Kərimli kəndi kurqanları

Kərimli kənd kurqanlarıOğuz rayonunun Kərimli kəndi yaxınlığında tarixi-arxeoloji abidə.

Kərimli kənd kurqanları
Xəritə
40°55′51″ şm. e. 47°27′37″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Oğuz rayonu
Yerləşir Kərimli kəndindən 3 km cənub-şərqdə
Aidiyyatı e.ə. I minilliyin əvvəli
Rəsmi adı: İNV № 1641
Tipikurqan
ƏhəmiyyətiYerli əhəmiyyətli
Kərimli kurqanları (Azərbaycan)
Kərimli kurqanları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanın Oğuz rayonu ərazisində eramızdan əvvəl 14-16-cı əsrlərə aid kurqanlar aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun əməkdaşı Nəsib Muxtarov bildirib ki, tarixi tapıntılara Oğuz rayonunun Kərimli kəndi ərazisində təsadüf edilmişdir. Aşkarlanmış kurqanlar son tunc dövrünə aiddir və onlardan ən balacasının diametri 70 metrdir. Cənubi Qafqazın tarixini özündə əks etdirən bu kurqanların içərisində gildən hazırlanmış naxışlı qablar və bəzək əşyaları aşkarlanıb. Bundan başqa ərazidə 5 metr dərinlikdə tunc dövrünə aid dəfn adətlərinə də təsadüf edilir.

Dəfn kamerasında (11 m x 4 m x 3 m) aşkar edilən dəfn adəti xüsusi maraq doğurmuşdur. Kameradakı qu quşu, göyərçin, bülbül, qaz, ördək, ilan fiqurları, anqob naxışlı qablar, metal məmulatı öz orijinallığı ilə fərqlənir. Dəfn adəti, kurqanın quruluşu Azərbaycanın orta tunc dövrünə aid torpaq kurqanlarla oxşar olsa da səciyyəvi cəhətlərə malikdir.

Kurqanda yüzdən çox muncuq aşkar edilmişdir. Zinət əşyaları, metal və qeyri-metal muncuqlar, sinə bəzəkləri Azərbaycandan kənarda Anadolu, Mesopotamiya, Şimali Qafqaz, Çin, Hindistan, Əfqanıstan, İran abidələrində də qeydə alınmışdır.

Zəngin mifologiya, yüksək sənətkarlıq, siyasi və ticarət əlaqələri bu tapıntılarla təsdiq edilir.

Kərimli kurqanları yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqqında hərtərəfli araşdırmalara təkan verir, yaşanmış tərəqqini izah edir.

Kurqanların içərisindən, həmçinin e.ə XVI-XIV əsrlərə aid zərgərlik materiallarının da aşkarlandığını vurğulayan N. Muxtarov tapıntıların araşdırıldığını bildirmişdir. Hazırda ərazidə arxeoloji qazıntılar davam etdirilir.[1]

Ərazidə yerləşən 19 kurqandan ancaq bir neçəsində arxeoloji qazıntılar aparılıb.

  1. "Oğuz rayonunda e.ə 14-16-cı əsrlərə aid kurqanlar aşkarlanıb". 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • [1].Kərimli kənd kurqanları