Kəmiyyət budaq cümləsi

Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və əlamətin miqdarını bildirir və nə qədər? sualına cavab verir. Kəmiyyət budaq cümləsində də, əsasən, baş cümlə budaq cümlədən sonra gəlir.

  • Kəmiyyət budaq cümləsinin baş cümləyə bağlanmasında nə qədər, nə qədər ki, hər nə qədər və s. kimi bağlayıcı sözlər iştirak edir. Bu zaman baş cümlədə o qədər, bir o qədər (də), o qədər də, bir elə və s. kimi əvəzlik-qəliblərdən biri qarşılıq söz kimi iştirak edir. Məs: Nə qədər səbirli olsan, bir o qədər xeyirli olar. Ön cəbhə nə qədər möhkəm olsa, insanlar bir o qədər arxayın olar.
  • Kəmiyyət budaq cümləsi bəzi hallarda hərəkətin deyil, əlamətin kəmiyyətini də bildirir. Məs: Su nə qədər sərin idisə, hava bir o qədər isti idi. Əli nə qədər soyuq adamdırsa, qardaşı bir o qədər istiqanlıdır.
  • Kəmiyyət budaq cümləsində bəzi hallarda baş cümlədə əvəzlik-qəlib işlənməyə də bilər. Bu zaman əvəzlik-qəlibi bərpa etmək olar. Məs: Ürəyi nə qədər şeir istəyirdisə, söylədi. ( Ürəyi nə qədər şeir istəyirdisə, o qədər söylədi.)

Kəmiyyət budaq cümlələri[redaktə | mənbəni redaktə et]

  1. Nə qədər istəyirsən, o qədər qal.
  2. Arxa nə qədər möhkəm olsa, qohumlar özlərini o qədər arxayın sanar, asudə yaşayarlar. (S.Ə.)
  3. O nə qədər bacarırdı, yedi.
  4. Özünü nə qədər qorusan, o qədər uzun yaşayarsan.
  5. Nə qədər çox oxusan, bir o qədər yaxşı nəticə göstərərsən.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]