Qazangöldağ

Qazangöldağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Azərbaycan-Ermənistan sərhədində yerləşən zirvə.

Qazangöldağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Zəngəzur dağları
Mütləq hündürlüyü 3829[1]
Yerləşməsi
39°11′39″ şm. e. 45°59′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region
Rayon
Qazangöldağ xəritədə
Qazangöldağ
Qazangöldağ

Hündürlüyü 3829 m olan zirvə Kiçik Qafqaz dağlarının Zəngəzur silsiləsində yerləşir.[1] Adı quruluşca mürəkkəb oronim[2] olan dağın şərq yamaclarında — Ermənistan ərazisində eyniadlı kiçik dağ gölü olan Qazangöl, qərb yamaclarında — Ordubad rayonu ərazisində isə Göygöl yerləşir (hünd. 3829,2 m). Zəngəzur silsiləsinin suayırıcısinda zirvə. Nəsirvaz kəndindən 5 km-dək şimal-şərqdə, Nəsirvazçay və Saqqarsuçayın mənbə hissəsindədir. Orta Eosenin yaşlı sönmüş vulkan boğazına cavab verən, aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş, sıldırım yamaclı və kəskin parçalanmış piramidaya bənzər qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxma zonalarını ayıran Şərqi Ordubad dərinlik qırılması zonasında yerləşir.  [3]

  1. 1 2 "Qazangöldağ, Azerbaïdjan". 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
  2. "İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002". 2014-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
  3. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]