Köndələn dyunlar (rus. поперечные дюны, ing. transverse dunes) — eninə profili asimmetrik, hakim küləklərin istiqamətinə perpendikulyar uzanan, səhradan kənar dyun tirələri. Əksər hallarda bu dəniz sahili cavan dyunlardır. K.d. qurunun dərinliklərinə doğru irəlilədikcə və inkişaf etdikcə, həmçinin qədim qumlu zandr düzənlik vilayətlərdə uzu-nuna və parabolik formalara keçir.[1]