Xidmət Boruları Sərgi Binası (共同溝展示館, Kyodo Kotencikan?) və ya daha çox tanınan adı ilə K-Muzey – Yaponiyanın paytaxtı Tokio şəhərinin Koto rayonunun Ariake bölgəsində yerləşən bina. Qəzaya uğramış kosmik gəmini xatırladan görünüşə malik binada fəaliyyətsiz muzey yerləşir.[1]
Bina 1996-cı ildə keçirilməsi planlaşdırılan Dünya Şəhər Ekspo tədbirinin simvollarından biri olması üçün tikilmişdir. Memarı Makoto Sey Vatanabe olmuşdur. Lakin tədbir ləğv olunduğu üçün davam işləri dayandırılmış və ətraf ərazidə gəzinti parkı yaradılmışdır.[1]
1997-2001-ci illərdə binada K-Muzey adlı müəssisə yerləşirdi. Tokio Port və Liman Bürosu tərəfindən idarə olunmuş bu muzey Ariake bölgəsindəki ictimai xidmət boruları sisteminə həsr olunmuş, şəhərdəki elektrik xətlərini və su boruları haqqında məlumat vermişdir. Lakin muzey populyar ola bilməmiş, ziyarətçilərin azlığı səbəbilə cəmi 4 il ərzində bağlanmışdır.[1]
K-Muzeyin rəsmi bəyanətinə əsasən muzey "müvəqqəti bağlanıb", lakin uzun müddət bağlı olduğu üçün dəqiq statusu məlum deyil.[1]
Muzey binası xidmət borularını nümayiş etdirmək üçün tikildiyindən interyeri yeraltı boruları xatırladacaq formada dizayn edilmişdir. Binanın altında yerləşən su təchizatı stansiyasının üzəri qara daşlar və kafellərlə örtülmüşdür, bu da binanın qara dalğaların üzərində üzdüyü görüntüsünü yaradır.[2]