Köməkli intihar

Köməkli intihar — başqasının köməyi ilə intihar aktı.[1] Bir çox yurisdiksiyalarda bir insanın intihar edərək ölməsinə kömək etmək cinayətdir.[2] Köməkli intiharın qanuni olduğu əksər ölkələrdə fərdlər müəyyən meyarlara cavab verməlidirlər. Bunlara ölümcül xəstəliyə sahib olmaq, sağlam düşüncəli olduqlarını sübut etmək, ölmək arzusunu könüllü və dəfələrlə ifadə etmək, müəyyən edilmiş ölümcül dozanı özlərinin əl ilə qəbul etməsi daxildir. Qanunların əhatə dairəsi yerdən yerə dəyişir. Birləşmiş Ştatlarda köməkli intihar sadəcə yaşamaq üçün altı ay və ya daha az müddətə malik olanlar üçündür. Almaniya, Kanada, İsveçrə, İspaniya, İtaliya, Avstriya, BelçikaNiderland kimi digər ölkələrdə ölümcül diaqnoz tələb olunmur və könüllü evtanaziyaya əlavə olaraq icazə verilir.[3]

  1. Davis N. "Euthanasia and assisted dying rates are soaring. But where are they legal?". The Guardian. 15 July 2019. 26 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2020.
  2. Patients Rights Council. "Assisted Suicide Laws in the United States". 6 January 2017. 11 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2017.
  3. "Spain passes law allowing euthanasia". BBC News (ingilis). 18 March 2021. 25 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2021.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]