Kərəm Sloyan

Kərəm Sloyan və ya Qyaram Sloyan (erm. Քյարամ Քյալաշի Սլոյան; 27 aprel 1996, İlançalan, Araqatsotn mərzi2 aprel 2016, Talış, Tərtər rayonu) — Qondarma Dağlıq Qarabağ Respublikasına bağlı Dağlıq Qarabağ Müdafiə Ordusunun əsgəri. 2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmətini işğal altındakı Azərbaycan Respublikasının ərazilərində keçmişdir. Kərəm Sloyan 1-4 aprel 2016-ci ildə AzərbaycanErmənistan orduları arasında baş tutmuş Dördgünlük müharibədə iştirak etmiş və 2 aprel 2016-ci il tarixində döyüşlərin gedişatı zamanı həlak olmuşdur. Əsgərin ölümündən əvvəl və ya sonra başının kəsildiyi məlumdur.[1]

Kərəm Sloyan
erm. Քյարամ Քյալաշի Սլոյան
Şəxsi məlumatlar
Doğum tarixi 27 aprel 1996(1996-04-27)
Doğum yeri
Vəfat tarixi 2 aprel 2016(2016-04-02) (19 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Qarabağ Müdafiə Ordusu
Qoşun növü Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Xidmət illəri 2014-2016
Rütbəsi əsgər
Döyüşlər Aprel döyüşləri

Sloyanın kəsilmiş başını əks etdirən video və foto görüntülər azərbaycandilli sosial media səhifələrində tirajlanmışdır.[2][3][4][5][6] Azərbaycan tərəfi sözügedən müharibə zamanı hər hansısa düşmən əsgərinin başının kəsilməsi faktını rədd etmişdir. Ölümündən 1 ay sonra 2016-cı ilin 28 may tarixində dönəminin Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan tərəfindən 1-ci dərəcəli "Döyüş xaçı" medalı ilə təltif olunmuşdur.[7]

Kərəm Sloyan 1996-cı ilin 27 aprel tarixində Ermənistan Respublikasının Araqatsotn mərzinə bağlı İlançalan kəndində, kasıb yezidi ailəsində anadan olmuşdur.[8] Atası, Keleş Sloyan Qarabağ müharibəsinin iştirakçısı və veteranı olmuşdur. 2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmətini işğal altındakı Ağdərə rayonunda keçmişdir. 2016-cı ildə tərəflər arasındakı Dördgünlük müharibə başlayan zaman, Kərəmin ordudan tərxis olunmasına iki qalmışdı. Dördgünlük müharibə zamanı Dağlıq Qarabağ Müdafiə Ordusunun tərkibində və Ermənistan Silahlı Qüvvələrinin digər növ hərbi birləşmələrində ümumilikdə yüz nəfərə yaxın yezidinin xidmət apardığı və aktiv döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur.[9]

Dördgünlük müharibədə iştirakı və ölümü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Aprel döyüşləri

2016-cı ilin 1 aprel tarixindən etibarən Dağlıq Qarabağda yerləşən cəbhə xəttinin müxtəlif istiqamətlərində döyüşlər başlamışdır. Döyüşlər başlayan zaman Ağdərə rayonu ərazisində yerləşən səngərdə olan Kərəm Sloyan, öz tabor komandiri Armenak Urfanyanla birlikdə olmuş və Azərbaycan ordusunun say çoxluğunu gördükdən sonra geri çəkilməyə çalışmışdır. Sloyanın həmin geri çəkilmə zamanı, yəni 2016-cı ilin 2 aprel tarixində günorta saatlarında öldürüldüyü təxmin edilməkdədir. Əsgərlə birlikdə, tabor komandiri kapitan Armenak Urfanyanda öldürülmüşdür.[10] Hadisədən bir necə gün sonra Kərəm Sloyanın kəsilmiş başının əks olunduğu video kadr "VKontakte" sosial şəbəkəsində yayılmışdır. Yayılmış videoda hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən Azərbaycan kəndinin sakinləri görünür və kəndlilər əsgərin kəsilmiş başını incələyirlər. Həmin video kadrların yayılmasından sonra dünyanın bir sıra mətbuat orqanları hadisə ilə bağlı yazılar yayımlamışdır.

Böyük Britaniyanın "The Sunday Times" qəzeti xəbəri "Hərbi geyimli Azərbaycan əsgəri kəsilmiş başla xatirə şəkili çəkdirir" başlığı altında vermişdir.[11] Hadisənin rezonans doğurmasından sonra Azərbaycan tərəfi mənbələrdə görüntülənən şəxsin, etnik azərbaycanlılara bənzəmədiyini və fotoların Suriyada vətəndaş müharibəsindən götürüldüyünü bildirmişdir.[12] Azərbaycan Müdafiə Nazirliyi görüntülərin həqiqəti əks etdirmədiyini bəyan edərək bütün cəsədlərin beynəlxalq müşahidəçilərin iştirakı ilə qarşılıqlı şəkildə təhvil verildiyini və cəsədlərdə heç bir zorakılıq izlərinin aşkarlanmadığını qeyd etmişdir.

Azadlıq Radiosunun Ermənistan xidmətinin verdiyi məlumata görə 2016-cı ilin 5 aprel tarixində yezidi əsilli Kərəm Keleş oğlu Sloyanın cəsədi, başsız formada doğulduğu Ermənistan Respublikasının Araqatsotn mərzinə bağlı İlançalan kəndində dəfn edilmişdir. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının vasitəçiliyi ilə 8 aprel tarixində qarşı tərəfdən əsgərin kəsilmiş başı geri alınmışdır. Ertəsi gün məzar açılaraq, kəsilmiş hissə ilə birlikdə yenidən dəfn olunmuşdur.[13][14][15][16]

  1. Beliakov, Dmitry; Franchetti, Mark. "Former Russian states on brink of renewing war". The Sunday Times. 10 April 2016. 19 April 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 April 2020.
  2. "Karabakh conflict: Azerbaijani soldiers behead Ezidi from Armenia – EzidiPress English". 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  3. "Iraqi Yezidis express solidarity with Armenians". mediamax.am. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  4. "Azerbaijani soldiers behead Armenian Yazidi Kurd: Karabakh conflict". Ekurd.net. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  5. "ИГИЛ в Карабахе: азербайджанские военные отрезали голову армянскому солдату". ИА REGNUM. 23 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2016.
  6. Lragir.am. "Beheading of Armenian Soldier by Azerbaijanis Is Typical Practice of Islamic State". Lragir.am. 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
  7. "В школе Арташавана открыт бюст Кярама Слояна, Рузанна Степанян, 30.05.2016". 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  8. "Քյարամ Սլոյան Քյալաշի". Anunner.com. 2020-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
  9. "Qyaram celebrated his birthday a month earlier". A1plus. 2016-04-09. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
  10. "Гибель «срочника» Слояна: расправа исламистов в Нагорном Карабахе, EurAsia Daily, 17/04/16". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  11. "The interim public report of the Human Right's defender (ombudsman) of NKR, European Ombudsman Institute Official Site, April 2016" (PDF). 2016-10-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-04-29.
  12. "Армяне организовали в соцсетях тотальную провокацию" (Russian). ann.az. 3 April 2016. 3 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2016.
  13. "Президент Армении поздравил езидов с праздником Малаки Тауса, 21.04.2016, Blagovest-info". 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-05.
  14. "The Poor Are the First to Fight in Nagorno-Karabakh". Open Society Foundations. EurasiaNet. 11 May 2016. 12 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2020.
  15. "Armenian Soldier Reburied". Radio Liberty Armenia. 11 April 2016. 14 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2020.
  16. "Kyaram Sloyan buried for a second time". A1plus. 15 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2016.