Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kəhrəba turşusu (butandion turşusu, etan-1,2-dikarbon turşusu) – ikiəsaslı doymuş karbon turşusudur. Ağ rəngli kristallar olub, suda və spirtdə həll olur, butun bitkilərin tərkibində, kəhrəbada az miqdarda vardır. Bitkilərin boy artımını ctimullaşdırır və məhsuldarlığı artırır, qarğıdalının inkişaf etməsini sürətləndirir.
Kəhrəba turşusu | |
---|---|
Ümumi | |
Sistematik adı | Kəhrəba turşusu |
Kimyəvi formulu | C4H6O4 |
Molyar kütlə | 118.09 q/mol |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 183 °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 110-15-6 |
PubChem | 1110, 21952380 |
ChEBI | 15741 |
ChemSpider | 1078 |
Ilk dəfə kəhrəba turşusunu XII əsrdə kəhrəbanın birbaşa qovulmasından almışlar.
Sənayedə isə kəhrəba turşusu, əsas etibarı ilə, malein anhidridinin hidrogenləşdirilməsindən alınır. Kəhrəba turşusunun duzu və efirləri suksinatlar (lat. Succinum – kəhrəba) aşlandırılır.
Kəhrəba turşusu ağ kristalar olub, zəif və yüngul duzlu-acıtəhər dada malikdir [2].
Ərimə temperaturu 183oC, qaynama temperaturu 235 oC-dir. 235oC-dən yuxarı temperaturda özündən Н2О ayırır və kəhrəba anhidridinə çevrilir. Kəhrəba turşusu 130 - 140 °С-də asanlıqla qovulur. Suda həll olması (100 q suda): 6,8 (20 °С-də), 121 (100 °С-də)-dir. Həmçinin həll olur: etil spirtində 9,9 (5°С); dietil efirində - 1,2 (15°С). Kəhrəba turşusu benzolda, benzində , xloroformda həll olmur. Dissosasiya sabitləri belədir: Ка1= 7,4*10−5, Ка2= 4,5*10−6.
Kəhrəba turşusundakı metilen qrupları yüksək reaksiya qabiliyyətinə malikdir ki, bu da karboksil qruplarının təsiri ilə əlaqədardır. Bromlaşdırma zamanı kəhrəba turşusu dibromkəhrəba turşusu əmələ gətirir: HOOC—(CHBr)2—COOH. Kəhrəba turşusunun diefirləri ketonlarla (Ştobbe kondensləşməsi) və aldehidlərlə kondensləşir.
Ammonyak və aminlərlə kəhrəba turşusu cuksinimidlər və onun N-əvəzli analoqlarını (R-H, alkil və ya aril qrupları) əmələ gətirir.
Kəhrəba turşusunun aromatik və heterotsiklik amunlərlə alınan mono- və diamidləri bir sıra boyaların, insektisidlərin və dərman maddələrinin sintezində tətbiq olunur.
Kəhrəba turşusu və onun anhidridi aromatik birləşmələrlə asanlıqla Fridel-Krafts reaksiyasına (“suksinilləşmə” adlandırılan) girərək 4-aril-4-ketoyağ turşusunun törəmələrini əmələ gətirir.
Kəhrəba turşusu oksigenlə nəfəs alan orqanizmlərin hüceyrə tənəffüsü prosesində iştirak edir.
Ölümcül dozalar (LD50): oral - 2,26 q/kq (siçovullar), venadaxili - 1,4 q/kq (siçanlar) [3]. Su anbarlarının suyundakı maksimum konsentrasiya həddi 0,01 mq/l-dir.
Kəhrəba turşusu analitik kimya, həmçinin plastik kütlələrin, qatran və dərman preparatlarının istehsalı üçün kimyəvi sintezdə istifadə olunur.
Qida sənayesində qida qatqısı E363 kimi tanınan turşu dadlandırıcısı kimi istifadə olunur [2].
Dərman preparatlarında kəhrəba turşusu maddələr mübadiləsini və toxumalarda enerji tədarükünü yaxşılaşdıran və toxuma hipoksiyasını azaldan aktiv maddə kimi istifadə olunur [4].
Süksinat və hialuron turşusu dəri hüceyrələrinə təsir göstərdikdə, redermalizasiyanın cavanlaşdırıcı təsiri əldə edilir.