K vitamini


K vitaminiA, DE vitaminləri ilə yanaşı yağda həll olan vitaminlərdən biridir. K vitamini və ya antihemorraqik vitaminin əsas mənbəyi bitkilərin yaşıl yarpaqlarıdır. Məhsullarda K1 (filloxinon) və K2 (metaxinon) şəkildə rast gəlinir. Bunlardan əlavə, K3 (metinon) şəkildə aktiv sintetik preparat kimi də buraxılır. Kələm və gicitkən yarpaqları bu vitaminlərlə daha zəngindir. Donuzun qaraciyərində onun miqdarı yüksəkdir. K vitamini çatışmazlığı dərialtına və əzələ daxilinə qan sızmalara, qanın laxtalanma xassəsinin azalmasına gətirib çıxarır. Bu səbəbdən də K vitamini qanaxmanın qarşısını almaq üçün işlədilir.

K1 (filloxinon) - K2 (metaxinon)


K vitamininin çatışmadığı zaman orqanizmdə qanın laxtalanması müddətini artıran protrombinin sintezi azalır. Bununla belə, orqanizmdə K — avitaminozu nadir hallarda baş verir. Belə ki, K vitamini bağırsaq bakteriyaları tərəfındən sintez olunur. K vitaminin növlərindən metinon (K3) artıq miqdarda qəbul ediləndə zəhərli təsirə malik olur. Orqanizm üçün onun gündəlik tələbat norması 2 mq-dır (K1 üçün). K1 vitamini ərzaq məhsullarından ispanaqda — 4,5 mq%, pomidorda — 0,4 mq%, göy noxudda 0,1 −0,3 mq % miqdarda rast gəlinir. Suda həll olan vitaminlərə isə B1 (tiamin), B2 (riboflavin), PP (niasin), B6 (piridoksin), B12 (folasin), pantoten turşusu, B15 (panqam turşusu), C vitamini, bioflavonoidlərdən P-ni, biotin vitaminini aid edirlər. Sümük boşluqlarının aradan qaldırılmasında və onların güclənməsində əvəzsiz rola malikdir. Qlutamilkarboksilaza reaksiyaları üçün kofaktor rolu oynayır. Bu yolla bir çox laxtalanmanı sürətləndirən və inhibə edən faktorları requlyasiya edir. Məhz buna görə də bu vitamin daha çox körpələr və uşaqlar üçün xüsusi rola malikdir. K vitamini, daha çox müəyyən məhsullar vardır ki, onların içərisində yer alır. Bu kimi məhsulları qəbul etməyiniz sizin üçün də məsləhətlidir.

  • Kələm
  • İspanaq
  • Çuğundurun kökü və yarpağı
  • Zəncirotu göyərtisi
  • Kahı
  • Brüssel kələmi
  • Brokkoli
  • Yaşıl soğan