Körpülü Hafiz Əhməd Paşa (v. 1769, Qahirə, Misir əyaləti) — I Mahmud səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Körpülü Əhməd Paşa | |
---|---|
osman. كوبريللى حافظ احمد پاشا | |
1768 – 1769 (ləqəbi: Əl-Hac, Hafiz) | |
Əvvəlki | Buludqapan Əli bəy |
Sonrakı | Kəlləçi Osman Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1769 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Körpülü Numan Paşa |
Ailəsi | Körpülülər |
Doğum tarixi haqqında məlumat yoxdur. Atası Sultan Əhməd dövrünün sədrəzəmlərindən Körpülü Numan Paşa, anası isə onun ilk xanımı Ruqiyyə xanımdır. Dövrünün məşhur alimlərindən dərslər alaraq hüsn-xətt üzrə icazət aldı. Atasının vəfatının ardından saray xidmətinə alınan Əhməd Paşa 1730-cu ildə qapıçılar kəndxudası, 1731-ci ildə qübbə vəziri, 1733-cü ildə Vidin qalası mühafizi təyin edildi. Ardından 1738-ci ildə Rumeli bəylərbəyi təyin edilərək Sofiyaya göndərildi. 1740-cı ildə Saloniki valisi, 1744-cü ildə Kandiyə sancaqbəyi, 1746-cı ildə Yanya sancaqbəyi, 1748-ci ildə Əyriboz sancaqbəyi, 1751-ci ildə Belqrad valisi, 1752-ci ildə Bosniya bəylərbəyi və 1764-cü ildə Hələb bəylərbəyi olaraq təyin olundu.
1768-ci ildə Misir bəylərbəyi təyin edildi və bu vəzifədə ikən 1769-cu ildə Qahirədə vəfat etdi. Aliyə, Səadət, Hafsa və Dürrə adlı qızlarının olduğu bilinir.