Kənan Dadaşov

Kənan Həsrət oğlu Dadaşov (12 aprel 2000; Dürriyə, Astara rayonu, Azərbaycan3 sentyabr 2018; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Kənan Dadaşov
Kənan Həsrət oğlu Dadaşov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dürriyə, Astara rayonu, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Ağdam rayonu, Azərbaycan
Dəfn yeri Dürriyə
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Həsrət Dadaşov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2018
Rütbə Əsgər

Həyatı[redaktə | mənbəni redaktə et]

Kənan Həsrət oğlu Dadaşov 12 aprel 2000-ci ildə Astara rayonunun Dürriyə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Kənan Dadaşov 3 sentyabr 2018-ci il Azərbaycan-Ermənistan təmas xəttinin Ağdam rayonu istiqamətində şəhid olub. Kənan Dadaşov doğulduğu Dürriyə kənd qəbirstanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin hərbçi yoldaşları, dövlət nümayəndələri və kənd camaatı iştirak edib.[1]

Qeyd edək ki, Şəhid Dadaşov Kənan evin tək oğlu idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cenublu.az. "Astaralı şəhid Kənan Dadaşovun anım günüdür" (az.). Cenublu.az. 12.04.2022. 2023-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2023.