Qəşəm Nəcəfzadə (Nəcəfov Qəşəm Mirzə oğlu; 1 aprel 1959, Əliqullar, İmişli rayonu) — Şair, yazıçı- jurnalist, Əməkdar Mədəniyyət işçisi, "Azərbaycan" Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri,Azərbaycan Respublikası Audiovizual Şurasında ekspert, Azərbaycan Dövlət televiziyasında redaktor və aparıcı, Teleradio Akademiyasında müəllim, Mədəniyyət nazirliyinin "Qızıl kəlmə", "Milli kitab", Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq " Rəsul Rza", "Tofiq Mahmud" mükafatları laureatı, 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Poeziya Festivalının iştirakçısıdır. İndiyə kimi 40 şeir kitabı çap olunub. Bu kitablardan 18-i xarici ölkələrdə işıq üzü görüb. Şeirləri 20 dən çox dilə; ingilis, rus, ispan, fransız, alman, italyan, alban, çin, tamil, fars, holland, polyak və başqa dillərə tərcümə olunub.[1]
Qəşəm Nəcəfzadə | |
---|---|
Təxəllüsü | Nəcəfzadə |
Doğum tarixi | 1 aprel 1959 (65 yaş) |
Doğum yeri | |
Uşağı | Kəramət Böyükçöl daxil olmaqla 3 |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, söz yazıçısı[d] |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | şeir |
Üzvlüyü | |
Mükafatları | |
qeshemnecefzade.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Qəşəm Nəcəfzadə 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısı dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.
2023-cü ildə Ulu Öndərə həsr etdiyi "İki iyirmi üç arasında" pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib. [2]
Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında müntəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib.[4]
Şairin indiyə kimi 40 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan və başqa ölkələrdə 18 kitabı müxtəlif dillərdə nəşr olunub.
Tənqidçilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.[5]