Küveytli

KüveytlilərKüveyt ərazisində yaşayan ərəblər. Küveytlilər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzi sahili bölgədə yaşayırlar.

Küveytlilər
Ümumi sayı
2 275 000
Yaşadığı ərazilər
Küveyt
Dili

Ərəb dili

Dini

Sünni (60%), şiə (30-40%)

1957-ci il məlumatına görə ölkədə 206,4 min nəfər yaşayırdi. 1985-ci ildə 1,712 mln, 1995-ci ildə 1,576 mln, 2001-ci ildə 2,275 mln nəfər[1] təşkil etmişdir. Əhalinin sürətli şəkildə artımı ölkənin miqrantlar üçün əlverişli bölgə olması ilə əlaqədır.

Küveytlilərin əcdadları 2,5 min il öncə Ərəbistan yarəmsdasının digər hissələrindən gəlmiş köçəri ərəblər olmuşdur. Onlar əsasən dəvəçilik ilə məşğul olurdular.

Küveytlilər ərəb dilində danışırlar. Əsasən burada ərəb ədəbi dili və müxtəlif dialektlər yayılmışdır. Xüsusi olaraq onların dilinə türk dili, fars dili, ingilis dili və hindistan xalqlarının dilləri təsir göstərmişdir. Onların dialeki daha çox İraqın cənub əhalisinin dislektinə bənzərdir. Uzun zaman ingilislərin əsarətində qalmaları işçi və elmi təbəqə arasında ingilis dilinin yayılmasına səbəb olmuşdur. Ancaq məişət səviyyəsinə qədər yayıla bilməmişdir.

Küveyt müstəqil olduqdan sonra hər şey dinamik şəkildə inkişaf etmişdir. Ancaq dəyişəyən bir çox adətlər vardır. Uzun min illiklər ərzində sərt iqlimə tamb gətirmək məqsədi ilə küvetlilər icma və ailə şəkildə yaşamışlar. Bu xüsusiyyət indidə qorunur.

Küvetlilərin ənənəvi salamlaşma adətləri vardır. Onlar bir-birinin əllərini sıxır və yanaqlarından öpürlər. Ədəti üzrə qadın və kişilərin birgə sohbəti qısa olur. Cəmi bir necə sözlə kifayətlənirlər. Onların əllərini sıxması mümkündür. Ancaq əgər qadınla kişi yaxın əqraba deyillərsə yanaqlar öpülmür.

Küveytlilər olduqca qonaqpərvərdilər. Qonağa çaykofe təklif edilir. Əgər qonan bu təamlardan birindən imtina edərsə bu ev sahibinə qarşı hörmətsuzlik kimi qiymətləndirilir.

  • Təsərrüfat adətləri

Küveytlilər iki kateqoriyaya bölünür: şəhərlilər və yarımköçərilər. Böyük immiqrat axını sayəsində yerlilər səhrada öz adətləri üzrə yaşaması asanlaşmışdır.

  • Yerləşmə

Ölkədə hər 1 km² əraziyə 122,9 nəfər düşür. Ən böyük əhali Əl-Küveytdə yerləşmişdir. Burada demək olar ki, ölkə əhalisinin böyük qismi yaşayır. Əhalinin 98% şəhırlərdı yaşayır.

  • Ənənəvi yeməkləri

Küveytlilərin qidasının əsasını meyvə, tərəvəzlər, süd, qoyun pendiri, kərə yağı, təzə və qurudulmuş balıq təşkil edir. Ənənəvi yeməkləri: düyü və ya qarğıdalıdan hazırlanmış üzərində bir necə tikə ət olan burqul xörəyi; balıqdan ibarət olan plov (tərəvəzli) maçbus; balıq ətin üzərinə tərəvəz əlavə etməklə bişirilən salun xörəyi; qızardılmış ət pomidorla (kabab adlanır). Yeməkləri adətən istiotlu olur. Onlar yeməklrlərdə tərəvəz və ədvalardan istifadə edirlər[2].

  • Ənənəvi geyiş

Küvüytlilərin geyimi Şimali Ərəbisran geyimlərindən kəskin şəkildə fərqlənmirlər. Kişilər əsasən ağ rəngdə olan dişdaşa adlı uzun ətək geyir, başlarına kufiyya adlı papaq taxırlar. Baş geyimi adəti üzrə qara rezinlə başı dairəi şəkildə əhatə edir. Bir çoxları isə avropa geyimlərinə üstünlük veritr. Ərəb qadınları isə baş örtüyü olmadan çölə çıxmır və hətta üzlərini belə örtürlər[3].

  • Ənənəvi yaşayış yeri

Köçəri və yarımköçərilər dördbucaqlə formaya malik qara brezentdən ibarət olan çadırlarda yaşayırlar. Çadırlar əsasən keçədən hazırlanır[4].

  • Sosial təşkilati adətlər

Qədim ərəb ənənələri bu gündə hakimdir. Kişilər üçün evlilik yaşı 15, qadınlar üçün isə 12-dir. Ailədə adətən çox uşaq olur. Qadının ailədə hörməti onun dünyaya daha çox uşaq doğurmasından asılıdır (əsasəndə oğlan uşağı)[5]. Ailə ata xətti üzrə götürülür[6].

Küvüytdə əhalinin 95 % islam dininə etaqad edir. Əhalinin 60—70% sünnü və 30—40% isə şiədir.[7]

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Küveyt

Ölkə 1962-ci ildə qəbul edilmiş konstitutsiya ilə konstitutsiyalı monarxiyadır.

Dövlət başçısı əmir adlanır. Hazırda ölkəni şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah idarə edir. O parlamenyi buraxa, qanunları təstiqləyə və ya onları məclisə geri qaytara bilər. Əmir ordunun ali baş komandanıdır. Əmir toxunulmazlıq hüququna malikdir. Ancaq onun məclis üzləri ilə diskusiyalar qadağan deyildir. Üstəlik əmir vəliəhdi təyin edir. Baş Naziridə əmir təyin edir. Bu pota əmirin ailəsindən kimsə təyin edilir. Ölkınin qanunverici orqanı Məclis əl-Cümədir. Burada 50 deputat olur deputatlar seçkilər yolu ilə dörd illiyinə seçilir. 15 deputat isə baş-nazir tərəfindən təyin edilir. Siyasi partiyalar qadağandır. Küveyt Fars körfəzində yerləşən monarxiyalar arasında yeganə dövlətdir ki, onun qanunverici orqanı vardır.

  1. "Əhalisi". 2007-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.
  2. "Ənənəvi qida". 2008-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.
  3. "Ənənəvi geyim". 2008-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.
  4. "Ənənəvi yaşayış yeri". 2014-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.
  5. "Ailə". 2008-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.
  6. "Sosial təşkilati adətlər". 2014-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.
  7. "The New Middle East, Turkey, and the Search for Regional Stability" (PDF). Strategic Studies Institute. April 2008. səh. 93. 2015-03-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22. Shiites comprise 60 percent of the population in Bahrain, 40 percent in Kuwait, 14 percent in Saudi Arabia, and 35 percent in Lebanon.