Kərim Abdullayev (azərb. Kərim Kərbalayı Yəhya oğlu Abdullayev ; 1898, Bülbülə, Bakı qəzası – 1937) — Azərbaycan Respublikası Ali Sovetinin sədri
Kərim Abdullayev | |
---|---|
1933 – 1934 | |
1931 – 1933 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 1937 |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Kərim Abdullayev Bülbülədə anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1920–ci ildən başlayaraq xalq maarifi sahəsində yüksək vəzifələrdə çalışmışdır. 1923-1926-cı illərdə xalq hakimi, Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1928-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi Kollegiyasının üzvü, mühüm işlər üzrə Məhkəmənin sədri seçilmişdir. Sonralar Azərbaycan SSR xalq ədliyyə komissarının müavini, Respublika Prokuroru işləmişdir.
1931-ci ildə Zaqafqaziya yol nəqliyyatı komissarının müavini təyin edilmişdir. 1933-1934-cü illərdə Axalsıx Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmisdir. 1937-ci il martın 1-də həbs edilmiş və oktyabrın 11-də güllələnmişdir.[1]