Kəlbəlixanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Kəlbəlixanovlar | |
---|---|
Titul | Xan |
Əcdadı | Kəlbəli xan Kəngərli |
Qohum soylar | Kəngərlinski, Naxçıvanskilər, Zülfüqarxanovlar Zamanbəyovlar |
Mənşəyi | Naxçıvan, |
Təbəəliyi |
Naxçıvan xanlığı, Rusiya imperiyası |
Naxçıvan vilayəti 1828-ci ildə Rusiyaya ilhaq edildikdən sonra Kəngərlilər bir neçə qola ayrılmışdılar (Kəngərlinski, Kəlbəlixanovlar, Naxçıvanskilər, Zülfüqarxanovlar Zamanbəyovlar və s.). Kəlbəli xanın oğlu Şeyxəli xan və vərəsələrinin əksəri Kəlbəlixanov soyadında qalmışdı. Kəngərlilərin çox mühüm qollarından biri olan Kəlbəlixanovlar nədənsə çox az öyrənilib. Kəlbəlixanovların şəcərəsini ilk dəfə mərhum tarix elmləri namizədi Ə.Əliyev hazırlayıb. Naxçıvan MR dövlət arxivində olan sənədlər bizə Şeyxəli xanın nəsil şəcərəsini ətraflı təsvir etmək imkanı verir.