Kəbə basqını (1979)

Kəbə basqını — Kəbədə 20 noyabr 1979-cu ildə başlayan və 4 dekabr 1979-cu ilə qədər davam edən silahlı qarşıdurma.

Kəbə basqını
Kəbəyə çatan dəhlizlərdə əməliyyata qatılan Səudiyyə Ərəbistanı əsgərləri
Hücum yeri Kəbə, Məkkə Səudiyyə Ərəbistanı
Vaxt 20 noyabr 1979 – 4 dekabr 1979
Hücum üsulu Kütləvi
Həlak olanlar 244
Yaralılar 451
Terrorçu sayı 243-1000
Terrorçular Cuheyman əl-Uteybi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu basqını təşkil edən qrupun başında 1955-1973-cü illərdə Səudiyyə Ərəbistanı Milli Qvardiyasında xidmət etmiş Cuheyman əl-Uteybi dayanırdı. Basqın zamanı o, təbliğat aparmaq üçün Məscidül-Həramdakı camaatı girov götürür, rəhbərlikdən siyasi tələblər irəli sürür və qaynı Məhəmməd ibn Abdullah əl-Kəhtanini Mehdi elan edir. İki həftə davam edən basqın, Fransanın antiterror birləşmələrinin dəstəyi ilə baş tutan hərbi əməliyyat nəticəsində başa çatıb və əsir götürülən basqınçıların bütün üzvləri, o cümlədən Cuheyman əl-Uteybi, Səudiyyə Ərəbistanı qanunlarına əsasən qolları kəsildikdən sonra edam edilib.

Basqın öncəsi

[redaktə | mənbəni redaktə et]

Basqına rəhbərlik edən Cuheyman əl-Uteybi Nəcdin köklü bədəvi qəbilələrindən biri olan Uteybə qəbiləsindən idi. Babası olduğu iddia edilən Sultan ibn Bəcad əl-Uteybi bu bölgədə 1920-ci illərin sonunda Səud sülaləsinə qarşı üsyan qaldıran Sələfi Müsəlman QardaşlığıQardaşlıq hərəkatına rəhbərlik etmişdi. Əsgərlikdən ayrıldıqdan sonra 1973-cü ildə Mədinədə universitet təhsilinə başlayan Uteybi, gələcəkdə bacısı ilə evlənəcəyi, basqının digər mühüm üzvü olan Məhəmməd Abdullah əl-Kəhtani ilə tanış olur[1]. Təhsil aldığı müddətdə mehdilik və fitnə hədislərinə diqqət yetirmiş, dünyanın sonu ilə bağlı hədisləri o dövrün dünya şəraiti ilə uyğunlaşdırmışdır. Sələfivəhhabi inanclarına uyğun olaraq İslama dəvət adlı qrup təşkil edib və tərəfdarlar toplayıb. 1978-ci ilin yayında Uteybinin başçılığı ilə onun yüz nəfər ardıcılı Səudiyyə rəhbərliyinə qarşı nümayiş təşkil etsə də, sorğu-suallardan sonra “zərərsiz” olduqları qəınaətinə gələrək sərbəst buraxılıblar.

Varlı çevrələrdən əldə etdikləri vəsaitləri bu aksiyada istifadə etmək üçün ayıran Uteybi və tərəfdarları, Səudiyyə ordusundan da qaçaqmalçılıq yolu ilə silah, sursat və müxtəlif texnika gətirərək Kəbə ətrafındakı dəhlizlərdə gizlədiblər.

Edamdan öncəyə aid olan Cuheyman əl-Uteybinin fotosu

Hicri təqvimlə 1400-cü il məhərrəm ayının 1-də (20 noyabr 1979-cu il) səhər namazı vaxtı Məhəmməd ibn Abdullah Əl Səbilin imamlıq etdiyi namazdan sonra basqın təşkil edilmişdir. Məscidin aşağı mərtəbələrində və dəhlizlərində əvvəllər gizlədilən texnika, silah, sursat və məişət əşyaları üzə çıxarılaraq, müdafiə nizamına başlanılıR. Məscidin qapıları bağlanır, əvvəlcə məscidin içindəki səs sistemi ələ keçirilir, anonslarla təbliğat başladılır. İlk elan ediləcək şey Mehdinin zühurudur. Makam-ı İbrahim ilə Qara daş arasındakı yerdə basqınçılar beyət mərasimi keçirirlər.

Həcc dövründən təxminən iki həftə sonra olduğu və belə bir müstəsna günün ilk namazı olduğu üçün Məscidül-Həramda 50.000-100.000 müsəlman girov saxlanılır. Bu girovlar arasında neft naziri Yamaninin ailəsi də olub. Sonradan təbliğat apardıqları zəvvarların getməsinə icazə verilir. Girovların əksəriyyəti, o cümlədən Kəbənin imamı Məhəmməd bin Abdullah Əl Səbil beləliklə azad edilir və onların çox az bir hissəsi basqınçılara qoşulur. Hadisə haqqında məlumatı yaymağa imkan verən iki mümkün vəziyyət var. Əvvəlcə reyd başlayanda tikinti işlərinin aparıldığı ərazidə basqınçılar telefon xətlərini kəsməmiş və basqın barədə məlumat verə bilmişlər. Digər bir məlumat isə odur ki, camaatın əksəriyyəti ilə birlikdə məscidi tərk edən imam xəbəri çatdırmışdır.

Basqının əvvəlində baş verən hadisə , çox gərgin Səudiyyə Ərəbistanı-İran münasibətləri və şiə anlayışında mühüm yer tutan “Mehdi”lik iddiası nəzərə alınaraq İran İslam İnqilabı ilə əlaqələririlir. Hadisə dinlənildikdən sonra Kəbə basqınına görə ABŞ-nin məsuliyyət daşıdığını düşünən bir qrup Amerikanın İslamabaddakı səfirliyinə basqın edir.

Basqını həyata keçirən qrupun bəzi dini və siyasi tələbləri var idi. Basqının rəhbəri Cuheyman əl-Uteybi qaynı Məhəmməd Abdullah əl-Kəhtanini Mehdi elan edərək, bütün möminləri ona beyət etməyə çağırıb. O, həmçinin Səudiyyə rejimini dəstəkləyən üləmalardan bundan əl çəkməyi tələb edib. Əslində hücumdan sonra da basqında iştirak edənlərin qeyri-islamçı elan edilməsinə qarşı çıxan və onları “silahlı qrup” adlandıran din xadimləri olub. Basqınçıların digər siyasi tələbləri arasında Səud Xanədanının təkfir edilərək xarici şirkətlərlə iş görənlərlə birlikdə mühakimə olunması, dini prinsiplərə əsaslanan dövlət anlayışının qurulması, neft hasilatının azaldılması, ölkədəki xarici bazaların bağlanması və əsgərlərin çıxarılması, mədəni deformasiyanın qarşısını almaq üçün Qərb dövlətləri ilə əlaqələrin kəsilməsi daxil idi.

Səfa və Mərvə təpələri arasındakı hərəkat sırasında yüksələn dumanlar.

Əbu Qubeys dağında mövqe tutan və ya minarələrə və hündür yerlərə qalxan Uteybinin adamları Kəbəni əhatə edən Səudiyyə qoşunlarını izləyə bilir və onların Hərəmi-şərifə yaxınlaşmasına imkan vermirdilər. Digər tərəfdən, Səudiyyə Ərəbistanı administrasiyası onların sayından tutmuş, əllərindəki imkanlara və gördüyü hazırlıqlara qədər heç bir şey haqqında dəqiq məlumata sahib deyildilər. Hadisələrin qızışmaması və qəzəblə ölkəyə nəzarəti tamamilə itirməmək üçün başda Mədinə və Taif olmaqla bəzi şəhərlərdə komendant saatı tətbiq edilir. Məkkə tamamilə boşaldılır və şəhərlə əlaqə tamamilə kəsilir. Nəşrlərə, ünsiyyət imkanlarına, ölkəyə giriş-çıxışa nəzarət, xüsusən də jurnalistlərə qoyulan nəzarət gücləndirilir.

Verilən fətvaya uyğun olaraq, onların verilən müddətdə təslim olmamaları nəticəsində əməliyyat başlaır. Basqının altıncı günündə ilk cavab cəhdləri Səudiyyə qüvvələrinin snayper atəşi ilə geri çəkilməsi ilə nəticələnir. Sonrakı günlərdə Pakistandan gələn xüsusi təlim keçmiş komando birliyi də ciddi töhfə verə bilmir. Nəhayət, Valeri Jiskar d'Estendən xahiş edərək, Fransanın terrorla mübarizə bölməsini çağırmağı qərara alınır. Halbuki qeyri-müsəlmanların Məkkəyə daxil olması dini cəhətdən qadağan edilmişdi. Bu qadağa o zaman Məkkə qazisi İbn Bas tərəfindən verilən fətva ilə həll olundu və fransız əsgərləri Məkkəyə gəlməmişdən əvvəl kağız üzərində yazılmış sözləri oxuyaraq Kəbənin ətrafına yerləşdirilə bildilər[2].

Yerdən məscidin qapılarına və havadan içəriyə təşkil edilən əməliyyatla məscidin birinci və yuxarı mərtəbələri ələ keçirilir. Aşağı mərtəbədə hələ də orada olan və müqavimət göstərənlərə qarşı fransız bölməsinin hazırladığı strategiya ilə mübarizə aparılır. Koridorlarda və aşağıda gizlənənlərə sinir sisteminə təsir göstərən qazlarla iflic edilir. Bundan əlavə, o dövrdə dəyişdirilən Məkkənin su infrastrukturu olan kanallar Məscidül-Harama istiqamətləndirilərək yenidən təşkil edilir. Kəbəyə və dəhlizlərə vurulan suya elektrik verilərkən içəridəkilərin çoxu həlak olur. Əməliyyatda əl-Uteybi sağ-salamat ələ keçirilir, Mehdilik iddiası ilə ortaya çıxan əl-Kəhtani isə öldürülür.

Yaxalanan Uteybi və adamları
Yaxalanan basqkınçılar

Tutulan bütün fəallar Səudiyyə qanunlarına və verilən fətvalara uyğun olaraq hərbi məhkəmə tərəfindən edam cəzasına məhkum edilib. Bu cəzalarda “Maidə” surəsinin 33-cü ayəsi əsas mənbələrdən biri olmuşdur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.”[3]

170 nəfərin cəzasının icrası ölkənin səkkiz müxtəlif şəhərində həyata keçirilir[4]. Basqınçılar qolları kəsilərək edam edilir. Təşkilatçı kimi tanınan 63 fəalın qolları, ayaqları və başları kəsilərək edam edilib. 63 fəal, o cümlədən əl-Uteybi 1980-ci il yanvarın 9-da Məkkədə açıq şəkildə edam edilmişdir.

Bu nəşrin arxa planı redaktorlar tərəfindən aydınlaşdırılmayıb və ya açıqlanmayıb. Bir fikrə görə, hadisələrdə bəzi səudiyyəli şahzadələrin də iştirak etdiyi iddia edilirdi, lakin dövrün kralı Xalid ibn Əbdüləziz əl-Səud bu şahzadələri cəzalandırmaqdan çəkinir, ancaq bəzilərini sürgünə göndərir. Digər bir məqam isə odur ki, silahların gizlədilməsinə kömək etdiyi iddia edilən Səudiyyə Bin Laden Qrupu Kəbənin tikintisində iştirak edib, lakin onlar Səud xanədanı ilə əlaqələrindən istifadə etməklə yaxa qurtarıblar.

Xüsusən də bu hadisədən sonra Səudiyyə Ərəbistanı hökumətinin ölkədəki vəhhabi, sələfişiə təriqətlərindən olan fundamental və ekstremist qruplara münasibəti sərtləşdi və qanunlarda geniş dəyişikliklər edildi. Digər tərəfdən, Cuheyman əl-Uteybi hələ də anti-Səudiyyə sələfi-vəhhabi hərəkatı tərəfindən dəli bir qəhrəman kimi görünür və hörmətlə xatırlanır; yalnız Mehdilik iddiası və Kəbədəki aksiyanın təşkili tənqid olunur[5].

  1. "The Dream That Became A Nightmare" (PDF). Al Majalla. 1533: https://web.archive.org/web/20120715131230/http://www.majalla.com/eng/print-edition-pdf/al-majalla-issue-1533.pdf. 20 Noyabr 2009. 2012-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 İyul 2012.
  2. "Tam 30 yıl oldu Kâbe baskını esrarını hâlâ muhafaza ediyor". 12 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Mart 2016.
  3. "Diyanet İşleri Başkanlığı Meali". 13 Mart 2016. 18 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2022.
  4. "Esrarını koruyan bir olay: Kâbe baskını". 26 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2022.
  5. "Pelin Çift ile Öteki Gündem - Kâbe'nin Tarihi - 23.02.2014". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-15.