Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə tamaşa və roman qəhrəmanı Kür Şad haqqındadır. Tarixi şəxsiyyət üçün Aşina Cieşeşuay səhifəsinə baxın. |
Kür Şad türk ədəbiyyatında bir süjetdir.[1] Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb.
Həm yazıçı, həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi.[2] Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.[3]