Kənarda (ing.From;hərfi. -dan²) — Con Qriffin tərəfindən yaradılmış Amerika elmi fantastika və qorxu janrında olan televiziya serialıdır. İlk mövsümün premyerası 20 fevral 2022-ci ildə Epix kanalında baş tutdu. 2022-ci ilin aprel ayında serial ikinci mövsüm üçün yeniləndi və 23 aprel 2023-cü ildə yenidən brend edilmiş MGM+ kanalında yayımlandı. 2023-cü ilin iyun ayında serial üçüncü mövsüm üçün də yeniləndi və bu mövsüm 22 sentyabr 2024-cü ildə yayımlandı.
Amerikanın naməlum bir yerində, kabus kimi bir şəhərə daxil olanlar oradan çıxa bilmir. Oranın məcburi sakinləri, ətraf meşədən gələn dəhşətli gecə varlıqlarının hücumları ilə üzləşərək sağ qalmağa çalışırlar. Onlar həmçinin şəhərin daxilində və kənarında gizlənmiş sirləri tapmağa çalışaraq qaçış yolu axtarırlar.
Harold Perrino - Boyd Stivens; Özünü təyin etmiş polis rəisi və qəsəbənin de-fakto meri, oğlu Ellis ilə əlaqəsi qırılmışdır. Boyd ABŞ Ordusunun təqaüddə olan veteranıdır və Əfqanıstanla İraqda xidmət etmişdir. Arvadı Ebbi qəsəbədə olarkən öldürülüb və orada dəfn olunub.
Katalina Sandino Moreno - Tabita Mettyus; Cimin arvadı və Culi ilə Eytanın anasıdır. Onlar birlikdə qəsəbəyə yeni gələnlərdir. Tabita ərinə və oğluna qoşularaq qəsəbədə yaşayır və kiçik oğlu Toması itirməyin ağrısını hələ də çəkir.
Eion Beyli - Cim Mettyus; Tabitanın əri və Culi ilə Eytanın atasıdır. O, arvadı və oğlu ilə birlikdə qəsəbədə yaşayır. Cim, Ceyd ilə birlikdə qəsəbədən qaçmağın və xarici dünya ilə əlaqə yaratmağın yolunu axtarır.
Devid Alpay - Ceyd Errera; Mettyus ailəsi ilə eyni gündə qəsəbəyə gələn varlı proqram təminatçısıdır. Baxmayaraq ki, çox ağıllıdır, Ceyd öz eqosu və sərt xarakteri ilə qəsəbə sakinlərinə qarşı kobud davranır və yeni vəziyyətinə uyğunlaşmaqda çətinlik çəkir.
Elizabet Saunders - Donna Reyns; Koloniya evinin sakinlərinə liderlik edir. Onlar qəsəbədən ayrı olaraq yaşayırlar.
Şon Macumder - Ata Rudra Xatri; (1-ci mövsüm, qonaq 2–3 mövsüm) qəsəbənin keşişi və icmanın ağıllı səsi olub. Ölümündən sonra Boydun hallüsinasiya olaraq qarşısına çıxmağa davam edir.
Skott Makkord - Viktor Kavanou; Koloniya evinin qəribə sakini, o, uşaq vaxtından bəri qəsəbədə tələyə düşüb. Viktorun uşaqlıq halını Eli Arsenault canlandırır.
Riki Hi - Kenni Liu; Boydun köməkçisi və sağ əli, yaşlı valideynləri ilə birlikdə qəsəbədə yaşayır.
Kloe Van Landskut - Kristi Miller; Qəsəbənin həkimi və əvvəllər təcili yardım həkimi olub. O, nişanlısı ilə ayrı düşdükdən sonra qəsəbədə ilişib qalıb.
Peqa Qafoori - Fatimə Həsən; Ellisin sevgilisi, daha sonra arvadı və Koloniya evinin sakinlərindən biridir.
Korteon Mur - Ellis Stivens; Boydun oğlu, Koloniya evində atasından ayrı yaşayır.
Hanna Çerami - Culi Mettyus; Cimin və Tabitanın yeniyetmə qızı və Eytanın böyük bacısıdır. O, Koloniya evində yaşamağı seçir və burada Ellis və Fatimə ilə dost olur.
Saymon Vebster - Eytan Mettyus; Cimin və Tabitanın kiçik oğlu və Culinin kiçik qardaşıdır. O, valideynləri ilə qəsəbədə yaşayır.
Averi Konrad - Sara Myers; Natanın bacısı, qəsəbənin yeməkxanasında işləyir. O, digər sakinləri öldürmək əmri verən tez-tez hallüsinasiyalardan əziyyət çəkir.
Pol Zinno - Natan Myers; (1-ci mövsüm) Saranın qardaşı və qəsəbədə yaşayan və ferma heyvanlarına baxan biridir.
Elizabet Moy - Tian-Çen Liu; Kenninin anası və Bing-Qianın arvadı, qəsəbədə yeməkxananı idarə edir.
Debora Qrover - Tilli; (2-ci mövsümdən etibarən) Yaşı xeyli olan, qayğısız bir qadın, o, avtobus sərnişinlərindən biridir və qəsəbəyə yeni gələnlərdəndir.
Ancela Mur - Bakta; (2-ci mövsümdən etibarən) Avtobus sürücüsü və bilmədən bir çox yeni gələnləri qəsəbəyə gətirir.
Kaylen Om - Mariell Sinkler; (2-ci mövsümdən etibarən) Kristinin nişanlısı, pediatriya tibb bacısı və avtobus sərnişinlərindən biridir.
Ey Cey Simmons - Rendall Kirkland; (2-ci mövsümdən etibarən) Tez qəzəblənən və təcavüzkar bir kişi, avtobus sərnişinlərindən biridir.
Natan D. Simmons - Elcin Vilyams; (2-ci mövsümdən etibarən) Qəsəbəyə gəlmədən əvvəl onun haqqında peyğəmbərcəsinə yuxular görmüş avtobus sərnişinlərindən biridir.
Robert Coy - Henri Kavanou; (3-cü mövsüm) Viktorun atasıdır. O, oğlunun öldüyünü zənn edərək xarici dünyada yaşayıb.
Samantha Braun - Akosta; (3-cü mövsüm) Tabita və Henrini xarici dünyada götürdükdən sonra qəsəbəyə gətirilən bir polis əməkdaşıdır.
Reid Prays - Tom; (1-ci mövsüm, qonaq 2-ci mövsüm) Qəsəbənin mehriban barmenidir və keçmiş kollec professorudur.
Sintiya Ximenez-Hiks - Trudi; (1-ci mövsüm) Ellis və Fatimənin dostu və Koloniya evinin sakinlərindən biridir.
Voks Smit - Ağ Geyimli Uşaq; (1-ci mövsüm, qonaq 2–3-cü mövsüm) Şəhərin yalnız bəzi sakinlərinin görə bildiyi müəmmalı, uşaq kimi bir fiqurdur. Bu, Eytan, Sara, Viktor və Tabitanı da əhatə edir.
Katerina Bakolias - Klara; Koloniya evinin batil inanclı sakini.
Simon Sinn - Bing-Qian Liu; (1–2-ci mövsüm) Kenninin atası və Tian-Çenin əri, demensiyadan əziyyət çəkir və qəsəbədə resept kitabları toplusu ilə yaşayır.
Bob Mann - Frank Pratt; (1-ci mövsüm) Qəsəbə sakini, arvadı və qızı Mettyus ailəsi şəhərə gəlməzdən bir gün əvvəl öldürülüb.
Kolbi Konrad - Tobey MakKrey; (1-ci mövsüm) Ceyd'in dostu, Mettyus ailəsi ilə eyni gündə qəsəbəyə gəlir.
Cessika Berri - Cina; (1-ci mövsüm) Bing-Qiana baxmağa kömək edən qəsəbə sakini.
Ceymi Makuir - Gülümsəyən Varliq; (1–2-ci mövsüm) Koloniya evindəki qırğınla bağlı olan varlıqlardan biri və şəhər sakinləri tərəfindən öldürülən ilk varlıqdır. O, üzündə daim olan nəhəng gülümsəmə ilə tanınır.
Kristoffer Heyz - Kevin; (1-ci mövsüm) Koloniya evinin sakini, varlıqlardan birinə aşiq olur.
Molli Dansvort - "Cazmin"; (1-ci mövsüm) Kevin'in aşiq olduğu bir varlıq.
Lisa Rider - Ebbi Stivens; (1–2-ci mövsüm) Boydun arvadı, Ellisin anası və ABŞ dəniz piyadasında təqaüddə olan əməkdaşıdır, yalnız flashbeklərdə görünür.
Robert Verlaque - Martin; (2-ci mövsüm) Boyd tərəfindən bir divara zəncirlənmiş tapılan qərib yaşlı adam.
Şeymus Patterson - Brik; (2-ci mövsüm) Avtobus sərnişinlərindən biri, klostrofobiyasından əziyyət çəkir.
Fiobe Reks - Kelli; (2-ci mövsüm) Avtobus sərnişinlərindən biri, şəhərə gəldikdən sonra oğlan yoldaşı ilə birlikdə itkin düşür.
Taras Lesiuk - Braian; (2-ci mövsüm) Avtobus sərnişinlərindən biri və Kellinin oğlan yoldaşıdır.
7 iyun 2018-ci ildə YouTube Red, Midnight Radio istehsal şirkəti ilə Russo qardaşlarının AGBO şirkəti arasında ümumi bir razılaşma çərçivəsində John Griffin tərəfindən yaradılan seriyanın inkişafını elan etdi.[1] 2021-ci ilin aprel ayına qədər, YouTube Red, indi YouTube Premium adlanır, sənədli proqramlaşdırmaya keçdiyi üçün seriya Epix-ə köçürüldü. Layihə on epizod üçün sifariş aldı və ilk dörd epizodu Cek Benderin rejissorluğu ilə çəkiləcəkdi.[2] 2021-ci ilin may ayında Harold Perrineau, Eion Bailey və Katalina Sandino Moreno baş rollara təyin edildi.[3][4][5] İyul ayında Şon Macumder, Elizabet Saunders, Averi Konrad, Hanna Çerami, Riki Hi, Simon Vebster, Xloe Van Landskut və Pega Qafoori heyətə qoşuldular.[6] Açılış mövzusu "Que Sera, Sera (Whatever Will Be, Will Be)" (1956) adlı mahnı, amerikalı alt-rock qrupu Pixies tərəfindən cover olaraq ifa edildi; musiqi partiturası Kris Tilton tərəfindən bəstələnmişdir.[7]
Birinci mövsümün çəkilişlərinə 2021-ci ilin may ayının son həftəsində Kanadanın Nova Scotia əyalətindəki Halifaksta başlanıldı. Əsas çəkilişlər Lower Sackville suburbiyasında, Beaver Bank və Sackville çayı ətrafında həyata keçirildi.[8]
24 aprel 2022-ci ildə Epix ikinci mövsümü sifariş etdi, bu da 23 aprel 2023-cü ildən etibarən yayımlanmaya başladı.[9][10]
29 iyun 2023-cü ildə MGM+ üçüncü mövsümü sifariş etdi, bu da 22 sentyabr 2024-cü ildən etibarən yayımlanmaya başlayadı.[11][12][13]
Serial ABŞ-da Epix-də 20 fevral 2022-ci ildə yayımlandı.[2][14] Avstraliyada Stan tərəfindən lisenziyalaşdırıldı.[15] Birləşmiş Krallıqda Sky Sci-Fi kanalında,[16] Kanadada Paramount+ platformasında,[17] Hindistanda isə Amazon Prime Video-da yayımlanır.[18]
Serial hekayəsi, rejissorluğu və heyətinin (xüsusilə Perrineaunun) çıxışları ilə müsbət rəylər almışdır. Rəylər toplayan Rotten Tomatoes saytında, birinci mövsüm üçün 26 rəydən 96%-i müsbətdir. Saytın kritik konsensusu belədir: "Harold Perrineau tərəfindən mükəmməl dəstəklənən From, müəmmalı bir istiqamətə doğru maraqlı bir səyahətdir."[19]Metacritic isə çəkilmiş ağırlıqlı ortalama istifadə edərək yeddi kritikdən 100 baldan 63 bal təyin etmişdir, bu da "ümumilikdə müsbət rəylər" göstərir.[20]