Buk zenit-raket kompleksi ilk dövrlərdə Sovet İttifaqı, sonradan isə davamçı ölkələrdən biri olan Rusiya Federasiyası tərəfindən istehsal olunan özüyeriyən, orta mənzilli zenit-raket kompleksidir. Qanadlı raketlər, ağıllı bombalar, təyyarə, helikopter, həmçinin pilotsuz uçuş aparatı kimi hava hədəflərinə qarşı mübarizə aparmaq məqsədilə dizayn olunmuşdur.[1]
9K37 Buk | |
---|---|
Tipi | Orta mənzilli zenit-raket kompleksi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1979 – davam edir |
İstismara başlanması | 1979 |
İstismar edənlər | İstifadəçilər bölməsinə bax |
İstifadə edilən döyüşlər |
Rusiya-Gürcüstan müharibəsi Donbass müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor |
Almaz-Antey:
|
İstehsal illəri | 1977 – davam edir |
Xüsusiyyətləri | |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu sistem özündən əvvəl istehsal olunan "Kub" zenit-raket komplekslərini əvəz etmək məqsədilə silahlanmaya qəbul olunmuşdur.[2] Seriyalı istehsal olunan ilk "Buk" kompleksləri ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-11 adı ilə tanınır.
NATO kod adı Grizzly olan və ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-17 adı ilə tanınan, yeni raketlərlə təchiz olunan növbəti variantlar isə "Buk-M1-2" və "Buk-M2" idi. 2013-cü ildə bu sistemin ən yeni variantı olan "Buk-M3" seriyalı istehsala hazırlanmışdır.[3]
Rusiya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan dəniz versiyası 2014-cü ildən etibarən silahlanmaya qəbul olunub.[4]
Abxaz separatçılarının verdiyi məlumata görə 2008-ci il may ayının əvvəllərində "Buk" zenit-raket kompleksi vasitəsilə Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd pilotsuz uçuş aparatı məhv edilmişdir.[5]
Bəzi məlumatlara görə 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş qısamüddətli hərbi toqquşma zamanı Gürcüstan Silahlı Qüvvələrinə məxsus "Buk" zenit-raket kompleksləri vasitəsilə Rusiya Hərbi Hava Qüvvələrinə aid üç ədəd Su-25 qırıcısı və bir ədəd Tu-22M strateji bombardmançı təyyarəsi məhv edilmişdir.[6] ABŞ rəsmiləri də bu məlumatı təsdiqləmişdir. Bəzi analitiklərə görə qısamüddətli döyüşlər zamanı özünə nisbətən xeyli zəif olan gürcü qoşunlarına qarşı dörd təyyarəni itirmək Rusiya üçün böyük ziyan sayılmalıdır.[7] Münaqişə ərzində Rusiyanın sahib olduğu radioelektron mübarizə sistemləri gürcülərin sahib olduğu hava hücumundan müdafiə sistemlərinin qarşısını almaqda aciz qaldı ki, bu da Rusiya tərəfinin hava döyüşlərində ciddi itkilərlə üzləşməsinə səbəb oldu.[8] Gürcüstan tərəfindən müharibədə istifadə olunan "Buk" kompleksləri Ukraynadan satın alınmışdı.[9]
17 iyul 2014-cü ildə Ukraynanın şərqində Malayziya Hava Yolları reys 17 üzrə uçuş həyata keçirən "Boeing 777-200ER" təyyarəsi rusyönümlü separatçılar tərəfindən idarə olunan "Buk" zenit-raket kompleksi ilə vurularaq məhv edilib. Nəticədə, 298 nəfər mülki şəxs həlak olub.[10][11]
14 aprel 2018-ci ildə ABŞ, Böyük Britaniya və Fransa hərbi qüvvələri Suriya ərazisində yerləşən 8 hədəfə 105 "hava-səth" tipli bomba və qanadlı raketlərlə hava hücumu təşkil etmişdir. Rusiya mənbələrinin verdiyi məlumata görə "Buk-M2E" zenit-raket kompleksindən buraxılan 29 raketlə 24 hədəf uğurla məhv edilmişdir.[12] Buna baxmayaraq, ABŞ Müdafiə Nazirliyi hücumda iştirak edən müttəfiqlərə məxsus heç bir raketin vurulmadığını açıqlamışdır.[13]