Kənan Kərimzadə

Kənan Şakir oğlu Kərimzadə (1989, Bərdə) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2023-cü ildən).

Kənan Kərimzadə
bayraq
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
bayraq2
Vəzifədədir
25 dekabr 2023-cü ildən
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
NazirEmin Əmrullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1989
Doğum yeri
Təhsili

Təltifləri

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

Kənan Kərimzadə 1989-cu ildə Bərdə şəhərində anadan olub. 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-cu ilin fevral-aprel aylarında ABŞ-nin Dyuk Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi tərəfindən keçirilən "İqtisadi inkişaf üçün tətbiqi dövlət maliyyəsi" kursunu bitirib. 2011–2012-ci illərdə "Edmund S. Muskie Mübadilə Proqramı" çərçivəsində Nyu-Yorkda yerləşən Fordham Universitetində "Beynəlxalq siyasi iqtisad və inkişaf" proqramında təhsil alıb.[1]

2017–2019-cu illərdə ABŞ-nin CFA İnstitutunun "İnvestisiyaların idarə edilməsi" proqramını bitirib və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasını əldə edib.[1]

Ailəlidir, üç övladı var.

Kənan Kərimzadə 2013–2016-cı illərdə "Capital Motors" MMC-də maliyyə və təhlil üzrə mütəxəssis, 2016–2019-cu illərdə "PMD Group" MMC-də investisiyalar üzrə baş mütəxəssis, investisiyalar üzrə rəhbər, departament menecerinin müavini, 2019–2020-ci illərdə isə Strateji planlaşdırma və təhlil sektorunun müdiri vəzifələrində çalışıb.[1]

2020–2021-ci illərdə Elm və Təhsil Nazirliyində nazirin müşaviri vəzifəsində işləyib. 2021-ci ildən Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.[1] 2023-cü ilin fevral-may aylarında nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib.[2]

Təhsil sahəsində islahatların aparılmasına, idarəetmənin təkmilləşməsinə, təhsilin iqtisadiyyatı və maliyyələşməsi sahəsində yeni mexanizmlərin, Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) və nəticəəsaslı büdcələmənin tətbiqinə töhfələr vermişdir.[3]

25 dekabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Kənan Kərimzadə elm və təhsil nazirinin müavini təyin edilib.[1]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə Kənan Kərimzadə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına[4] layiq görülmüşdür.[5]

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaradılmış “İnsan kapitalı və təhsil” İşçi Qrupunun rəhbəridir.[1] Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının sədridir.[6]

  1. 1 2 3 4 5 "Elm və təhsil nazirinə yeni müavin təyin olunub". Report İnformasiya Agentliyi (az.). 2023-12-25. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  2. "Emin Əmrullayev nazir müavininin yerinə onu TƏYİN ETDİ". Milli.Az (az.). 2023-02-16. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  3. ""Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid" mövzusunda seminar". Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (az.). İstifadə tarixi: 2024-05-12.
  4. ""Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı".
  5. "Elm və təhsil işçilərinə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı təqdim edilib". Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (az.). 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-12.
  6. "Təhsil Tələbə Krediti Fondu". ttkf.edu.az (az.). 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.