Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsini bildirir
- Nidaların müxtəlif məna növləri var:
- Sevinc, heyranlıq, təəssüb bildirənlər: bəh-bəh, oha, əhsən, bıy, vaxsey,Allah sən saxla, afərin, aləm, mərhaba, of, ura, paho, oxqay, ay can- ay can. Məs.: Paho! Ay Salam, xoş gördük.
- Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər. Vah! Batdıq biz.
- Çağırış bildirənlər: ey, ay, ya, ay aman, huyy, ədə, hey, a, ehey. Məs.: A bala, bir bura gəl. Ehey, atlılar, xan evinə gedərsiz...
- Nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Məs.: Xox, qorxdum səndən. Xa-xa-xa, get ay batandan sonra gəl, nə qəribə iş oldu.
- Qəm, kədər bildirənlər: of, ah, ox, oy, eh, bay-bay-bay və s. Məs.: Ah, keçdi artıq o günlər. Of, əllərin qurusun, cəllad.
- Nidaların məna bölgüsü şərtidir. Hiss və intonasiyadan asılı olaraq, bu məna növlərinə mənsubluq dəyişə bilər.
Bütün nidalar sözdən ayrı yazılır. Nidalar cümlənin əvvəlində gəldikdə ondan sonra, ortada gəldikdə hər iki tərəfdən, axırda gəldikdə ondan əvvəl vergül qoyulur.
- Ax, bu uşaqlar necə bədzatdırlar!
- Qorxdum, ay aman, yarıldı bağrım.
- Bülbül bağlara səs salır, cəh, cəh, cəh!
Güllərin ətrini alır: bəh, bəh, bəh
Ah (isim və nida), hey (isim və nida), ox (isim və nida), vay (isim və nida), ay (isim və nida) ax ( feil və nida),oy (feil və nida), uy (feil və nida) omonim nidalar hesab olunur.
|
---|
Əsas nitq hissələri | |
---|
Köməkçi nitq hissələri | |
---|