Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyi ümummilli lider H.Əliyevin təşəbbüsü ilə yaradılıb və cəmi 627 eksponatla fəaliyyətə başlayıb. Muzeyin mövzu-ekspozisiya planı tam şəkildə yenidən işlənib. Hazırda burada 4070 eksponat var.
Kürdəmir rayonu Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1986 |
Mövzu | Tarix |
Kolleksiyası | 4070 eksponat |
Muzeyə yetişmək | Kürdəmir, Aşıq Əhməd küçəsi 36 |
Telefon | (02025) 5-04-14 |
Hazırda muzeydə 4207 eksponat var. Bu mədəniyyət ocağının mövzu ekspozisiyası 4 salonda 17 bölmədə nümayiş etdirilir. Ekspozisiyanın 4 bölməsində Kürdəmir rayonunun tarixinə, mədəniyyətinə, məişətinə aid eksponatlar sərgilənir.[1]
Muzeyin 1-ci bölməsi paleolit dövrünün mədəniyyətini və tarixini özündə əks etdirən materiallarla zəngindir. Bölmədə eramızdan əvvəl XI-XII əsrlərə aid əşyalar nümayiş etdirilir. Qədim Kürdəmir haqqında və ərazidə aparılmış arxeoloji qazıntıları əks etdirən materiallar da böyük maraq doğurur. 3-cü bölmədə isə son orta əsrlərə və XX əsrin əvvəlinə aid eksponatlar sərgilənir. Burada erməni teroruna, xüsusi ilə 1918-ci ildə ermənilərin Kürdəmirdə törətdikləri qırğınlara həsr olunan çoxlu sayda foto və sənədlər toplanıb.Kürdəmirin tanınmış ziyalılarına həsr olunan bölmədə isə rayonun yetişdirməsi olan tanınmış insanlar haqqında geniş məlumatlar toplanıb. Rayonda aparılan abadlıq-quruculuq işlərinin tarixi, mühüm layihələrin açılış mərasimləri də xüsusi bölmədə nümayiş etdirilir.[2]