Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Küveytdəki yəhudilərin tarixi — İraq yəhudi tarixinin bir hissəsi. İraqın görkəmli yəhudi iş adamı Naim Dangoorun babası Bağdadda baş xaxam idi, şəhər əhalisinin 40%-i yəhudi idi və iş yerlərinin 95%-i onlara aid idi. 1930-cu illərdə Şahzadə Meri Universitetində mühəndislik təhsili almaq üçün Londona getdi. Sonra orduya qoşulmaq üçün İraqa qayıtdı və orada bir iş imperatorluğu qurdu. İraqdakı sevimli müsəlman tərəfdaşı ilə Coca-Colanın agenti idi.[1] 1776-cı ildə Sadiq xan Bəsrəni ələ keçirdi, aralarında Yəhudilərin də olduğu yerli əhalinin çoxu yerlərini tərkedib Küveytdə yerləşdi. Yəhudilərin səyləri ilə ölkənin tikintisi və ticarəti inkişaf etdi. 1860-cı illərdə onların sayı artdı və ticarət çiçəkləndi. Məscid bazarının yanında "Yəhudi bazarı" adlı bir yəhudi bazarı var idi. Yəhudilərin spirt hazırladığı və xalqa satdığı bilinirdi. Ticarətdə diqqətli olmaları da bilinirdi. Əsasən toptancılıq edib Hindistan, Bağdad və Hələblə işlədilər. Hətta Avropa və Çinə də ixrac etdilər. Bu gün Ticarət Bankının yerləşdiyi ərazidə 80 yəhudi ailəsi yaşayırdı. Yəhudilər cübbə və fəs geyirdilər əhalinin qalan hissəsindən fərqli görünürdülər. Bəziləri Avropa paltarlarını geyinmələrinə rəğmən yenə də fəs tağırdılar. Sinaqoqları və Tövratları vardı. Şənbə günləri müqəddəs bir gün idi, bu gün işləməzdilər. Onların öz qəbiristanlıqları da var idi ki, bu da onların orada uzun müddət yaşadıqlarını göstərir. 1914-cü ilə qədər təxminən 200 yəhudi var idi. Çoxu Bağdada qayıtdı, bəziləri Hindistana getdi. Küveytdə iki varlı yəhudi var idi, digərləri zərgərlik və ticarətlə məşğul olan orta təbəqə idi. Varlı bir yəhudi olan Saleh Mahlab ilk buz fabrikini 1912-ci ildə açdı. Gurgi Sasson və Menashi Eliyahu tacir və maliyyəçi idi. Şeyx Salem əl-Mübarək doqquzuncu hökmdar vəzifəsini icra edərkən yəhudilərin alkoqolik əhval-ruhiyyəsini dayandırmaq istədi. Onları çağırdı və xəbərdar etdi. Onların Küveytdən qovulmasına dair heç bir dəlil yoxdur. Əslində I Feysəl İraqda hakimiyyətə gələndə İraqa qayıtdılar. Kralın Wiseman və İraqın maliyyə naziri Sasson Heskel kimi yəhudi tanışları vardı. 20-ci illərdə Küveytdəki bütün yəhudilər ölkəni tərk etdilər.[2] Küveytli professor Faisal Abdulla Alkanderi (Islam and Christian-Muslim Relations, 2006) (Azərbaycancası: İslam və Xristian-Müsəlman münasibətləri) məqaləsində bir sözlə bunları bildirmişdir: XIX əsrin son onilliyində Küveyt dövrünün dinamik bir dövrünü yaşamışdır. Ev və gəmi inşaatında artım oldu və sınırsız iş variantları var idi. Ölkə dinc və sabit idi. Fərqli xidmət seçimləri baxımından və iqtisadi baxımdan perspektivli bir yer olan Küveyt, daha yaxşı bir gələcək istəyənlər sayəsində qonşu ölkələrdən immiqrasiya alırdı. Bu məqalədə, bu dövrdə meydana gələn və haqqlarında çox şey bilinməyən Yəhudi icması haqqında məlumatlar təqdim olunur. Ayrıca, tərk etmələrinin ardındakı olabiləcək səbəbləri araşdırmaqdadır. Bu Yəhudilər Mesopotamiyada min il yaşayan 'Babil' yəhudiləri idi. Dilləri Ərəbcəydi və əsrlər boyu Bağdad və Hindistan arasında ticarətlə məşğul olmuşdular. Əsasən toxuculuqla maraqlandılar və hər yaşdan olan insanlar idxal olunan geyim almaq üçün bazarlarına getdilər. Adətən uşaqlarını sinaqoqlarında tərbiyə edirdilər. Birliktə gedib birliktə gələn sabit bir cəmiyyətdən ziyadə, daimi gələn və gedən dəyişkən bir cəmiyyət idi və içlərində hər cür şəxslər var idi.[3]