"Köməkçi axtarılır" (ing. Help Wanted) — "Süngər Bob Kvadrat Şalvar" ABŞ istehsalı cizgi serialının pilot bölümü. İlk dəfə 1999-cu il mayın 1-də ABŞ-də "Nickelodeon" kanalında yayımlanmışdır, həmin epizoddan əvvəl kanalda 1999 Uşaqların Seçimi mükafatı mərasimi yayımlanırdı. Bölümdə serialın eyniadlı baş qəhrəmanı, antropomorfik gənc dəniz süngərinin “Krasti Krab” adlı yerli "fast food" restoranında işə düzəlməyə cəhd etməsindən bəhs olunur.
Serialın yaradıcısı Stiven Hillenburq şou haqqında ilk ideyaları 1994-cü ildə yaranmışdır və 1996-cı ildə "Rokkonun müasir həyatı" serialı ləğv edildikdən qısa müddət sonra onun üzərində işləməyə başlamışdır. Süngər Bob personajını səsləndirmək üçün Hillenburq onunla birlikdə "Rokkonun müasir həyatı" serialında işləmiş Tom Kenniyə müraciət etmişdir. 1989-cu il tarixli "Pau-Vau yolu" serialından ilhamlanan Hillenburq serialın pitçinqini əvvəlcə Süngər Bob və Skvidvartın yol əhvalatı kimi təqdim etmək istəyirdi. Hillenburq bu ideyadan əl çəkdi və Derek Draymonla birlikdə "Köməkçi axtarılır" bölümü üçün hazırladığı hekayə ilə yenidən başladı, epizodun ssenarisi qismən Hillenburqun gənc yaşlarında skautlar birliyində gördüyü təcrübəyə əsaslanır. Ssenarinin ilkin ideyası "Pizza çatdırılması" adlı sonrakı seriya üçün istifadə olundu.
Bölüm Hillenburq, rəssam Derek Draymon və Tim Hill tərəfindən hazırlanmışdır. Şounun nəzarətçi rejissoru Alan Smart həmçinin animasiya rejissoru olmuşdur. "Köməkçi axtarılır" bölümü müğənni "Tiny Tim"in "Livin' in the Sunlight, Lovin' in the Moonlight" mahnısının kaver versiyasını təzədən məşhurlşadırdı.
"Köməkçi axtarılır" serialın ilk mövsümünün DVD buraxılışına əlavə olunmadı, çünki "Nickelodeon" "Livin' in the Sunlight, Lovin' in the Moonlight" mahnısını istifadə etdiyi üçün "Tiny Tim"-ə müəllif hüququqlarına görə ödəniş etmək istəmirdi, baxmayaraq ki, ondan sonra bölüm seriyalın digər müxtəlif DVD buraxılışına daxil edilmişdi. Tənqidçilərdən müsbət rəylər alan "Köməkçi axtarılır" bölümü 2 milyondan çox ailə tərəfindən izlənmişdir.