". International Journal of Historical Archaeology. 10 (2): 159–177(19). doi:10.1007/s10761-006-0005-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]