Kənafvari asırqalotu

Kənafvari asırqalotu (lat. Eupatorium cannabinum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.

Kənafvari asırqalotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 50-100 (120) sm, gövdəsi düzdür, nazik-şırımlıdır, tünd-qırmızı rəngə boyanmış və yuxarı hissədə budaqlanmış yaşıl, qısa-tüklü olan çoxillik ot bitkisidir. Gövdəsi al qırmızı, düz və şırımlı, 50-100 (120) sm hündürlükdə, qısatüklü, yaşıl bəzən boz rəngli, yuxarıdan budaqlı bitkidir. Yarpaqları qısasaplaqlı, qarşılıqlı, lansetvari yaxud yumurtavarilansetvari seqmentlərə bölünmüşdür; nadir hallarda yarpaqları bütöv, sadədir. Çiçəkqrupu sıx qalxanvaridir. Səbətləri azçiçəkli, 8 mm uzunluqda, 4-6 çəhrayı çiçəkdən ibarətdir. Toxumcaları 3 mm uzunluqda, dar uzunsov, 5 tinli, tünd rəngdədir; kəkili toxumcadan bir qədər uzundur. Yarpaqları çox qısa saplaq üzərində qarşı-qarşıya yerləşmiş, aşağı tərəfdə yerləşənlər bir qədər daha sıx və yumşaqtükcüklüdür; aşağı yarpaqları üç hissədən ibarətdir, seqmentləri neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, ucu sivri, kənarları isə mişarvari-dişlidir. Yuxarı yarpaqları sadə, neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, nadir halda gövdə üzərində bütün yarpaqlar bütöv olurlar. Çiçək qrupu sıx olub, qalxqnvaridir. Səbət az çiçəklidir və 4-6 ədəd uzunsov çəhrayı rəngli çiçəklərinin uzunluğu 8 mm-ə qədər olub, uzunsovdur. Toxumlarının uzunluğu 3 mm-ə yaxındır, qara, ensiz-uzunsovdur və 5 qabirğalıdır, uc hissədə yerləşən kəkili kələ-kötür tükcüklərdən ibarət olub, toxumlardan biraz uzundur. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., Xəzəryanı, BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, Kür düz., KQ mərkəzi, KQ cənub, Nax. düz., Lənk. dağ. Ovalıqdan subalp qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, rütubətli yerlərdə, bulaqların yanında və çay sahillərində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Gövdə və yarpaqlarından göy rəngdə boya almaq üçün istifadə olunur.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  • Eupatorium cannabinum L. subsp. cannabinum
  • Eupatorium cannabinum L. subsp. corsicum (Req. ex Loisel.) P.Fourn.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 838.