Kətikdağ — Xocalı rayonunun ərazisində dağ. Rayonun Şimal-Şərq hissəsində yerləşir. Hündürlüyü 1375 m. Bəzi tədqiqatçılara görə, oronim qədim türk dillərindəki kətik (Azərbaycan dilində gədik) və dağ sözlərindən düzəlib, "iki dağ arası, gədik" mənasındadır. Oronimin kətik komponentini Qafqaz Albaniyasındakı məşhur Ketik məbədinin adı ilə də əlaqələndirirlər. Qazaxıstan ərazisində Ketik adlı yer qeydə alınmışdır.[1]
Kətikdağ | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1375 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |