Köməkçi nitq hissəsi

Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Bunlar qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur,əsas nitq hissəsi kimi söz yaradıcılığında iştirak etmir , özünə məxsus sualı yoxdur, qoşulduğu sözlə cümlə üzvü olur. Həmçinin quruluşca sadə və mürəkkəb olur.

Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən cəhətlər bunlardır:

[redaktə | mənbəni redaktə et]
1 2 3 4
Əsas nitq hissələrinin həm qrammatik,

həm də leksik mənası var. Lakin köməkçi nitq hissələrinin yalnız qrammatik mənası var.

Əsas nitq hissələri

suala cavab verir, köməkçi nitq hissələrinin isə heç bir sualı yoxdur.

Əsas nitq hissələrinin sintaktik vəzifəsi var və

cümlə üzvü ola bilir. Köməkçi nitq hissələrinin isə sintaktik vəzifəsi yoxdur və heç bir cümlə üzvü olmur.

Əsas nitq hissələri ayrılıqda söz kimi işlənir amma köməkçi nitq hissələri ayrılıqda işlənmir.

İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmanın 9 məna növü var:

  1. Birgəlik, vasitə, alət : ilə, (la, lə),-ca, cə .(adlıq , yiyəlik hal ilə işlənir)
  2. Zaman : əvvəl, qabaq, sonra , bəri .(çıxışlıq hal ilə işlənir)
  3. Məsafə : kimi, qədər, dək, can, cən .(yönlük hal ilə işlənir)
  4. İstiqamət : sarı, tərəf, doğru , qarşı .(yönlük hal ilə işlənir)
  5. Bənzətmə : kimi , qədər , -tək , ca, cə , təki. (adlıq , yiyəlik hal ilə işlənir)
  6. Fərqləndirmə : başqa , savayı , özgə , qeyri , əlavə. (çıxışlıq hal ilə işlənir)
  7. İstinad : görə , əsasən , ca . (yönlük hal ilə işlənir)
  8. Səbəb, məqsəd : üçün , görə , ötrü , sarı , üstündə , uğrunda , naminə . (yiyəlik , yönlük , çıxışlıq hal ilə işlənir)
  9. Aidlik : dair, aid , xas , məxsus , haqda , barədə. (yönlük , yiyəlik , adlıq hal ilə işlənir)və.s.
border=none Əsas məqalə: Bağlayıcı

Bağlayıcı sözlər, cümlələr, abzaslar və mətnlər arasında əlaqə yaradır, onları qrammatik cəhətdən bir-birinə bağlayır. Sintaktik funksiyasına görə (cümlədəki vəzifəsinə görə) bağlayıcılar iki yerə bölünür:

  1. Tabesizlik bağlayıcıları
  2. Tabelilik bağlayıcıları

Tabesizlik bağlayıcıları

[redaktə | mənbəni redaktə et]

Tabesizlik bağlayıcıları bərabərhüquqlu üzvləri — cümlənin həmcins üzvlərini, eləcə də tabesiz cümlənin tərəflərini birləşdirir.

Tabesizlik bağlayıcılarının 6 qrammatik məna növü var:

  1. Birləşdirmə: və , ilə (-la2)
  2. Qarşılaşdırma: amma , ancaq , lakin , halbuki , isə , fəqət .
  3. Bölüşdürmə: ya , ya da , ya da ki , və ya , və yaxud , yaxud da , gah , gah da , gah da ki , istər , istərsə də .
  4. İştirak: həm , həm də , həm də ki , o cümlədən , o sıradan , nəinki , hətta , habelə , həmçinin,özüdə , -da2 .
  5. İnkar: nə , nə də , nə də ki .
  6. Aydınlaşdırma: yəni , məsələn .

Tabelilik bağlayıcıları

[redaktə | mənbəni redaktə et]

Tabelilik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir.

Tabelilik bağlayıcılarının 4 qrammatik məna növü var:

  1. Aydınlaşdırma: ki , belə ki .
  2. Səbəb: çünki , ona görə ki , buna görə də , ona görə də , onun üçün ki , ondan ötrü ki
  3. Güzəşt: hərçənd , hərçənd ki .
  4. Şərt: əgər , hərgah , madam ki , indi ki , yoxsa , bir halda ki .
border=none Əsas məqalə: Ədat
  • Sözlərin və cümlələrin təsir qüvvəsini artıran köməkçi nitq hissəsidir. Ədat cümlədə ifadənin səlisləşməsinə kömək edir.
  • Məgər bunu sizə deməmişdik? — cümləsində məgər ədatı bütövlükdə cümlənin təsir gücünü artırır. Sən ki belə deyildin cümləsində ki ədatı sən sözünün təsir gücünü artırır.
  • Ədatlar söz və ya cümlələrin mənasını qüvvətləndirməyə xidmət etdiyi üçün onları cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz, həmin məna yalnız bir qədər zəifləyə bilər. Məsələn: Ən gözəl qız gəlsin— Gözəl qız gəlsin.
  • Ədatların qrammatik mənası söz və cümlələrin təsir gücünü artırmağa xidmət etməsidir. Cümlədə ədat işləndikdə qarşı tərəfin— dinləyicinin diqqətini konkret həmin hissəyə yönəldir.

Ədatın mənaca növləri

[redaktə | mənbəni redaktə et]
  1. Qüvvətləndirici ədatlar: ən, lap, daha, axı, hətta, artıq, ki, necə, nə, belə, olduqca, da, də.
  2. Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl.
  3. Məhdudlaşdırıcı ədatlar: ancaq, tək, təkcə, bir, bircə, yalnız.
  4. Sual ədatları: bəs, məgər, bəyəm, yəni, ki, mi.
  5. Əmr ədatları: di, qoy, gəl, gəlin, gəlsənə, ha, bax, gör, görsənə, -sana, -sənə.
  6. Arzu ədatları: kaş, kaş ki, bircə, təki, gərək, barı.
  7. Təsdiq və inkar ədatları: hə, yox, bəli, xeyr, heç, əsla.
border=none Əsas məqalə: Modal sözlər

Danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlərin mənaca aşağıdakı növləri var:

  1. Təsdiq (yəqinlik) bildirənlər: doğrudan(da), həqiqətən(də), sözsüz, şübhəsiz, şəksiz, düzü, doğrusu, təbii(ki), düzdür, doğrudur, əlbəttə(ki)
  2. Güman və şübhə bildirənlər: gərək ki, görünür, ehtimal ki, bəlkə(də), görək, görəsən, deyəsən, güman ki, olmaya, olsun ki, demə
  3. Nəticə (ümumiləşdirmə) bildirənlər: müxtəssər, əvvəla, nəhayət, axır ki, xülasə, ümumiyyətlə, beləliklə, qısası, qərəz, əlqərəz, yaxşı(ki)
  4. Fikrin mənbəyini bildirənlər: deyilənə görə, zənnimcə, məncə, səncə, bizcə, mənə görə, bizə görə
  5. Təəssüf bildirənlər: təəssüf ki, heyif ki, əfsus ki
  6. Bənzətmə: (və müqayisə) bildirənlər: sanki, elə bil, elə bil ki, güya(ki)
border=none Əsas məqalə: Nida

Danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsidir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsidir. Nidaların müxtəlif məna növləri var:

  1. Sevinc, heyranlıq bildirənlər: paho, bəh-bəh, bıy, paho, oxqay, afərin, ay can, aləm, mərhəba, ura və s.[1]
  2. Kədər, narahatlıq, qorxu bildirənlər: vay, oy, ox, ah, vay-vay-vay[1]
  3. Çağırış bildirənlər: hey, ey, ay, ay aman, ay haray və s.[1]
  4. Nifrət, istehza bildirənlər: tfu, tüf, rədd ol, cəhənnəm ol, cəhənnəmə ki, xa-xa-xa, xux, bah, xox və s.[2]
  5. Qəm, kədər bildirənlər: of, ah, vay, uf, ex, ox, oy və s.[1]

Nidaların məna bölgüsü şərtidir. Hiss və intonasiyadan asılı olaraq, bu məna növlərinə mənsubluq dəyişə bilər.

  • Azərbaycan dili. Hədəf Nəşrləri. X nəşr.
  1. 1 2 3 4 "Nida, nida qrupları və növləri" (aze). azgrammar.top. 15 oktyabr 2016. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
  2. "Nida. Azərbaycan dili" (aze). language.az. 08.05.2019. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.