Kənan Abdullaxanlı

Kənan Abdullaxanlı (2 iyul 1987) — Azərbaycanlı para-cüdoçu. Kənan Abdullaxanlı, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Kənan Abdullaxanlı
Kənan Abdullaxanlı 2016-cı ildə
Kənan Abdullaxanlı 2016-cı ildə
Şəxsi məlumatlar
Tam adı Kənan Abdullaxanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (37 yaş)
İdman növü Para-cüdo
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənan Abdullaxanlı 2016-cı ildə XV Yay Paralimpiya Oyunlarına qatıldı. 1/8 final mərhələsində Ukrayna idmançısı Aleksandr Pominovu 101:000 hesabı ilə məğlub edən Kənan Abdullaxanlı, 1/4 final mərhələsində Cənubi Koreya cüdoçusu Qvanqqeun Çoiyə 000:101 hesabı ilə məğlub oldu və təsəlliverici qrupa vəsiqə qazandı. Bu mərhələdə o, İran idmançısı Həmid Əlizadəni 000:000 hesabı ilə məğlub etsə də, həlledici görüşdə Özbəkistan cüdoçusu Şirin Şaripova 000:001 hesabı ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını 5-ci yerdə başa vurdu.

Kənan Abdullaxanlı 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. +100 kiloqram çəki dərəcəsində o, Türkiyə idmançısı Dursun Hayranı 0000:0003 hesabı ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Kənan Abdullaxanlı, Özbəkistan cüdoçusu Şirin Şaripova 000:011 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.