Dünya Skaut Hərəkatı – skaut təşkilatı.
Dünya Skaut Hərəkatı Təşkilatı | |
---|---|
Növü | Beynəlxalq |
Yaranma tarixi | 1922 |
Mərkəzi | Dünya Skaut Bürosu:Malayziya Kuala Lumpur |
Qurucusu | |
Üzvləri | 216 ölkədə 50 millondan çox üzv. |
scout.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell (Lord Baden-Powell) tərəfindən yaradılmışdır. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşmışdır. Hal-hazırda 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, "Hər gün bir xeyirxah iş görək devizi altında fəaliyyət göstərirlər.Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur.Skaut hərəkatı qeyri-siyasi, qeyri-hökumət, irqindən və dinindən asılı olmayaraq hər kəs üçün açıq olan bir təşkilatdır.[1][2] Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafi regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Ümumdünya təşkilatının mənzil qərargahı İsveçrədədir. Regionların adları aşağıdakılardır.
Dünya Skaut Bürosu (WSB, əvvəllər Beynəlxalq Büro) Dünya Skaut Konfransı və Dünya Skaut Komitəsinin göstərişlərini yerinə yetirən katiblikdir. WSB texniki resurs personalından ibarət kiçik bir heyət tərəfindən dəstəklənən baş katib tərəfindən idarə olunur. Büro işçiləri assosiasiyalara peşəkarları və könüllüləri öyrətməklə, maliyyə siyasətlərini və pul toplama üsullarını qurmaqla, icma imkanlarını və prosedurlarını təkmilləşdirməklə və hər bir ölkənin milli resurslarının Skautinqin arxasında toplanmasına kömək etməklə assosiasiyalara öz Skautlarını təkmilləşdirməyə və genişləndirməyə kömək edir. Heyət həmçinin Dünya Skaut Jamboreləri kimi qlobal tədbirlərin təşkilinə kömək edir , regional tədbirləri təşviq edir və Skautluq Hərəkatı ilə digər beynəlxalq təşkilatlar arasında əlaqə rolunu oynayır. İnkişaf etməkdə olan ölkələrdə əsas səy universal Yaxşı Dönüşün icma inkişafı üçün təşkilati miqyasda səyə çevrilməsidir.[4]
Skaut hərəkatı onun yaradıcısı tərəfindən işlənmiş prinsiplər və qanunlar əsasında fəaliyyət göstərən, irqi mənsubiyyətindən və dinindən asılı olmayaraq, hər kəs üçün açıq olan — gənclərin könüllü, qeyri-siyasi, ictimai, tərbiyəvi hərəkatıdır.
Skaut hərəkatının məqsədi gənclərin mənəvi, zehni və ictimai kamilliyə tam çatmaları, onların yerli, milli, beynəlxalq birliklərin üzvü və fərd kimi layiqli, məsuliyyətli ölkə vətəndaşı kimi yetişmələri sahəsində göstərdiyi səylərə dəstək verməkdir.Skaut o kəsdir ki, öz skaut patrulunu və yaxud digər skautların iştirakı ilə skaut andını qəbul edir və milli skaut təşkilatının üzvüdür.
Ümumdünya Skaut Hərəkatı Təşkilatının Konstitusiyasında hərəkatın üç əsas prinsipi öz əksini tapmışdır və onlar hər bir skaut üçün qanundur.[5]
Skaut prinsipləri aşağıdakılardan ibarətdir
Bu prinsipdə Skaut Hərəkatında "mənəvi dəyərlərə sədaqət", dinə etiqad və bunlardan irəli gələn vəzifələrmüəyyən olunaraq bütün dinlərə aid edilir.
Bu prinsip Skautinqin əsas mövqelərini cəmləşdirir ki, onların üzərində əsas yeri şəxsiyyətin müxtəlif aspektlərdə cəmiyyət qarşısında vəzifələri tutur. "Başqalarına borcumuz"- öz ölkəsinə sədaqətli olmağı, onun dünya ölkələri ilə birlikdə harmonik inkişaf etməsində iştirak etməyi, bütün həmvətənlərin şəxsiyyətinə hörmət edilməsini, təbiət dünyasının vahidliyinin qəbul edilməsini nəzərdə tutur. Yarandığı gündən etibarən, Skaut Hərəkatı bütün millətlərdən olan gənclər arasında qardaşlıq və qarşılıqlıanlaşma hisslərinin inkişafına geniş yer verir.
Bu prinsipi "fərdin öz inkişafında məsuliyyəti" kimi qiymətləndirmək olar. Skautinq hesab edir ki, gənclər şəxsi qabiliyyətlərinin təkmilləşməsinə məsuliyyət daşiyırlar. Skaut hərəkatının tərbiyəvi əhəmiyyəti hər bir gəncin potensial qabiliyyətinin aşkar olunmasından, başqa sözlə,şəxsiyyətin inkişaf prosesinə kömək göstərilməsindən ibarətdir.
Skaut qanunları hər bir skaut üzvünün həyat kodeksidir və skautun prinsiplərinə əsaslanır.
Skaut üsulu mütərəqqi hərəkətverici proqramlara əsaslanan mütərəqqi öz-özünə təhsil sistemidir və özündə aşağıdakıları cəmləşdirir.
Skautinq üsulu uşaq və gənclərin ətraf mühiti dərk etmələrində, vətəndaş və sosial əlaqələr təcrübəsinin formalaşmasında yardım üçün geniş üfüqlər açır. Fəal mövqe və biliklər, sınaq və xətalardan müəyyən həyat təcrübəsi qazanan, qarşısına mürəkkəb suallar qoyub, onlara sadə cavablar axtaran hər bir fərdin mənəvi aləminin əsas göstəricisidir. Uşaq və gənclər belə bir təcrübəni Skautinq cərgələrində əldə edə bilərlər. Bu üsul şəxsiyyətin təşəkkülə inanma üsulu olmaqla, ətraf aləmdə mühüm əhəmiyyət kəsb edənən zəruri amilləri seçməkdə kömək edir. İnsan həyatı qarşılıqlı asılılıqlar kompleksidir: Vətənin bir sıra problemləri beynəlxalq miqyasda həll olunur. Məhz ona görə də gənc nəsil həm yerli, milli, həm də beynəlxalq səviyyədə iş təcrübəsi əldə etməlidir. Skautinqin elmi prinsiplərinə əsasən, şəxsiyyətin mütərəqqi inkişafı yalnız və yalnız biliklərə canatma, qabiliyyətlərin inkişafı, vətəndaş mövqeyinin təşəkkülü olan yerdə mümkündür ki, bu da öz növbəsində, müasir dünyanın ümumbəşəri dəyərlərini daha da dərindən dərk etməyəimkan verir. Skauting Beynəlxalq uşaq və gənclər Hərəkatı kimi şəxsiyyətin formalaşmasında yalnız o zaman səmərəli ola bilər ki, skautlar: dünyanın vəhdətinin saxlanmasının vacibliyini dərk etsinlər. yaşadığımız planetin əsas problemlərini bilsinlər və onların həlli üçün əllərindən gələni əsirgəməsinlər. Ətraf mühiti, əhatədəki insanları başa düşsünlər, kiçik və böyük təşkilatlarda özlərinə inam qazansınlar.
Özlərinin bu günü, gələcəyi haqqında dərindən düşünsünlər, şəxsi həyatlarında əhəmiyyətli olan kiçik problemləri həll edə bilsinlər .Hər hansı fərdə, sinfə, millətə, irqə mühüm olan fiziki, sosial, mənəvi və mədəni tələbatları başa düşsünlər. Saysız-hesabsız suallara cavab tapma, isbat etmə, analizə yaradıcı yanaşma sahələrində bacarıqlara yiyələnsinlər. Yanlış fikirdən, şablonlardan, identifikasiya, qərəzli mövqelərdən uzaq olsunlar, xoşagəlməz nəticələrini dərk etsinlər. Başqaları ilə əməkdaşlıq etsinlər, milli mənsubiy yətindən, dərisinin rəngindən və s. asılı olmayaraq hər bir kəsə ehtiram göstərsinlər.Skautinq, beynəlxalq təşkilat kimi şəxsiyyətin sosial formalaşmasında özünəməxsus müxtəlif fikir və vasitələri skaut adı altında, beynəlxalq layihə və proqramlar çərçivəsi daxilində həyata keçirir. Digər tərkib element, fəaliyyət göstərməklə öyrənmək gənclərin kiçik qruplarda birgə müəyyən fəaliyyət göstərmələri ilə, şəxsi təcrübə əldə edərək inkişaf etmələrini nəzərdə tutur.
Kiçik qruplarda iş (patrul sistemi)- ilk həyat təcrübəsi olmaqla, özünün ictimai dəyərini və bunun vasitəsilə bütün cəmiyyətə aid olmanı dərk etmə. Qayğı və məsuliyyəti, kədər və sevinci dəstənin hər bir üzvü ilə bölüşmək imkanı, bu da öz növbəsində müxtəlif insanlar — varlı və kasıb, qoca və cavan və s. arasında münasibətlərin dərk olunması prosesində zəruri olan qarşılıqlı anlaşmada ilk və zəruri addımlardır. Plan tərtib olunması və həyata keçirilməsi prosesi gənclərin bilikləri, müxtəlif vərdiş, bacarıqları mənimsəməyə çalışmasına, onların qabiliyyətlərinin hərtərəfli inkişafına yol açmaq, bu isə geniş mənada, bəşəriyyətin mövcudluq şərtlərini dərk və analiz etməyə kömək göstərmək və s. fəal işlərə ruhlandırır ki, bu da özünü başqaları ilə müqayisə etməyə, təcrübə və müxtəlif müzakirələrdə özünə qiymət verməyə imkan verir. Qanun və Vəd kodeksində Skautinqin əsas prinsipləri cəmləşmişdir. Skautinq vasitəsilə iqtisadi, sosial, ekoloji problemlərə maraq yaratmaqla şəxsiyyətin təşəkkülü və onun mənəvi səviyyəsi yoxlanılır. Təbiətin qoynunda fəaliyyət, bizi əhatə edən ətraf mühitin müdrikliyini dərk etmək, özünü kompasın kiçik bir hissəsi kimi hiss etməyə kömək göstərir. Başqalarına xidmət -məsuliyyət hissini möhkəmləndirmək, başqalarını anlamağa çalışmaq, humanist fikirlər, digərlərinin həyat tərzinə sənin aid olduğunu dərk etmək, özünü dünyanın problemlərinə qatılmağa məcbur etmək, dünyada yanaşı yaşamaq məsələlərinə dair diskussiyalar və fikir mübadilələrində iştirak etməkdir. Deyilənlərdən belə nəticə çıxır ki, Skaut təlim-tərbiyə metodu ilk növbədə, ümumbəşəri dəyərlərin daha da artmasına can atan şəxsiyyətin formalaşmasına şərait yaradır. Üsul həm skaut qruplarının sıravi üzvləri, həm də liderlərin təşəkkülünə imkan verir. Üsul kiçik skautlar, böyük skaut -congavərlərə aiddir. Üsul hər bir təşkilatda yaş həddinin inkişaf xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunur. Üsul ilk növbədə adları çəkilən skaut qruplarının tələbatlarını təmin edir və müvafiq olaraq bu səpgidə aşağıdakı səviyyələri qeyd etmək olar. Dərketmə -yaş və cinsiyyət fərqlərini nəzərə alan fəaliyyət. Vərdiş və bacarıqlar sistemi: əldə olunan biliklərin təcrübədə tətbiq olunması. Davranış: həyat fəaliyyətinin bütün aspektlərində, seçilmiş dəyərlərə müvafiq olaraq uşaq və gənclərin davranış adaptasiyası Skautinq təhsil-təlim metodu nəzəriyyəçilik, ünlü pedaqoqların yaradıcılığı deyil, yalnız və daimi fəaliyyətidir. Ümumilikdə skaut üsulu- işlə təhsilin vəhdətinə əsaslanan, kiçik qruplarda — xarakterin formalaşması və biliklərin əldə olunması, xarakterin inkişaf etdirilməsi, biliklərə yiyələnmə, özünə inam hisslərinin aşılanması, etibarlı olma, əməkdaşlıq etmə və rəhbərlik vərdişlərinə çatmaq üçün proqressiv dərketmə, məsuliyyəti öz üzərinə götürmə və böyüklərin köməyi ilə özünə nəzarətə hazırlığı nəzərdə tutur.
Skautinqdə bir neçə vəhdət təşkil edən element — simvol və atributlar vardır. Skautların atributikasına aşağıdakılar aiddir:
Nişan, uniforma, skaut çağırışı, fərqləndirmə nişanları, qalstuk və s. Ümumilikdə götürüldükdə skaut hərəkatı yarandığı gündən simvolik xarakter daşıyır.
Skaut sözünun tərcüməsi kəşfiyyatçıdır və macəra, çətinliklərlə zəngin səyahətlər, qorxmazlıq, mərdlik, dostluq anlayışları ilə birgə qabul edilir. Skaut hərəkatının özünəməxsus rəmzləri, bayrağı, geyimləri həyat tərzi, bütün dünya ölkələrində qəbul edilib. Bununla yanaşı, hər bir milli təşkilatlarda, ölkələrin adət-ənənələri, xüsusiyyətlərin və rəmzlərin, həmçinin dövlət atributlarının nəzərə alınması ilə qəbul etdiyi fərqli geyim və rəmzləri mövcuddur. Azərbaycanda skaut üzvlərinin üç rəngli bayraq rəngində boğaz örpəyi, respublikamızın rəmzləri əks olunan xüsusi geyimləri var. Onlar hərbçi sayağı bir-birini salamlayır, dövlət bayrağının qarşısında və andiçmə mərasimində baş əyir və bayrağı öpür, mərasimlər vaxtı fərəqat vəziyyətində dayanırlar. Bütün yuxarıda qeyd edilən rəmzi adətlər və xüsusiyyətlər gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların layiqli ölkə vətəndaşları kimi yetişməsində böyük əhəmiyyətə malikdir.
Skaut emblemi Hərəkat yarandıgı gündən onun rəmzinə çevrilmişdir. Hərəkatın tarixi boyu 300 milyondan çox skaut bu nişanı daşımışdır. Hal-hazırda skaut emblemi dünyanın bir çox ölkələrindəki 28 milyon skaut tərəfindən istifadə olunur. Skaut nişanı hamıya məlum olmaqla dünyanın hər yerində, hətta Skautinqin olmadığı yerlərdə belə, Skaut Hərəkatının rəmzi kimi qəbul olunmuşdur. Tez-tez nişanın yaranma tarixi ilə maraqlanırlar. Lord Baden-Pauell bu suala belə cavab verir: "Biz nişanımızı qütb ulduzundan götürmüşük". Hal-hazırda bu simvol bütün dünya dənizçiləri üçün istiqamət nişanıdır. Skautlarda isə bu rəmz dostluq və qardaşlığa gedən yolu bildirir. Bu nişanın əsas elementləri bir neçə yüzilliklər əvvəl də mövcud idi, belə ki, onlar kompasda Şimal istiqa-mətini bildirirdilər. Çinlilər bu nişanın b.e. ə. II minilliyə təsadüf etdiyini bildirirlər. Həmin simvol bir sira etrus və roma naxışlarında da özünü göstərərək, Misir və Hindistanın bir sıra qədim abidələrinin üzərində tapılmışdır. Avropada bu simvol ehtimal ki, XIII əsrin sonu, Marko Polo öz səyahətlərinin birindən kompas gətirdikdən sonra, naviqasiya nişanı kimi istifadə olunmağa başlanmışdır. Böyük Britanika" ensiklopediyasında Qütb ulduzunu bildirən bu nişanın italyan dəniz səyyahı Falmi Çioxunun kəşf etdiyi, bəsit kompasın üzərində təsvir olunduğu gösterilir. "Britanika" daha bir maraqlı cəhəti qeyd edir ki, bu simvol maqnit kompasından da əvvəl mövcud olan və dəniz səyyahlarının aşkar etdiyi "Küləklər Gülünün" simvoludur. Küləklərin sokkiz əsas istiqaməti yunan hərfləri, eyni zamanda şimal küləyi "Qramontana" sözünü ifadə edən "T" hərfi ilə işarə olunurdu. O zamanlar "T" hərfi oxlarla bəzədilirdi. Bu işarəyə tez-tez rast gəlinir. O, bəzən gerblərin üzərində, bəzən dekorativ təsvirlərdə, bəzən nizənin ucunu, zanbağı ifadə etmək üçün təsvir olunurdu. Qədim zamanlardan xəritələrdə Şimal istiqamətini göstərmək üçün zanbaq şəkili çəkilirdi. Beləliklə, qütb ulduzunu xatırladan simvol, skaut məqsədilə yolunda kompas kimi həqiqi və etibarlı, başqalarına da yol göstərməyi tövsiyə edir. Zanbaq gülünün üç ləçəyi skaut andının üç prinsipini, beşguşəli ulduz həqiqət, biliklərə doğru irəliləməyi və skaut hərəkatının 10 qanununu ifadə edir. Skaut Hərəkatının beynəlxalq nişanının əsas elementi riflənmiş kəndirlə əhatə olunmuş zanbaqdan ibarətdir ki, bu da Beynəlxalq hərəkatın vəhdət və qardaşlığını ifadə edir. Skaut Hərəkatının rəngləri ağ və bənövşəyidir — bənövşəyi fonda ağ zanbaqdır. Bunun rəmzi mənası belədir: ağ rəng təmizliyi, şahanə bənövşəyi rəng isə öndərlik və başqalarına yardımı ifadə edir.
Tərbiyəvi skaut tədbiri olaraq skautların toplantısını nəzərdə tutur. Birinci skaut toplantısının keçirilməsi ideyası B.P.-yə məxsusdur və 1920-ci ildə Londonda keçirilib. Tədbirdə dünyanın 34 ölkəsindən 8 min nəfər skaut iştirak edib.
Ümumdünya skautinqində aşağıdakı qaydada Camborilər təşkil edilir:
-Ümumdünya (USHT-nin üzv dövlətlərinin skaut üzvləri toplanır).
-Regional (müəyyən skaut regionununa daxil olan təşkilatların nümayəndələri toplanır).
-İxtisaslaşdırılmış Beynəlxalq (eyni dinə etiqad edən eyni ixtisaslaşdırılmış proqram üzrə işləyən ayrı-ayrı skautların toplantısı və s.).
-Milli (hər hansı bir ölkənin skautları toplanır). Hər 4 ildən bir dünyanın bütün skautları ümumdünya skaut hərəkati təşkilatının rəsmi tərbiyəvi tədbiri olan Ümumdünya Camborisinə toplanır. Burada 14–17 yaşlı uşaqlar iştirak edirlər.
Skaut Hərəkatı tarixində ilk dəfə olaraq Azərbaycan Skautlarının XIX Ümumdünya Skaut Toplantısında iştirak etməsi və dünyanın 187 ölkəsindən olan 35 min gəncin, ""Bir yerdə dünyanı qururuq" devizi altında yaratdığı "Qlobal kənd" layihəsində fəal iştirakı gənclərin həyatında bir hadisə olmuşdur. 2003-cü ildə səkkiz nəfərdən ibarət nümayəndə heyəti Tailandda "Dünyamızla bölüşək, mədəniyyətimizlə bölüşək" şüarı ilə keçirilən XX Ümumdünya Skaut Toplantısında Azərbaycanı təmsil etmişlər.[6]
Skaut devizi "Hazır ol!"dur.Qədim zamanlardan cəngavərlərin devizi daim "Hazır oldur. Skautlar müasir cəngavərlərdir. Özlərini hər zaman güclü göstərən, problemləri həll etməyi öyrənən, çətin anlarda aciz qalmayan müasir cəngavərlərdir. Bununla bərabər daim "Hazır ol" parolu skautların yaradıcısı Baden-Pauell tərəfindən düşünülmüşdür. B.P daim "Hazır ol" parolu ilə layiqli bir vətəndaş olmağa, başqalarına xoşbəxtlik verməyə hazır olmağa, hər skautun yaxşı əməllər üçün çalışmağa hazır olmasını istəmişdir.Bir gün skautinqin yaradıcısına devizin hansı məna verdiyi haqqında sual verirlər. O, bu sualı belə cavablandırmışdır ki, "Skaut devizi o mənanı daşıyır ki, sən ağıl və bədənlə hər hansı bir çətinliyi dəf eləməyi bacarmalı, ehtiyac olarsa, başqalarına yardım etməyi bacarmalısan.Həyatda yaşamağa hazır olmaq — xoşbəxt, kədərsiz yaşamaq üçün əlindən gələn hər bir şeyi etdiyini dərk etməkdir".
Ümumdünya Skaut Hərəkatı Təşkilatının "Avrasiya Skaut Regionu>> 1997-ci ildə Ümumdünya Skaut Komitasinin qərarı ilə yaradılmışdır. Regiona, eyni zamanda 12 ölkə — Azərbaycan Respublikasi, Rusiya Federasiyası, Belorus, Moldova, Gürcüstan, Ermənistan, Tacikistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Ukrayna respublikaları daxildir. Yeni yaranmış Region Karpat dağlarından Bering körfəzinə, Şimal qütb dairəsindən Pamir dağlarına kimi olan 27 mln. m² ərazini əhatə edir və 12 saat qovşağı ilə bölünmüşdür. Region ölkələrində yaşayan insanların ümumi sayı 270 mln. nəfərdir. Avrasiya Regional Skaut Təşkilatının təsis Konfransı 26 aprel 1998-ci ildə keçirilmişdir. Azərbaycan Respublikasının Milli təşkilatı olan Azərbaycan Skautlar Assosiasiyası (ASA) "Avrasiya Skaut Regionu"na daxildir. Hal-hazırda Rusiya, Belorusiya, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Tacikistan milli skaut təşkilatları fəaliyyət göstərir və onlar ÜSHT-nın üzvləridir. Sevindirici haldır ki, Azərbaycan Skautlar Assosiasiyası — Rusiya, Ukrayna, Qazaxıstan və digər MDB ölkələrinin skaut təşkilatlarından əvvəl Ümumdünya Skaut Birliyi tərəfindən tanınmışdır.
Ümumdünya Skaut Hərəkatı Təşkilatının (ÜSHT) Avrasiya regionu üzrə Baş Nümayəndəliyi 1993-cü il 12 aprel tarixində qeydiyyata alınmışdır. Avrasiya Regional Skaut Təşkilatının təsis Konfransının qərarı ilə Baş Nümayəndəlik ÜSHT-nin Avrasiya Regional Bürosuna çevrilmişdir. Avrasiya Regional Büro — Ukraynanın Qurzuf-Krasnokamenka şəhərində yerləşir.
Skautinq yarandığı gündən etibarən hərəkatın bütün əsas və daha vacib prinsipləri Qanun və Andda aydın və cəlbedici bir şəkildə göstərilmiş, bütün Milli Skaut Assosi- asiyalarına yayılmışdır. Skautun andı — hər bir gənc hərəkata üzv qəbul edildiyi zaman öz həmyaşıdları arasında könüllü surətdə and içir. Gənclərin and içməsi özünütərbiyə prosesində simvolik addımdır.
Bütün dünyada skautlar vəd verərkən aşağıdakı sözləri deyirlər
Allah və vətən qarşısında olan borcumu yerinə yetirəcəyimə, hər vaxt başqalarına kömək edəcəyimə, skaut qanunlarına tabe olacağıma əlimdən gələn hər şeyi edəcəyim şərəfinə and içirəm.
And içirəm öz şərəfimə, məndən asılı hər bir şeyi edəcəyəm ki, Allah və Azərbaycan qarşısında olan borcumu yerinə yetirim, hər vaxt başqalarına kömək edim, skaut qanunlarına tabe olum.
Mauqki skautlar üçün aşağıdakı and keçərlidir.
"Mən çalışacağam ki, sözə qulaq asan olum, Allah və Azərbaycan qarşısında öz borcumu yerinə yetirim, mauqli skautların qanunlarına riayət edim və hər gün xeyirxah iş görüm.ə
Bütün dünyada skautlar görüşərkən, sağ deyil sol əllərini verirlər ki, bu da möhkəm dostluq və qarşılıqlı inam mənasını daşıyır. Skautların uniformada olub olmamağından asılı olmayaraq onlar hər zaman belə görüşürlər.
Skaut salamı Milli bayrağın qaldırılması və endirilməsi, skaut andının verilməsi kimi təntənəli mərasimlərdə tam uniforma geyimində verilir.Bu salamın bir varianti skaut rəmzinə uyğundur; belə ki, salam verilərkən sağ əl çiyin səviyyəsindən qaldırılır. Baş və çeçələ barmaq ovuc içərisində birləşdirilir, qalan 3 barmaq isə skautun yaşından asılı olaraq bir-birinə möhkəm sıxılır. Ovucun, qarşısındakı adama açıq olması nəzərə alınmalıdır.
Skautun boğaz örpəyi vacibdir və hər bir qrupun fərqləndirici elementidir. Onlar müxtəlif rəngli olmaqla ölkənin bayrağı rəngini daşıya bilər.
Paltarın qoluna tikilən xüsusi skautun hər hansı bir "Skaut ixtisasında" məsələn lider, aşpaz, idmançı, ilk yardımın göstərilməsi, turizm və s. əldə etdiyi nailiyyətləri ifadə edir.
Skaut təşkilatının yarandığı gündən onun üzvlərinin böyük məmnuniyyətlə geydiyi rəngli forması var. Bir sıra ölkələrdə bu forma bir neçə onilliklər ərzində mövcud olmaqla artıq ənənəvi şəkil almışdır. Geyim xarici görkəmini dəyişdirdikdə belə o, qrupun üzvlərinin vahid Beynəlxalq Təşkilata və Beynəlxalq Skaut ailəsinə aid olma rəmzini özündə əks etdirməlidir.Müxtəlif ölkələrdəki skautların geyimi bir sıra elementləri ilə yaxın olsalar da, əksər hallarda, rənglərinə görə fərqlənirlər. Skautların geyim forması yerli şəraitə, yaş dövrünə, fəaliyyət növünün xüsusiyyətlərinə, milli adət-ənənələrə və s. uyğundur.Bu forma qrupun özü tərəfindən, fərqlənmə nişanlarına aid qaydaların mütləq qorunması şərtilə yaradıla bilər. Azərbaycan Skautlarının uniforması Assosiasiya tərəfindən təsdiq edilmişdir. Uniformaya Azərbaycanın Dövlət rəmzlərini — gerbini və bayrağını əks etdirən skaut nişanları müəyyən edilmiş qayda ilə tikilir. Azərbaycan Skautları xaricdə və ölkə daxilində keçirilən beynəlxalq tədbirlərdə yalnız təsdiq olunmuş uniformada iştirak edə bilərlər.
Gənclərin kiçik komandalarda, patrullarda birləşməsi skaut hərəkatının quruluşunun əsasıdır.6–9 nəfər uşaq və gənclərdən və bir böyük liderdən ibarət komandanın özünəməxsus həyat tərzi, komanda üzvləri arasında vəzifə bölgüsü və iş planları var. Burada gənclərin müəyyən qruplarda birləşmə arzusu həyata keçir və onlar ünsiyyətdə olmaqla bir-birinə müəyyən dərəcədə təsir göstərərək, birgə fəaliyyət ilə müəyyən vərdişlərə yiyələnirlər.
Patrul ümumi maraqlar əsasında təşkil olunur. Hər bir tədbirin müvəffəqiyyəti, ilk növbədə, bütün iştirakçıların qoyulan məsələ, ideyanı nə dərəcədə dərk etmələrindən asılıdır. Patrulun bütün üzvləri elə hiss etməlidirlər ki, bu, məhz onların ekspedisiyası, onların tədbiridir və onlar əsərin baş qəhrəmanlarıdırlar.İnandırmaq, maraqlandırmaq, hər bir iştirakçını tədbir ideyasi ilə xəstələndirmək- məhz bu rəhbərin əsas vəzifələrindən biridir. O, məqsədinə o vaxt çata bilər ki, məsələn, qrupun bütün üzvlərinə hazırlıq işlərini təşkil etməyə şərait yaratsın. Sözsüz ki, rəhbər özü tədbirin keçirilməsinə tam əmin olmalıdır. Ondan yalnız iştirakçıları həvəsləndirmək, onların daxiliqüvvələrilə özlərində inam yaratmaq, bir sözlə, lazımi anda yanlarında olmaq tələb olunur. Başqa sözlə desək, digər iştirakçıları ilə onlarsız heç bir qərar qəbul etmir. Hazırlıq prosesində liderin hər bir skautun daxili imkanlarını, onlardan səfərdə istifadə məqsədilə, yaxşı bilməsi zəruridir.Səfər zamanı o, hər bir kəsin üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə nəzarət edir və eləcə də Patrulun bütün fəaliyyətini istiqamətləndirir. Ehtimal ki, hazırlıq prosesində məsələnin bəzi aspektləri ümumi müzakirəyə çıxarılmalıdır.Patrul rəhbəri bu məsələləri müzakirə üçün düzgün qərar qəbul etmək üçün Patrulun məqsəd və məramlarını açıqlamaqla, iclasa çıxara bilər. Dediklərimizdən belə nəticə çıxır ki, liderin üzərinə Patrulun mövcud işini təmin etmək vəzifəsi də düşür.
Tarix | Sıralama | Şəhər | Ölkə | Üzv Ölkələr | Ev sahibiliyinə namizəd ölkələr |
---|---|---|---|---|---|
1920 | Retrospektiv olaraq "Birinci Beynəlxalq Konfrans" adlanır | London | 33 | ||
1922 | Birinci Beynəlxalq Konfrans (retrospektiv olaraq "İkinci" adlanır) [2] | Paris | 30 | ||
1924 | Üçüncü Beynəlxalq Konfrans | Kopenhagen | 34 | ||
1926 | Dördüncü Beynəlxalq Konfrans | Kandersteg | 29 | ||
1929 | Beşinci Beynəlxalq Konfrans | Birkenhead | 33 | ||
1931 | Altıncı Beynəlxalq Konfrans | Vyana Baden | 44 | ||
1933 | Yeddinci Beynəlxalq Konfrans | Gödöllő | 31 | ||
1935 | Səkkizinci Beynəlxalq Konfrans | Stokholm | 28 | ||
1937 | Doqquzuncu Beynəlxalq Konfrans | Haaqa | 34 | ||
1939 | 10-cu Beynəlxalq Konfrans | Edinburq | 27 | ||
1947 | 11-ci Beynəlxalq Konfrans | Rosny-sur-Seine qalası | 32 | ||
1949 | 12-ci Beynəlxalq Konfrans | Elvesaeter | 25 | ||
1951 | 13-cü Beynəlxalq Konfrans | Zalsburq | 34 | ||
1953 | 14-cü Beynəlxalq Konfrans | Vaduts | 35 | ||
1955 | 15-ci Beynəlxalq Konfrans | Niaqara şəlaləsi, Ontario | 44 | ||
1957 | 16-cı Beynəlxalq Konfrans | Kembric | 52 | ||
1959 | 17-ci Beynəlxalq Konfrans | Yeni Dehli | 35 | ||
1961 | 18-ci Beynəlxalq Konfrans | Lissabon | [7] | 50 | |
1963 | 19-cu Beynəlxalq Konfrans | Rodos | 52 | ||
1965 | 20-ci Beynəlxalq Konfrans | Mexiko şəhəri | 59 | ||
1967 | 21-ci Beynəlxalq Konfrans | Sietl | 70 | ||
1969 | 22-ci Beynəlxalq Konfrans | Espoo | 64 | ||
1971 | 23-cü Beynəlxalq Konfrans | Tokio | 71 | ||
1973 | 24-cü Beynəlxalq Konfrans | Nayrobi | 77 | ||
1975 | 25-ci Beynəlxalq Konfrans | Lundtoft | 87 | ||
1977 | 26-cı Beynəlxalq Konfrans | Monreal | 81 | ||
1979 | 27-ci Beynəlxalq Konfrans | Birminhem | 81 | ||
1981 | 28-ci Dünya Skaut Konfransı | Dakar | 74 | ||
1983 | 29-cu Beynəlxalq Konfrans | Dearborn | 90 | ||
1985 | 30-cu Beynəlxalq Konfrans | Münhen | 93 | ||
1988 | 31-ci Beynəlxalq Konfrans | Melburn | 77 | ||
1990 | 32-ci Beynəlxalq Konfrans | Paris | 100 | ||
1993 | 33-cü Beynəlxalq Konfrans | Sattahip | 99 | ||
1996 | 34-cü Beynəlxalq Konfrans | Oslo | 108 | ||
1999 | 35-ci Beynəlxalq Konfrans | Durban | 116 | ||
2002 | 36-cı Beynəlxalq Konfrans | Saloniki | 125 | ||
2005 | 37-ci Beynəlxalq Konfrans | Hammamət | 122 | ||
2008 | 38-ci Beynəlxalq Konfrans | Cecu adası | 150 | ||
2011 | 39-cu Beynəlxalq Konfrans | Kuritiba | 138 | , , | |
2014 | 40-cı Beynəlxalq Konfrans | Lyublyana | 143 | ||
2017 | 41-ci Beynəlxalq Konfrans | Bakı | 169[8] | ||
2020 | Təxirə salınıb | ||||
2021 | 42-ci Dünya Skaut Konfransı | Rəqəmsal | 170[9] | ||
2025 | 43-cü Dünya Skaut Konfransı | Şərm əş-Şeyx | [10] | , |
WOSM-a görə, dünyanın beş ölkəsində skautinq yoxdur və ya qadağandır.[11] Bu ölkələr bunlardır