Kürəkən İbrahim Paşa, (d. ? - ö. 10 iyul 1601) Sultan III. Mehmed dönəmində 3 dəfə, ümumilikdə 3 il 11 ay 27 gün sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. Sultan III. Muradın qızı Ayşə Sultanla evlənməsi ilə Kürəkən olaraq anılan İbrahim Paşa Kanija qalasının fəth edilməsi səbəbilə "Kanija Fatehi" ünvanı ilə məşhurdur.
İbrahim Paşa | |
---|---|
Kürəkən | |
Birinci sədarəti | |
4 aprel 1596 – 25 iyul 1584 | |
Əvvəlki | Qoca Sənan Paşa |
Sonrakı | Cığalızadə Yusif Sənan Paşa |
İkinci sədarəti | |
5 dekabr 1596 – 3 noyabr 1597 | |
Əvvəlki | Cığalızadə Yusif Sənan Paşa |
Sonrakı | Xadım Həsən Paşa |
Üçüncü sədarəti | |
6 yanvar 1599 – 10 iyul 1601 | |
Əvvəlki | Cərrah Mehmed Paşa |
Sonrakı | Yemişçi Həsən Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1550 |
Doğum yeri | Bosniya |
Vəfat tarixi | |
Vəfat yeri | Belqrad |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Ayşə Sultan |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Tanınır | Osmanlı Sədrəzəmi |
İbrahim Paşanın doğum tarixi bilinməsə də, Nevizadə Atayinin qeydlərinə görə əslən bosniyalıdır. 1531-ci ildə dəvşirilərək Əndəruna daxil olmuşdur. Sultan III. Muradın cülus mərasiminə qədər rikapdarlığa, mərasimdən sonra silahdarlığa və 1580 tarixində yeniçəri ağalığına yüksəldi. 1581-ci ildə Rumeli bəylərbəyi oldu. Bundan 1 il sonra Sultan III. Muradın kəriməsi (qızı) Ayşə Sultanla nişanlandı. Cütlüyün toy mərasimi 1586-cı ilin may ayında baş tutdu. Bir müddət sonra vəzifəsi yüksələrək qübbəaltı vəziri olmuşdur. Kürəkən İbrahimin bu qədər qısa müddətdə sürətlə yüksəlməsində Sultan III. Muradın mühasibi, bəylərbəyi Mehmed Paşanın dəstəyinin olduğu bilinməkdədir.
Misir hakimi Mürtəsi Həsən paşanın Misirdə yaratdığı özbaşınalığı aradan qaldırmaq və Misir xəzinəsini paytaxta gətirmək üçün 1583-cü ilin aprel ayında Misir hakimi elan edildi. Misirə dəniz yolu ilə kaptan-ı dərya Qılınc Əli Paşanın müşayiəti ilə getmişdir. Təqribən bir il sonra Livanda baş verən Dürzi üsyanını yatırmış, bundan əldə etdiyi qəniməti İstanbula gətirmişdir. Eləcə də orada Dərviş bəy adlı sənətkara 80.000 düka qızıl dəyərində qiymətli bir taxt düzəltdirmiş və sultana hədiyyə etmişdir. Bu taxt bundan sonra sultanların cülus mərasimlərində istifadə olunmuşdur. Bu səbəbdən sultan İbrahim Paşanı ikinci vəzirlik dərəcəsinə yüksəltmişdir.
Ancaq buna baxmayaraq bir müddət sonra gözdən düşdü. Onun dövlət işlərindəki əvvəlki nüfuzu yalnız Sultan III. Mehmedin dönəmində qazanıldı. Belə ki, Sultan III. Mehmedin cülus mərasimindən sonra İbrahim Paşa üçüncü vəzirliyi (vezir-i sâlis) ilə qübbəaltı vəzirliyinə yenidən alındı. 1595 tarixində Sərdar Fərhad Paşanın Əflak səfərinə çıxması ilə ikinci vəzirliyə (vezir-i sâni) ilə sədarət vəkili elan edildi. Sərdar Fərhad paşanın sədarətdən alınması ilə sədrəzəmliyə gəlməsini gözləyən İbrahim paşanın planları pozuldu. Belə ki, Qoca Sənan Paşa dördüncü dəfə sədrəzəmliyə gətirildi. Bundan sonra sədarətə sıra ilə Təkəli Lələ Mehmed Paşa və ardından beşinci dəfə Qoca Sənan Paşa gətirildi. Bunun səbəbi isə Sərdar Fərhad paşanı haqsız yerə edam etdirən Sultan III. Mehmedin vicdan əzabı çəkməsi və bunun da İbrahim paşanın fitnəsi olduğuna inanması idi.
Qoca Sənan Paşanın vəfatı ilə 5 aprel 1596 tarixində sədrəzəmliyə gətirilən İbrahim paşa Avstriya səfəri hazırlıqlarını ələ aldı və sultanın da qatıldığı bu səfər boyunca İstanbulun qorunması üçün tədbirlər gördü. İbrahim Paşanın sədrəzəmlik dövründə baş verən ən mühüm hadisələrdən biri Əyri qalasının fəthindən sonra avstriyalılarla gedən Xaçoba müharibəsidir. İbrahim paşa bu müharibədə ordunu müvəffəqiyyətlə idarə etsə də, döyüşdəki fəaliyyətlərinə görə Cığalızadə Yusif Sənan Paşa sədarətə gətirildi. Ancaq 45 gün davam edən bu sədrəzəmlikdən sonra Validə Sultan Safiyə Sultandan gələn bir məktubla İbrahim Paşa ikinci dəfə sədrəzəmliyə gətirildi. Sədarətə geri qayıdan İbrahim Paşa sədarətdən qovulma səbəbi olan Cığalızadə Yusif Sənan Paşanı Akşehirə sürgünə göndərdi.
Bu müddətdə İstanbulda bahaçılıq başlamış və dövlət xəzinəsinə gələn vergilər azalmışdı. 1597-ci ilin fevral ayında yenidən Avstriya səfəri hazırlığı başladı, ancaq xəzinənin yarısı boş olduğundan daxili xəzinədən 20 sandıq qızıl çıxarılmış və həmin il ülufə ödəmələri çətinliklə ödənmişdir. 15 iyunda yeni sərdar-i əkrəm olaraq Kürəkən İbrahim paşa təyin edilsə də, həmin dövrlərdə xəstəliyi səbəbi ilə dövlət işlərini axsatmış və bu səbəbdən 3 noyabr 1597 tarixində sədarətdən qovulmuş və yerinə Hadım Həsən paşa gətirilmişdir.
Ancaq qiymət artımı və maliyyə böhranı səbəbi ilə Əflak səfəri öz nəticəsini vermədi. 6 yanvar 1599 tarixində Kürəkən İbrahim Paşa Avstriya səfərinə çıxması şərti ilə yenidən sədrəzəmliyə gətirildi. Üçüncü sədarətində Kürəkən İbrahim Paşa dövlət idarələrindəki vəziyyəti düzəltmiş, ordudan qaçanları sərt şəkildə cəzalandırmışdır. Səfər hazırlıqları bitdikdən sonra 1599 tarixində İstanbuldan Belqrada hərəkətə keçmişdir. 1600-cü ilin yazında Belqraddan çıxan Sədrəzəm İbrahim Paşa Esterqon qalasına hücum etmək istəmiş, lakin Tiryaki Həsən Paşanın da iştirak etdiyi məclisdə Kanija qalası hədəf seçilmişdir. 40 günlük mühasirədən sonra qaladakı əsir yeniçərilər tərəfindən qala divarları partladılmış və beləliklə, qala təslim edilmişdir. Bəylərbəyliyə çevrilən qala və ətrafındakı torpaqlar Tiryaki Hasan Paşanınidarəsinə verilmişdir. Bu qalibiyyətdən yetərincə məmnun qalan sultan Kürəkən İbrahim Paşaya göndərdiyi xətt-i hümayunda paşanı təbrik etmiş, həyatda olduğu müddətcə sədarətdə qalacağı barədə söz vermişdir. Bu fəthlə İbrahim Paşaya “Kanija Fatehi” ləqəbi verilmişdir.
Sədrəzəm və sərdar-i əkrəm olan İbrahim Paşa ordugahda xəstələnmiş və son nəfəsində əvəzinə Rumeli bəylərbəyi Sokolluzadə Lələ Mehmed Paşanı vəsiyyət etmişdir. Belqrad ordugahında 10 iyul 1601 tarixində vəfat etdi. Cənazə namazı ordugahda qılındıqdan sonra nəəşi Belqrada daşınmış, daha sonra İstanbula gətirilərək Şahzadə Məscidində tikdirdiyi türbəsində dəfn edilmişdir.