"Küp" (gürc. ქვევრი) — rejissor İrakli Kvirikadzenin filmi.
Küp | |
---|---|
gürc. ქვევრი | |
Janr | komediya |
Rejissor | İrakli Kvirikadze |
Əsərin müəllifi | Luici Pirandello |
Ssenari müəllifi | Rezo Qabriadze |
Baş rollarda |
Buxuti Zakariadze Vaxtanq Sulakvelidze |
Operator | Lomer Axvlediani |
Bəstəkar | Giya Kançeli |
Rəssam | Xristesi Lebanidze |
İstehsalçı | Gürcüstan Telefilm Studiyası |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 27 dəq. |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1970 |
Rəng | ağ-qara |
IMDb | ID0067262 |
Qogiya çaxır məhsulu almaq üçün kəndə böyük bir küp alaraq qayıdıb. Onun qızı küpü maşının yük yerindən təkbaşına çıxarmaq istəyəndə onu tuta bilmir və əlindən yerə düşür. Küpün bir hissəsi qırılır. Bundan sonra Qogiya bu işlərin ustası olan Abesalomun köməyinə müraciət etməyə məcbur olur.
Dəvət olunmuş mahir usta böyük küpün içində girib qopan və çatlayan yerləri təmir etməyə başlayır. İşini qurtarandan sonra usta həmişəki kimi küpün boğaz hissəsindən çıxmaq istəyir. Amma küp Meqreliyadan idi. Belə küplərin isə boğaz hissəsi çox dar olur.
Qogiya uğursuzluğa düşmüş ustanı oradan çıxmağa inandırır. Lakin heç bir cəhd arzu olunan nəticəni vermir. Sahə milisi gəlib çıxır. O da heç bir çıxış yolu göstərə bilmir. Onlar ağıllı kiminsə gələcəyinə ümid edərək bazar ertəsinə qədər gözləmək qərarına gəlirlər.
Dostlar zavallı ustaya şam yeməyi və bir qədər çaxır gətirirlər ki, vaxt tez keçsin. Bu, ev sahibinin xoşuna gəlmir. Ancaq o da hamı kimi bu vəziyyətdən çıxış yolu tapılana qədər səbrlə gözləməlidir.