Kəldanilər

Kəldanilər və ya xaldeylər[1] (Babil. Kaldu, İv. כַּשְׂדִּים - Kasdim, yun. Χαλδαίοι ) — e.ə. I minilliyin birinci yarısında Babilistanda yaşamış tayfa.[1] Mesopotamiyanın cənubunda, Fars körfəzinin şimal-qərb sahilindəki DəcləFərat çaylarının arasında, eramızdan əvvəl X-IV əsrlərdə yaşamış semit tayfaları. Babilə sahib olmaq üçün Assuriya ilə döyuşlərdə iştirak edirlər. E.ə. 626-536-cı illərdə Babili, Yeni Babil krallığını quran xaldey sülaləsi idarə edib.

Arami dilində danışıblar.[2] Xaldeylər Bibliyada bir neçə dəfə xatırlanır.

Xaldey (Xaldey) indiki İraqda

Xaldeylər haqqında ilk məlumat eramızdan əvvəl 878-ci ilə aid edilir. Onlar haqqında ilk məlumatı Assuriya kralı II Aşurnazirpalın salnamələrində görmək olar. Fars körfəzi sahillərində , DəcləFəratın aşağı axınındakı bataqlıqlar və göllər ərazisində yaşayırdılar. Bu gün müasir tarixçilərə məlum 6 Xaldey qəbiləsi olub. E.ə. IX əsrdə Xaldeylər Babilin cənub hissəsini işğal etdilər və tədricən şimala doğru irəliləyirlər. Onlar eyni zamanda qədim Akkad / Babil mədəniyyətini gördukcə bu mədəniyyəti və onların dinini qəbul edirlər. Bütün Xaldey tayfaları yarı köçəri həyat tərzi sürmüş və maldarlıqla məşğul olublar. Mixi yazı mənbələrinə əsasən, Xaldey qəbilələrinin başçılarının adları aşağıdakı kimi olub:

  • Bit-Yakin (Elam ilə həmsərhəd qəbilə),
  • Bit-Dakuri (ən böyük qəbilə),
  • Bit-Amukani ,
  • Bit-Adini ,
  • Bit-ŞiliniBit-Şa'alli ,

Assuriya kralı III Şalmanasar eramızdan əvvəl 851-ci ildə Xaldey şahzadələri Bit-Dakuri, Bit-Amukani və Bit-Yakin xərac ödəməyə məcbur etdi. Aşşur padşahları Şamşi-Adad V və III Adad-nirari onlarla müharibələr aparır.

Miladdan əvvəl 744-cü ildə Assuriya kralı III Tiglatpalasar (e.ə. 745 - e.ə. 727) Babilistanı işğal etdi və Sippardan Fars körfəzinin bataqlıqlarına qədər olan ərazidə müttəfiq Xaldey tayfalarını məğlub edir. Bu qələbədən sonra Assur şahı "SümerAkkad kralı" titulunu alır. Babil Assuriya hakimiyyətini qəbul etməli olur. Babil şəhərlərinin dini dairələri, məmurları və tacirləri tədricən Assuriya hökmranlığının möhkəm dayağına çevrilir və ölkənin müstəqilliyi uğrunda mübarizədə təşəbbüs Xaldeylərə və şəhər əhalisinin aşağı təbəqələrinə keçdi.[3] Miladdan əvvəl 732-ci ildə Babil sülaləsinin sona çatması Babil mirası üçün Assuriya, Xaldeylər və Elam arasında müabrizənin başlanmasına səbəb olur.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Qədim Yunanıstanda gəzən falçılara, astroloqlara Xaldeylər deyilirdi.
  • Qədim Rusiyada küçələrdə, bazarlarda insanları əyləndirən insanlara Xalde deyilirdi.
  • Hal-hazırda, Xaldey, xidmət personalı, əsasən garsonlar üçün bir jarqon adıdır [4]

İstinad siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Халдејләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 41.
  2. Дан 2:4
  3. "ИСТОРИЯ ДРЕВНЕГО ВОСТОКА". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
  4. "Толковый словарь Кузнецова". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.