Kəpəz Nəşriyyatı

Kəpəz Nəşriyyatı (fr. Les Éditions Kapaz) — Fransanın Strasburq şəhərində yerləşən və əsasən Azərbaycan Ədəbiyyatı ilə bağlı kitabların çap edilməsi ilə məşğul olan nəşriyyat. Bu nəşriyyatın təsisçiləri: Dilbadi Qasımov, Jan-Emmanuel Medina və Nicat Kasimov.

Kəpəz Nəşriyyatı
fr. Les Éditions Kapaz
Loqonun şəkli
Ölkə Fransa Fransa
Yaranma tarixi 2018
Qərargah Strasburq, Fransa
Əsas insanlar
Sayt [editionskapaz.fr

Nəşriyyatın loqosu əsasən Qərbi Azərbaycanda, Kiçik Qafqazda, Gəncə şəhəri yaxınlığında yerləşən Kəpəz dağından ilhamlanıb.

Nəşriyyat haqqında

[redaktə | mənbəni redaktə et]

Kəpəz Nəşriyyatı 2018-ci ilin avqust ayında Fransanın Strasburq şəhərində yaradılmışdır. Nəşriyyatın üç əsas təsisçisi mövcuddur ki, bunlar Nicat Kazımov, Dilbadi Qasımov və Jan Emmanuel Medinadır. Nəşriyyat tərəfindən bu günə qədər Azərbaycan ədəbiyyatının bir çox nümunəsi fransız dilinə tərcümə edilərək, çap olunmuşdur. Bu kitablardan Əhməd bəy Ağaoğlunun Müsəlman dünyasında islahatlar (fr. La Réfome du Monde Musulman) və Nəriman Nərimanovun Bahadır və Sona (fr. Bahadir et Sona) əsərlərini göstərmək mümkündür.

Eyni zamanda Azərbaycan SSR Əməkdar incəsənət xadimi olmuş Hüseyn Abbaszadənin Haradansınız Müsyö Abel? (fr. Vous êtes d'ou Monsieur Abel?) romanı və Azərbaycan Ədəbiyyatı Antologiyası — XIX əsrdən günümüzə (fr. Anthologie de la littérature azerbaïdjanais, XIXe siècle à nos jours)[1] adlı kitabı da nəşriyyat tərəfindən çap edilmişdir. Üzeyir Hacıbəyovun qardaşı Ceyhun Hacıbəylinin oğlu olmuş, mühacir ədəbiyyatının görkəmli simalarından olan Timuçin Hacıbəylinin Mühacirlərin həyatı (fr. La vie d’émigrés) adlı kitab, nəşriyyatın çap etdiyi kitablar arasındadır.

Kəpəz Nərşiyyatı klassik Azərbaycan ədəbiyyatı nümunələrini çap etməklə yanaşı, müasir dövr Azərbaycan yazıçılarının bir sıra əsərlərini də, çap etməklə məşğuldur. Bu əsərlərdə nümunə olaraq Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayevin Aşkar Metamorfoz (fr. Une métamorphose certaine) əsərinin nəşriyyat tərəfindən fransız dilinə tərcümə edilməsini göstərmək mümkündür.