Azərbaycan dağlarının siyahısı

Böyük Qafqaz dağ sistemi

[redaktə | mənbəni redaktə et]
Bazardüzü (4466 metr)

Böyük Qafqaz dağ sistemi Baş Qafqaz (silsilənin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir buna görə o, bəzən də Suayrıcı silsilə adlanır) və Yan silsilələrinin Azərbaycan hissəsinə, Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə, Baş Qafqaz silsiləsinin cənub yamacına paralel uzanan Alazan-Əyriçay çökəkliyinə, Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsinə, cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsinə bölünür:[1]

Yüksəkliyi (metr) Adı Silsilə Qeyd
4466[2] Bazardüzü Baş Qafqaz Suayrıcı silsilə
4301[3][4] Zəfər zirvəsi Baş Qafqaz Suayrıcı silsilə
4243 Şahdağ Yan silsilə
4206 Tufandağ Baş Qafqaz Suayrıcı silsilə
4126[2] Bazaryurd Baş Qafqaz Suayrıcı silsilə
4116[2] Yarıdağ Yan silsilə Suayrıcı silsilə
4079[2] Çarındağ Baş Qafqaz Suayrıcı silsilə
4062[2] Çingiz Mustafayev zirvəsi Yan silsilə
4042[2] İlham zirvəsi Yan silsilə
4020[2] Raqdan Baş Qafqaz Suayrıcı silsilə

Kiçik Qafqaz dağ sistemi

[redaktə | mənbəni redaktə et]
Qapıcıq dağı (3906 metr)

Kiçik Qafqaz dağ sistemi Azərbaycan Respublikasındakı hissəsi Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə, Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir.[1]

Yüksəkliyi (metr) Adı Silsilə Qeyd
3906[2] Qapıcıq dağı Zəngəzur silsiləsi
3865[2] Alagöz Zəngəzur silsiləsi
3827[2] Yağlıdərə dağı Zəngəzur silsiləsi
3814[2] Qazangöldağ Zəngəzur silsiləsi
3754[2] Sarıdərə dağı Zəngəzur silsiləsi
3724[2] Gamışdağ Murovdağ silsiləsi
3613[2] Dəlidağ Mıxtökən silsiləsi
3560[2] Dəvəboynu dağı Zəngəzur silsiləsi
3549[2] Qoşabulaq dağı Şahdağ silsiləsi
3437[2] Kəti dağı Şərqi Göyçə silsiləsi
3367[2] Hinaldağ Şahdağ silsiləsi
3364[2] Əlincə dağı Zəngəzur silsiləsi

Talış dağ sistemi

[redaktə | mənbəni redaktə et]

Talış dağ sistemi Aşağı Araz çökəkliyindən cənub-şərqdə yerləşir (bəzi tədqiqatçılar Talış dağlarını Əlburz dağ sisteminin şimal-qərb davamı hesab edirlər). Əsasən, şimal-qərbdən cənub-şərqə təqribən paralel uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Bunlardan ən uzunu (təqr. 100 km) və hündürü (2500 m-dək) İranla dövlət sərhədi boyu uzanan Talış silsiləsidir. Talış dağ sisteminin ən hündür nöqtələri Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır.[1]

Yüksəkliyi (metr) Adı Silsilə Qeyd
2493[2] Gömürgöy Talış silsiləsi
2433[2] Qızyurdu Talış silsiləsi
  1. 1 2 3 Azərbaycan – Relyef Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine Azerbaijan.az
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Azərbaycan Dağ Zirvələri Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine Tourism.az
  3. "Bazardüzü zirvəsinin şərqindəki adsız yüksəkliyə "Zəfər zirvəsi" adı verilib" (az.). Archived from the original on 2022-01-08. İstifadə tarixi: 8.01.2022.
  4. "Исрафил Ашурлы о восхождении на «Zəfər zirvəsi»: Снежный склон под моими ногами поехал вниз, увлекая меня за собой" (az.). Archived from the original on 2022-01-08. İstifadə tarixi: 8.01.2022.