Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi — Azərbaycanın Kəlbəcər rayonunda muzey.
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi | |
---|---|
Əsası qoyulub | 1980 |
Mövzu | tarix, arxeologiya |
Yerləşir | Azərbaycan, Kəlbəcər |
Kolleksiyası | 30 000 |
İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1980-cı illərin əvvəllərində ədəbiyyatçı alim Şamil Əsgərov tərəfinden yaradılmışdır. Müzeyin həyəti 900 m² artıq idi. Müzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılmışdır. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, bəbir və çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü at və qoç heykəli nümayiş etdirilirdi. Burada "Bəzir daşı" deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlar ilə bədxassəli şişlər müalicə olunurmuş.
Mütəxəssislər və tamaşaçılar bu müzeyi həm də geologiya, arxeologiya, incəsənət və səs müzeyi adlandırırdılar. Bolqarıstan, Hindistan, Çin Xalq Respublikası, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən cox alimi Kəlbəcər müzeyinə maraqla baxmış, qiymətli rəylər yazmış və bu müzeyin zənginliyinə ürəkdən məftun olduqlarını bildirmişdilər.[1]
Hazırda Ermənistan ordusunun işğalı nəticəsində məhv edilmişdir.