Kəmalə Yanson

Kəmalə Yanson və ya Kəmalə K. Jansson (tam adı: Kəmalə Rafiq qızı Kərimova-Yanson; 18 aprel 1971, Bakı) — azərbaycanlı dekorativ-tətbiqi sənəti ustası, rəssam. Azərbaycan Rəssamlar İttifaqının üzvü (2011-ci ildən)

Kəmalə Yanson
Kəmalə Rafiq qızı Kərimova-Yanson
Doğum tarixi 18 aprel 1971(1971-04-18) (53 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam

Kəmalə Rafiq qızı Kərimova 18 aprel 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur[1].

2010-cu ildən İsveçdə yaşayır. İsveç vətəndaşı ilə ailə qurduqdan sonra Yanson (isv. Jansson) soyadını qəbul etmişdir.

Orta təhsilini Bakı şəhərində — əvvəlcə 172 nömrəli məktəbdə, daha sonra isə 254 nömrəli məktəbdə almışdır. 1986–1989-cu illərdə Bakı şəhəri 84 nömrəli Orta Texniki Peşə Məktəbində "Çini və saxsı məmulatların rəngkarlığı" ixtisası üzrə ixtisaslaşmışdır[1].

2011–2014-cü illərdə İsveçin Onge əyalətindəki BOBERG Gimnaziyasında İsveç dili üzrə oxumuşdur.

2012–2013-cü illərdə İsveçin Frensta əyaləti Olsta kollecində moda-dizayn sahəsi üzrə təhsil almışdır.

2017–2018-ci illərdə İsveçin Onge əyalətindəki Komvux təhsil mərkəzində tərcüməçilər üçün İsveç dili üzrə təkmilləşdirmə kursu keçmişdir.

21 dekabr 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Əmək fəaliyyətinə 1989-cu ildə Bakı şəhərində başlamışdır. 1989–1991-ci illərdə Azərbaycan Müxbirlər İttifaqının Yaradıcılıq Fotostudiyasında foto rəngkar işləmişdir.

1991-ci ildə Bakı şəhərindəki Gənc Texniklər Studiyasında cizgi filmləri üzrə dərnəyin rəhbəri olmuşdur.

1992–1993-cü illərdə Bakı şəhəri Dövlət xəstəxanasında texnik-rəssam kimi fəaliyyət göstərmişdir.

1993–1995-ci illərdə Bakı şəhəri Fəhlələrin Mədəniyyət Evində tikmə üzrə dərnəyin rəhbəri olmuşdur. Daha sonra Bakı şəhəri Şirvanşahlar Sarayı Qoruq Muzeyində dekorasiya üçün qədim parçalar üzrə bərpaçı rəssam kimi çalışmışdır.

1996–2010-cu illərdə Bakıdakı Azərbaycan Dövlət "YUĞ" Teatrında tikmə sahəsi üzrə butafor-dekorator kimi işləmişdir.

İsveçə köçdükdən sonra isə əmək fəaliyyətinə bu ölkədə davam etmişdir. Əvvəlcə İsveçin Onge əyaləti və Sundsvall şəhərinin teatrlarının birlikdə hazırladığı "Üç sevgi" adlı tamaşası üçün geyim və dekorasiya üzrə tikmə layihəsində 6 ay çalışmışdır. Daha sonra isə İsveçin Östersund şəhərində ESTRAD NORR teatrının "Yatmış Şahzadə" adlı tamaşası üçün geyim üzrə tikməsi layihəsində 3 ay fəaliyyət göstərmişdir.

Kəmalə Yanson rəssamlıqla yanaşı etnoqrafiya ilə məşğul olur[2].

Onun Azərbaycan və İsveç TV və mətbuatında sənətlə bağlı çox saylı materiallar dərc olunmuş, yayımlanmışdır.

Kəmalə Yansonun əsasən Azərbaycanİsveç olmaqla dünyanın müxtəlif ölkələrində dəfələrlə sərgilərdə iştirak etmiş və özünün sərgiləri keçirilmişdir. Həmin sərgilərin xronologiyası belədir:

Tarix Sərginin adı Ölkə Yer Təşkilatçı
16 noyabr 2002 "Mədəni İrs İli sərgisi" (Milli gəlinciklər) Azərbaycan Azərbaycan Bakı şəhəri S. Bəhlulzadə adına Sərgi Salonu
14 sentyabr 2003 "Dekorativ-Tətbiqi Sənət" sərgisi (Milli qurama) Azərbaycan Azərbaycan Bakı şəhəri S. Bəhlulzadə adına Sərgi Salonu
17 aprel 2004 "Milli Sənət Peşəkarlarının Əl İşləri" sərgisi (Dərviş və Milli gəlincik) Azərbaycan Azərbaycan Bakı İncəsənət Mərkəzi İctimai İQBAL Fondu
15 mart 2005 "Müasir Milli Tətbiqi Sənəti" sərgisi (Azərbaycan Milli geyimləri) Azərbaycan Azərbaycan Art-Salon Azərbaycan İctimai İQBAL Fondu
25 aprel 2006 "Dekorativ-Tətbiqi Sənət Ustaları" sərgisi – 1 ədəd panno (Milli sərvət) Azərbaycan Azərbaycan Bakı İncəsənət Mərkəzi İctimai İQBAL Fondu
18 sentyabr 2006 "Milli Musiqi alətləri Azərbaycan Təsviri Sənətində) sərgisi – 1 ədəd Panno (Azərbaycan İnciləri) Azərbaycan Azərbaycan Bakı şəhəri S. Bəhlulzadə adına Sərgi Salonu
2008 satış sərgisi — Milli gəlincik (ölçüsü 1 m) Azərbaycan Azərbaycan Bakı şəhəri mərkəzində satış sərgisi Bank of Baku
19 mart 2007–2009-cu illər "Bazar" adlı satış sərgiləri (Araxçın və Milli hədiyyələr) Azərbaycan Azərbaycan Bakı İçəri Şəhər Qoruq Muzeyi AZERCELL TELECOM şirkəti
16–24 aprel 2010 Milli Geyimlər, qədim tikmələr, Dərviş Türkiyə Türkiyə Konya "Min Nəfəs Bir Səs" adlı Beynəlxalq türkdilli Teatr Festivalı, Konya Dövlət Teatrı foyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi
26 may – 17 iyun 2012 "Azərbaycan Qədim Milli Geyimləri" adlı fərdi sərgi İsveç İsveç Sundsval şəhəri, Sundsvall Muzeyi Sundsvall Muzeyi
2–3 noyabr 2013 ümumi sərgi İsveç İsveç Onge əyaləti "Art Help" adlı ümumi sərgi "Rotary-Klub" rəssamlar təşkilatı
17–20 sentyabr 2014[2] "Azərbaycan Milli Geyimləri" fərdi sərgi Azərbaycan Azərbaycan Bakı şəhəri YENİ GALLERY Şəxsi vəsaiti ilə

Sərgilərdən başqa iştirak etdiyi digər tədbirlər isə bunlardır:

  • 1998–2000-ci illər Amerikada keçirilən Beynəlxalq Festivalda müxtəlif xalqların əl işləri sərgisində "Milli araxçınlar" mövzulu tədbir.
  • 29 iyun – 5 iyul 2009-cu il tarixlərində Bakı şəhəri Milli Azərbaycan Tarix Muzeyində "Milli Geyimlər və Müasir modada ümumilik mövzusunda Beynəlxalq Simpozium"da "Milli Geyim və boyunbağı" mövzulu tədbirdə iştirak etmişdir.