Konül Xasıyeva (17 mart 1968, Şəki) — Azərbaycanın muğam ifaçısı, müğənni, Azərbaycanın Xalq Artisti
Könül Xasıyeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 17 mart 1968 (56 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1981–h.h. |
Janr | Muğam ifaçısı |
Mükafatları |
Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəki şəhərində anadan olmuşdur. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfinə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsinin qalibi olmuşdur. 1981–1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986–1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olmuşdur.
Könül Xasıyeva 7 may 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[1]
Səhnəyə 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsində çıxmış və həmin müsabiqənin qalibi olmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.