Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü.
Kütyarpaq püstə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Kütyarpaq püstə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür.[1][2]
Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır.
Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır.
Azərbaycanda təbii ehtiyatı çox deyildir.
Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür. Gövdəsinin üzəri bozumtul qabıqla örtülmüşdür. Bitkinin yaşlı budaqlarının rəngi bozumtul, cavan zoğlarının rəngi isə qırmızımtıl olur. Bitkinin yarpaqcıqları yumurtaşəkilli olub, küt ucludur, bə¬zən azca sivri ucu olan yarpaqcıqlara da rast gəlmək mümkündür. Yarpaqları tək lələkvaridir. Yarpaqları 3-7 yarpaqcıqdan əmələ gəlmişdir. Yarpaqcıqları tam kənarlı, üst hissəsi tünd, alt hissəsi açıqyaşıl rəngdədir. İkievli bitkidir – erkək və dişi çiçəkləri yarpaq qoltuqlarında süpürgəşəkilli çiçək qrupunda yerləşir. Meyvəsi 4-6 sm uzunluğunda, 3-4 sm enində olur. Dəniz səviyyəsindən 700–1500 m yüksəkliklərə qədər yayıla bilir.
Təbiətdə generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Park və bağlarda tək-tək rast gəlinir.
Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş və Milli Park və Dövlət qoruqlarında qorunur.
Yeni mühafizə sahələrinin yaradılması zəruridir.
15 m-ə qədər hündürlüyündə, kürəvari çətirli ağacdır. Yarpağı mürəkkəb təklələkvari, yarpaqcıqları yumurtavari, oturaq, küt və ya ucdan azacıq sivriləşmiş, tamkənarlı, üstdən tünd-yaşıl parlaq, alt hissədən açıq rənglidir. İkievlidir, çiçəkləməsi yarpaqlamadan qabaqdır. Çiçəkləri sıx süpürəvari çiçək qrupunda yerləşir, xırda və tutqundur. Erkək çiçək qrupu daha sıx və sallaq olur. Meyvələri quru çəyirdək olub, tərs-yumurtavari formalı, yaşıldır, üstü sıx, bənövşəyi, qırmızı örtüklüdür. Meyvələri sallaq süpürgələrdə xeyli qaır.[1][2][3][4]
Aprel ayında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Toxumları və kötük pöhrələri ilə artır. Quraqlığa davamlı, işıqsevən və torpağa tələbkar bitkidir. Quru dağ yamaclarının meşələşdirilməsində və düzən rayonlarında qoruyucu meşə zolaqlarının salınmasında istifadə oluna bilən bitkidir.[1][2][3][4]
Kür-Araz ovalığı və Xəzəryanı ovalıqda, Böyük Qafqazın Quba hissəsi, Kiçik Qafqazın bütün rayonları, Qobutan, Kür və Naxçıvan düzənliyi, Bozqır yaylası, Naxçıvanın dağlıq hissəsi.[1][1][2][3]
Populyasiyanın təbii bərpasının ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.[1][2]
Ağacların qırılması və mal-qara tərəfindən otarılması.[1][2]
Türyançay Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Qarabağ düzünün Sultanbud təpəsi ətrafında olan seyrək püstə meşəsinin yasaqlıq kimi mehafizəsinə ehtiyac vardır.[1][2]