Novator KS-172 Rusiya istehsalı olan hava-hava tipli AWACS qatili kimi nəzərdə tutulmuş raket sistemi olub, 400 km məsafəyə qədər olan hədəfləri məhv etmək üçün nəzərdə tutulmuşdur. Raket, K-100, Izdeliye 172 (layihə 172), AAM-L (RVV-L), KS-172, KS-1, 172S-1 və R-172 kimi müxtəlif adlara sahib olmuşdur. Xarici görünüşünə görə 9K37 Buk yerdən havaya atılan raket sisteminə (SAM) bənzəyir, ancaq inkişaf etdirilməsi 1990-cı illərdə maliyyə çətinliyi səbəbindən baş tutmamışdır. Yalnız Hindistanın Su-30MKI təyyarələri üçün yeni nəsil raketlər istehsal etmək istəməsindən sonra, Rusiya ilə Hindistan arasında bir müqavilə imzalanmış və bundan sonra layihəyə yenidən başlanılmışdır. Bu raket indiyə kimi istehsal edilmiş olan ən böyük hava-hava tipli raketdir.
Uzunluğu: 7.4 m
Diametri:0.51 m
Başlanğıc ağırlığı: 750 kq
Döyüş hissəsinin çəkisi: 50 kq
İdarəetmə sistemi: inertial naviqasiya sistemi + aktiv radar izləməli
Sürəti: 4000 km/saat (3.3 Mach)
Manevrə qabiliyyəti: 12G
Hədəfi məhvetmə hündürlüyü: 3 – 30000 m
Hədəfi məhvetmə uzaqlığı: 400 km
İstifadə edə biləcək təyyarələr: MiQ-31, Su-27, Su-30, Su-30MKI, Su-35, Su-35BM, PAK FA T-50