Birləşmiş Ərəb Əmirliklərindəki Yəhudilərin tarixi

Birləşmiş Ərəb Əmirliyinin coğrafi mövqeyi

Birləşmiş Ərəb Əmirliklərindəki Yəhudilərin tarixi — Dünyanın bir çox ölkəsi kimi Birləşmiş Ərəb Əmirliklərinin müasir tarixi mövcud yəhudi əhalisinin sayını açıqlamır. Yaxın Şərqdəki yəhudi tarixi və Ərəbistan yarımadasında min illik yəhudi tarixi bu gün BƏƏ-də toplanan yəhudi icmalarında qeyd olunur.

Müasir BƏƏ Amerika universitetlərində anti-sionizmə məzmunlu ixtilaflı proqramlara sponsorluq etdi. Ancaq yaxın tarixdə, İranı təhlükə olaraq gördükləri üçün, önəmli Amerika-Yəhudi təşkilatları ilə yaxınlaşmağa çalışdılar.

Erkən tarix[redaktə | mənbəni redaktə et]

Tudelalı Benjaminin yol xəritəsi[1]

Uzaq ərazilərdəki yəhudi icmalarına tarixi səyahət, 1165–1173 illər arasında səyyah Rabbi Benjamin tərəfindən həyata keçirildi və ziyarət edilən yerlər arasında əvvəllər Pars hökmranlığı altında olan Birləşmiş Ərəb Əmirlikləri də vardı.Benjamin'in buradan keçməsinin səbəbi, müqəddəs torpaqlara həcc ziyarətini etmək istəməsi də ola bilərdi.[2]O, orada məskunlaşmaq istəmiş ola bilər, amma səfərinin səbəbləri ilə bağlı mübahisələr var.Səfərinin səbəbinin həm dini, həm də ticarət ilə əlaqədar olduğu barədə də mübahisələr vardır. Digər tərəfdən, Müqəddəs Torpaqlara həccə getmək istəyən zəvvarların gedəcəyi yerlərin və ya təqiblərdən qaçan yəhudilərin məskunlaşacağı yerlərin siyahısını hazırlamaq istəmiş ola bilər.[3] "Uzun Yoldan" gedən Benjamin tez-tez fasilə verir, insanlarla görüşür, yeni yerlərə ziyarət etmiş və "Səyahətnaməsində" hər ölkədən və şəhərdən olan yəhudilərin peşələri və demoqrafiyaları haqqında məlumat toplamışdı.

Benjamin`in Yəhudi icmasının mövcudluğunu bildirdiyi şəhərlərdən biri, hazırda Birləşmiş Ərəb Əmirliklərinin bir hissəsi olan Ras əl-Xaymada yerləşən "Kis" idi.[4]Müasir Ras əl-Xayma 1700 km² əraziyə malikdir və Ərəbistan yarımadasının şimalında yerləşir.

Yaxın tarixdə Yəhudilərə qarşı son münasibət[redaktə | mənbəni redaktə et]

Son illərdə Birləşmiş Ərəb Əmirlikləri ölkəni ziyarət edən yəhudi alim və yazıçılarına qarşı anti-sionist siyasət yeridirdi." Yəhudi Teleqraf Agentliyi 1999-cu ildə məlumat verir ki,bir İngilis universiteti, yəhudi yazıçılarının Birləşmiş Ərəb Əmirliklərindəki dərs və kampuslarında qadağan etdi. Lincolnshire və Humberside universitetləri, Yahudilərin kitablarının ve biblioqrafiyalarında Yəhudilerin olduğu kitabların bu körfəz dövlətində qadağan olunduğunu təsdiq etdilər.Bundan əlavə, mədəni nailiyyətləri xaricdə təbliğ etmək üçün yaradılan dövlətə məxsus Britaniya Şurası 'yerli siyasət, dini və mənəvi qanunlara' uyğun olaraq bu senzuralara boyun əymək məcburiyyətində olduqlarını etiraf etdi.[5]

2000-ci ilin iyul ayında Harvard Universitetinin, aşağı şöbəsi olan "Harvard İlahiyyat Məktəbi" BƏƏ hökmdarı Şeyx Zayed bin Sultan Al Nahayan-dan 2,5 milyon dollarlıq yardım aldı.2002-ci ildə Zayed Mərkəzi, Holokost`da nasistlərin yox, sionistlərin "Avropadakı yəhudiləri öldürdükləri" haqqında bir məruzə etdi.Bu, qarışıqlığa səbəb oldu və nəticədə Zayed Mərkəzi bağlandı və pullar şeyxə qaytarıldı. ABŞ Xarici İşlər Nazirliyi bildirdi ki:"Avqust ayında hökumət Zayed Mərkəzini Koordinasiya və Təqibata uyğun olaraq bağladı, konfranslar təşkil etdi və veb saytı idarə edirdi. Mərkəz anti-sionist mövzularda, "Sionist Hərəkatı və onun Yəhudilərə qarşə düşmənçiliyi" və "Əl Burak Divarı, Ağlayan Divar deyil" adlı kitablar nəşr etdi.İnternet saytlarında anti-sionist müzakirələr və bəzi spikerlərin anti-sionist çıxışları yer aldı.Prezident Zayed hökumətinə görə, hökumət bu mərkəzi "dinlərarası tolerantlıq prinsiplərinə tamamilə zidd olduğu üçün" bağladı. Və yenə 2007-ci ildə, "Anti-Sionizm: Bəzi anti-sionist dini dözümlülüyə uyğun olmayan məqalələr və karikaturalar həm İngilis, həm də Ərəbcə rəqəmsal və çap edilən medialarda çıxdı. Ərəbcə təzyiqlər edən və bəzilərinin dövlətdə payı olan Əl-Ittihad, Əl-Bayan və Əl-Xaleej kimi qəzetlər sionistlərin pis görünməsinə səbəb olan karikaturalar nəşr etdilər; həmçinin Əl-Bayan, dini dözümlülüyə uyğun olmayan məqalələr yayımladı. 14 may 2007-ci ildə Əl-Ittihad bir kipa taxan yəhudi təsviri olan "Sionist Lobbisi" karikaturasını nəşr etdirdi. 2 Avqust 2006-cı ildə Əl-Bayan, sionizm ilə ərəbçiliyi müqayisə edərək, alçaldıcı terminlərdən istifadə edərək yazırdı ki, "Onlar [sionistlər] bəşəriyyətin bir hissəsimi?" deyə soruşdu. Yenə Əl-Bayan'da 16 və 17 iyul 2006-cı ildə İsraillilər ilə Nasistləri müqayisə edən məqalələr yazıldı.2 İyul 2006-cı ildə Əl-İttihad, dünyanın üstündə at kimi duran yəhudilərin təsvir olunduğu karikaturada dünyadakı yəhudi rəhbərliyinin sui-qəsd nəzəriyyələrini əks etdirən məqalə nəşr etdi.

ABŞ, İsrail və Yəhudilər üçün diplomatik açılış[redaktə | mənbəni redaktə et]

Mediada əks olunduğu kimi, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən yeni ekspansiyalar baş verirdi. 2007-ci ildə "USA Today" aşağıdakı sözlərə sitat gətirdi: "Səudiyyə Ərəbistanının rəhbərliyi altında ərəb dövlətləri, İranın artan təsirinin qarşısını almaq, İraq və Livandakı zorakılıqlara nəzarət etmək və Fələstin həllini tapmaq üçün İsrail və Amerika Yəhudiləri ilə açıq danışıqlar təklif etdi… Səudiyyə Ərəbistan, Qətər və Birləşmiş Ərəb Əmirlikləri, İsrailABŞ-dakı İsrail tərəfdarları Yəhudi qruplarla yaxınlaşmağa mane oldular. Bu yaxınlaşma Buş administrasiyası tərəfindən dəstəkləndi: Dövlət katibi Kondoliza Rays, Körfəzin altı ölkəsi, Misir, İordaniya və İsrailin İran və Suriyanın dəstəklədiyi ekstremizmə qarşı ortaq bir nöqtədə görüşdüklərini söylədi. O, İsrail-Fələstin razılaşmasının Həmas və Hizbullah yaraqlılarını zəiflədəcəyini söylədi… Səudiyyə və Körfəz Ərəb ölkələrinin İsraillə olan əlaqəsi 10 ildən çox davam etmişdir lakin, heç vaxt belə icimai hal almamışdı. Ərəb ölkələri, İsraili 1948-ci ildən- qurulandan bəri idarə etmirlər.Əksər Ərəb ölkələri İsrailə getməyi qadağan edir, orada edilən bir investisiyanı və ya ticarət müqaviləsini "sionistlərə dəstək" olaraq görürlər…Digər Ərəb-Yəhudi əlaqələrində İsrailin Vaşinqtondakı səfiri Daniel Ayalon`un məlumatına görə, sentyabr ayında İsrailin baş naziri Ehud Olmert ilə gizli görüşən Səudiyyə milli təhlükəsizlik müşaviri Bandar bin Sultanın İordaniyada görüşü olmuşdur. Bu ən yüksək Səudiyyə-İsrail görüşüdür.

Tarixi BƏƏ-nin böyük yəhudi təşkilatlara dəvətnaməsi[redaktə | mənbəni redaktə et]

Birləşmiş Ərəb Əmirlikləri, Böyük Amerika Yəhudi Təşkilatları Prezidentlərinin konfransından nümayəndə dəvət etdi. 51 üzvdən ibarət olan bu konfrans İsrail tərəfdarı idi. Yanvar ayının sonunda ərəb tələbələri ilə mübahisəsindən sonra İsrail Baş nazirinin müavini Şimon Peres, Qətər əmiri ilə görüşdü. Bu, Peresin 1996-cı ildə baş nazir vəzifəsinə gəlişindən sonra Körfəzdəki ən yüksək səviyyəli görüş idi.

Ərəbistan Yarımadası'ndakı Yahudilərin tarixi[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "PDF: The Itinerary of [[Benjamin of Tudela]] trans. [[Nathan Marcus Adler]]. 1907: Includes map of route (p. 2) and commentary" (PDF). teachittome.com. 2013-06-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-12-09.
  2. Shatzmiller, Joseph. "Jews, Pilgrimage, and the Christian Cult of Saints: Benjamin of Tudela and His Contemporaries." After Rome's Fall: Narrators and Sources of Early Medieval History, p. 338. University of Toronto Press: Toronto, 1998.
  3. Shatzmiller, Joseph. "Jews, Pilgrimage, and the Christian Cult of Saints: Benjamin of Tudela and His Contemporaries." After Rome's Fall: Narrators and Sources of Early Medieval History, p. 347. University of Toronto Press: Toronto, 1998.
  4. Josephine Bacon. Consultant editor: Martin Gilbert. "From Abraham to the Destruction of the Second Temple": The Illustrated Atlas of Jewish Civilization, pp. 30-31. Quantum Books. London, 2004.
  5. "Arxivlənmiş surət". highbeam.com (JTA). 2013-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-09. (#parameter_ignored); (#parameter_ignored); (#redundant_parameters)