Kürən Sonya (ing. Red Sonja) — 1985-ci ildə istehsal olunmuş ABŞ döyüş filmi. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Metro-Goldwyn-Mayer kinokompaniyası distribütorlik etmişdir.[3][4]
Kürən Sonya | |
---|---|
ing. Red Sonja | |
Janr | Döyüş filmi |
Rejissor | Riçard Fleyşer |
Prodüserlər |
Kristian Ferri A. Maykl Liberman Xose Lopes Rodero |
Əsərin müəllifi | Robert İrvin Hovard |
Ssenari müəllifləri |
Klayv Ekston Corc MakDonald Freyzer |
Baş rollarda |
Arnold Şvartsenegger Brigitta Nilsen Sendal Berqman |
Operator | Cuzeppe Rotunno |
Bəstəkar | Ennio Morrikone |
Rəssamlar |
Danilo Donati Canni Covalyoni |
İstehsalçı | Dino De Laurentiis Company |
Distribütor | Metro-Goldwyn-Mayer, Netflix |
İlk baxış tarixi | 3 iyul 1985 |
Müddət | 89 dəqiqə |
Büdcə | $17.9 milyon[1] |
Gəlir | $6,948,633[2] |
Ölkələr |
Niderland ABŞ |
Dil | İngilis dili |
İl | 1985 |
Rəng | rəngli |
IMDb | ID0089893 |
Sehrli gücə sahib olan Kraliça Qedren Sonyanın ailəsini öldürür. Sonyanın intizarını görən ilahələrdən biri ona sehrli güc verir. Bu səbəbdən Sonya Çin ustasının yanına gedir ki, qazandığı güclə qılınc oynada bilsin. Həmçinin, bu müddətdə müxtəlif sehrli qüvvəsi olan talisman haqqında öyrənir. Həmin talismanı məbədin kahinləri qoruyur. Talismanı qaranlığa qərq etməsələr, dünyada güclü zəlzələ yaradacaq və insanları məhv edəcəkdir. Kahinlər onu məhv etmək qərarına gəlirlər. Bu zaman Qedrenin döyüşçüləri məbədə hücum edir. Məbəddəki insanlar ona qarşı müqavimət göstərsələr də, onun döyüşçülərinə məğlub olurlar. Qedren talismanı oğurlayır və sağ qalanları yeraltına göndərmələrini əmr verir. Kahinlərdən biri Sonyanın bacısı Varnadır. Varna talismanı tapır və buradan qaçır. Lakin yolda Qedrenin döyüşçüləri tərəfindən ağır yaralanır. Bu zaman onu döyüşçü Kalidor xilas edir. Kalidor Kürən Sonyanı tapır və bacısın yanına gətirir. Varna ona talisman haqqında danışır və onu məhv etməsini söyləyir. Bu sözlərdən sonra Varna dünyadan köçür. Kalidor ona köməyini təklif etsə də, Kürən Sonya onun təklifini qəbul etmir və Qedrenin axtarışına yollanır.
Kürən Sonya yoluna davam edən zaman talisman tərəfindən məhv edilən Heblok şəhərini görür. Burada Şahzadə Tarna və onun köməkçisi Falkonu tapır. Şahzadə Tarna Qedrenə təslim olmadıqdan sonra Qedren talismanın hesabına şəhəri məhv etmişdir. Bu səbəbdən onlar Qedrendən qisas almaq üçün yeni ordu yaradacaqlar. Onlar Kürən Sonyanı orduda aşpaz olaraq işləməsinə dəvət edirlər. Kürən Sonya isə bundan imtina edərək, Qedrenin yaşadığı Əbədi Qaranlıq krallığında yerləşən "Berkubane" qəsrinə yola düşür. Kürən Sonya dağ keçidindən keçmək istəyən zaman ona Lord Britaq mane olur. Kürən Sonya onunla döyüşür və onu öldürür. Bu səbəbdən onun dəstə üzvləri Kürən Sonyaya hücum edir. Bu zaman onu yol boyu gizli olaraq təqib etmiş Kalidor, döyüşçüləri öz tərəfinə çəkir və Kürən Sonyanın buradan qaçmasına şərait yaradır. Kürən Sonya buradan uzaqlaşdıqdan sonra Şahzadə Tarnanın quldurlar tərəfindən əsir götürüldüyünü görür. Kürən Sonya quldurlarla döyüşür və Tarnanın köməkçisi Falkon bura gələrək, ona kömək edir. Onlar birgə yollarını davam etdirirlər. Bu müddətdə Qedren və köməkçisi İkol onları sehrli güzgüdə müşahidə edirlər. Bir müddət sonra Qedren talismanın sehri nəticəsində onların yolu üzərində fırtına yaradır və onlar içi suyla dolu olan mağaraya getməyə məcbur olurlar. Bu zaman suda onların üzərinə bədheybət hücum edir. Kalidor tez bir zamanda onların köməyinə gələrək, bədheybəti öldürür.
Bu hadisədən sonra Kürən Sonya Kalidorun köməyini qəbul edir. Bir müddət sonra Kürən Sonya və Kalidor aralarında kimin yaxşı qılıncla döyüş bacarığını yoxlamaq üçün bir-biri ilə döyüşürlər. Döyüşün sonu heç-heçə ilə bitir. Sonda onlar Qedrenin yaşadığı paytaxta çatırlar və onun döyüşçüləri ilə mübarizə aparmağa başlayırlar. Mübarizədən əvvəl onlar Şahzadə Tarnanı qəsrdən kənar yerə yollamışdılar. Qedren talismanı Alovlar otağında saxlamışdır. Talisman qəsrdə müxtəlif fəlakətlərin baş verməsinə səbəb olur. Qedrenin köməkçisi olan İkol ona talismanı bir neçə müddət qaranlıq otaqda saxlamağı təklifini söyləyir. Lakin Qedrenin onunla razılaşmadığını görüncə, İkol Heblok şəhərindən olan qızılları götürür və buradan qaçmaq niyyətinə düşür. Lakin bu zaman Şahzadə Tarna onunla mübarizə aparmağa başlayır və İkol baş verən fəlakətlər səbəbindən dünyadan köçür. Kürən Sonya Qedren ilə mübarizə aparmağa başlayır. Kalidor və Falkon öz növbəsində olaraq Qedrenin döyüşçüləri ilə mübarizə aparırlar. Kürən Sonya Qedreni öldürür və talismanı uçuruma ataraq, onu məhv edir. Sonda döyüşçülər buradan qaçmağı bacarırlar.
Aktyor/aktrisa | Rol |
---|---|
Arnold Şvartsenegger | Lord Kalidor |
Brigitta Nilsen | Sonya |
Sendal Berqman | Qedren |
"Kürən Sonya" film tənqidçilər tərəfindən müsbət qarşılanmamışdır.[5] Arnold Şvartsenegger müsahibəsində, "Bu mənim iştirak etdiyim ən pis film idi" (ing. It's the worst film I have ever made) sözlərni qeyd etmişdir. Həmçinin, Arnold zarafatnan: "Əgər mənim uşaqlarım özlərini yaxşı aparmasa, mən onları otaqlarına göndərərək, bu filmə cəza kimi 10 dəfə baxmağı məcbur edirəm. Amma mənim onlarnan bir o qədər problemim yoxdur" (ing. Now, when my kids get out of line, they're sent to their room and forced to watch Red Sonja ten times. I never have too much trouble with them) ifadələrini əlavə etmişdir.[6][7][8]
Mükafat | Kateqoriya | Qazanan | Nəticə |
---|---|---|---|
Qızıl Moruq Mükafatı | "Ən pis aktrisa" roluna görə Qızıl Moruq Mükafatı | Brigitta Nilsen | Namizəd |
"Ən pis yeni aktrisa" roluna görə Qızıl Moruq Mükafatı | Qazandı | ||
"Ən pis dəstəklənən aktrisa" roluna görə Qızıl Moruq Mükafatı | Sendal Berqman | Namizəd |