Demensiya (lat. dementia — ağılsızlıq) — əsas xarakteristikası əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir.[3] O beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Termin latınca demens sözündən gəlir və 'intellektin azalması' kimi tərcümə oluna bilər.[4] Demensiyanın simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir; bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir (anadangəlmə əqli geriliyin əksinə).
Demensiya | |
---|---|
XBT-10 | F -F |
XBT-9 | - |
XBT-9-KM | 290.8[1][2], 294.8[2], 294.1[2] |
DiseasesDB | 29283 |
MedlinePlus | 000739 |
MeSH | D003704 |
Vikianbarda əlaqəli mediafayllar |
Bugün bir sıra demensiyaların səbəbləri aydındır, bir çox formalarda isə yaranması haqqında hələ dəqiq, mübahisəsiz məlumatlar yoxdur. Demensiyanın bir sıra formaları geri çevrilə biləndir, bəzi başqa formalarda məhdud dərəcədə terapevtik müdaxilələr mümkündür, lakin bunlar yalnız müəyyən simptomların başlanğıcını təxirə sala bilər. Demensiyanın ən tez-tez rast gəlinən forması Altsheymer xəstəliyidir.
Demensiya elmi diskussiyada diaqnostik kriteriyalar vasitəsilə təsvir edilir. Buna görə demensiya xəstəliyin gedişatında peşəkar və ümumi sosial funksiyaların pozulmasına aparan koqnitiv, emosional və sosial bacarıqların artan deqradasiya əlamətlərinin kombinasiyasıdır. Aparıcı simptom yaddaş pozğunluğudur. Xəstəliyin başlanğıcında qısamüddətli yaddaş və xatırlama bacarığının pozulması baş verir, daha sonra oriyentasiya bacarığında pozğunluqlar izləyir. Demensiyanın irəliləyən gedişatında pasient uzunmüddətli yaddaşın artıq əzbərlənmiş məzmununa get-gedə daha az meraciət edə bilir, beləliklə o həyatı boyunca qazandığı bilik, bacarıqları itirir.
Demensiya (ICD-10 kodu F00-F03) adətən çoxlu yüksək kortikal funksiyaların (yaddaş, düşünmə, oriyentasiya, qavrama, hesablama, öyrənmə bacarığı, dil və danışma) və dəyərləndirmə bacarığının pozulması ilə gedən beynin xroniki və ya irəliləmiş xəstəliyinin nəticəsi olan bir sindromdur, lakin şüur pozulmur. Demensiya diaqnozu üçün ICD-yə görə simptomlar ən azı 6 aydan çox mövcud olmalıdır. Duyğular və qavrayış şəxs üçün normal çərçivədə işləyir. Koqnitiv pozğunluqları emosional idarənin və əhval-ruhiyyənin, sosial davranışlar və ya motivasiyanın anormallıqları müşayiət edir; bəzən bu dəyişikliklər daha çox üzə çıxır. Onlar Altsheymer xəstəliyində, beynin damar xəstəliklərində və beyin və neyronlara birincili və ya ikincili təsir edən başqa vəziyyətlərdə ortaya çıxırlar.
Demensiya sindromunun kliniki şəkli 3 ana kateqoriyada sinifləndirilə bilir .
1. Koqnitiv pozulmalar
2. Davranış pozulmaları
3. Funksional (gündəlik həyat fəaliyyəti- GHF) pozulmalar
Erkən (presenil) və gecikmiş (senil) başlanğıclı demensiya ayırd edilir. Presenil demensiya zamanı əlamətlər 6 5 yaşa qədər, senil demensiya zamanı isə 65 yaş və daha gec başlayır. Demensiyanın bu növləri etiologiya, klinik şəkli və gedişinə görə bir-birindən fərqlənir. Berlin Qocalıq tədqiqatlarının (1996) gəldiyi qənaətə görə demensiya yaşa görə aşağıdakı tezliyə malikdir:
Yaş qruppları | Demensiya %-lə |
---|---|
65–69-yaşlarında | 1,2 % |
70–74-yaşlarında | 2,8 % |
75–79-yaşlarında | 6,0 % |
80–84-yaşlarında | 13,3 % |
85–89-yaşlarında | 23,9 % |
90 və artıq, yaşlarında | 34,6 % |