Kələbədin kəndi

Kələbədin kəhdiAğcabədi rayonunda, Kələbədin inzibati ərazi vahidində, rayon mərkəzindən 31 km şimal-qərbdə, Ağcabədi-Bərdə şose yolu kənarında Qarabağ düzündə yerləşir.

Kələbədin kəndi
Ölkə
Əhalisi
Əhalisi
  • 1.265 nəf. (1 yanvar 2007)

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalisinin sayı 1265 (01.01.2007 cı il üçün) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıqbaramaçılıqla məşğul olur.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Kəndin eyəlilər, kərimlilər, gambaşlılar, şahvazdılar, yuxarıbaşlılar və başqa tayfa -tirələri vardır. Bəzən kəndin adını Gələbədin və ya Kələbəddin formasında da yazırlar. Oykonim qala və bədii/badiyə sözündən əmələ gəlib. Ərəb dilindən Azərbaycan dilinə keçmiş bədii/badiyə sözü "çöl", "düzən" anlamındadır. Bu mənada Kələbədin toponiminin mənası "qala duzu" anlamına uyğun gəlir. Bağqa bir fikrə görə isə, toponim kəl və bədii (badiyə) sözlərinin birləşməsindən yaranıb. Əkindən sonra dincə qoyulmuş sahəyə kəl deyirlər.Toponimin mənasına başqa yozumlarla yanaşanlar da var.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nazim Tapdıqoğlu (Vəlişov). Ağcabədi Ensiklopediyası. Bakı-2006